Məhkəmə qərarları › İş №3(004)-711/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-711/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-711/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Ncəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi S.V.Rəhmanova şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4, 07 oktyabr 2021 -ci il tarixdə, ünvan 1 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırılması üçün icraatına verilmiş HK1- 804 sayli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022ci il tarixli qərar qəbul edib. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 ona aid olmayan səlahiyyətlərdən çıxış edərək qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla, baş vermiş yol qəza hadisəsi zamanı, onunhərəkətlərimdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olduğunu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanımın olduğunu bildirməklə onun Azərbaycan Respublikasının İXM-nin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyim üçün DYPl-nə göstəriş vermişdir, yəni qərarında bununla əlaqədar hərəkətlərin görülməli olduğunu bildirmişdir. Halbuki, onun belə bir göstəriş vermək səlahiyyəti olmamışdır. Həmin “göstərişlər” əsasında da özü tərəfindən heç bir araşdırma aparmayan Bakı şəhəri, Yasamal rayon DYPŞ-si barəsində “inzibati xəta haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib etmiş (Az.Res.İXM-nin 99-cu və 100-cü maddələrinin tələbləri kobud şəkildə pozulmaqla) və həmin protokol əsasında da barəsində “inzibati tənbeh vermə haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir ki, həmin protokol və qərara görə də o, Az.Res.İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğdə cərimə olunmuşdur. Ona qarşı edilmiş bu haqsızlıqlardan yuxarı instansiyalara, o cümlədən surətkləri Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikasının Daxili işlər Nazirinə, Bakı şəhəri, Yasamal rayon Prokuroruna, Azərbaycan Respublikasının BDYPİ-nə və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə göndərilməkə Azərbaycan Respublikasının Prezidenti cənab X5 şikayət məktubu ünvanlayaraq tələb etmiş ki, Bakı şəhəri, Yasamal rayon Pİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2, “07 oktyabr 2021-ci il tarixdə, ünvan 1 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırılması üçün icraatına verilmiş HK1-804 saylı material üzrə” “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından irəli gələn hərəkətləri, yəni baş vermiş hadisədə hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğunu bildirməklə onun, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi üçün göstəriş verməsi qanunsuz hesab edilsin. Həmin qanunsuz göstərişlərə əsaslanan Bakı şəhəri, Yasamal rayon X11 Şöbəsinin “inzibati xəta haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli protokolu və həmin protokola əsaslanan “inzibati tənbeh vermə haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli qərarı əsassız hesab edilərək ləğv edilsin. Göstərilən ünvanlara edilən bu rəsmi müraciətindən sonra yenə də Bakı şəhəri, Yasamal rayon Polis İdarəsindən ona ünvanlanmış 21 yanvar 2023-cü il tarixli, 3-13-53/12- R-10xx/xx/2023 №-li məktubla nəzərinə çatdırılıb ki, 07 oktyabr 2021-ci il tarixində, ünvan 1 ünvanında baş vermiş yolnəqliyyat hadisəsi Yasamal rayon Pİ-nin TŞ-də müvafiq qaydada sənədləşdirilmiş və təhqiqat şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Yasamal rayon X11 Şöbəsində o, X3 və X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğun İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. DYPİ-nin xx.xx.2022ci il tarixli protokolunda hadisə tarixi olaraq xx.xx.2021-ci il tarixi göstərilib, yəni protokol tarixindən bir ildən artıq vaxt öncəki tarix. Az.Res.İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Baş vermiş yol qəza hadisəinin faktiki halı, qəbul edilmiş qərarlarda tətbiq olunan normalar, qeyd etdiyim hüquqi mövqeyin özü onu təsdiq edir ki, Pİ-nin TŞ-nin əməkdaşının hərəkətləri, qəbul etdiyi qərarı, DYPİ-nin protokol və qərarı tamamilə əsassız, qanunsuz olmaqla yanaşı, əyri niyyətə xidmət edən hərəkət, protokol və qərardır, yəni həmin hərəkətlərin edilməsində, protokol və qərarın qəbul edilməsində DYPİ-nin və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin eləcə də Bakı şəhəri, Yasamal rayon Prokurorluğunun məqsədi baş vermiş yol qəza hadisəsinin əsl səbəbkarı, X7 etdiyi “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi qəza nəticəsində, xəsarət almış avtomobillərə dəyən böyük məbləğlərdə (külli miqdarda) maddi zərərlərdən X1 qoymaqdır. Polis Prokurorluq orqanlarının əməkdaşlarına verilən hüquq və vəzifələr onlara həmin hüquq və vəzifələrdən öz məqsədləri üçün istifadə etməyə görə verilməyib. Baş vermiş həmin yol qəza hadisəsinin təfərrüatı isə belədir: O, Bakı şəhəri, Kazımzadə küçəsi ilə “Uni Klinika” istiqamətində, normal sürətlə hərəkətdə və 6 saylı doğum evinin qarşısından keçərkən, bu zaman yolun sol kənarında yerləşən klinikanın həyətindən qəfil çıxan, X7 idarə etdiyi “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə sol tərəfdən (o tərəfdən avtomobilin qapısına) çırpılır və o, qəfil zərbədən özünü və idarə etməni itirdiyi üçün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq təxminən 12-15 metr qabaqda sol tərəfdə duran digər avtomobillərə çırpılaraq dayanır. Onun hərəkət istiqamətində yolun klinikadan çıxış hissəsində sağdan və yaxud soldan birləşmə barədə yol nişanı və yaxud hər-hansı məlumatlandırma yol nişanı yoxdur. Kilinikadan çıxış yolunun görüntüsü onun hərəkət istiqamətindən məhduddur. 07 oktyabr 2021-ci il tarixdə, ünvan 1 ünvanında baş vermiş həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayon Pİ-nin icraatına verilmiş HK1-804 saylı material üzrə Yasamal rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 qəbul etdiyi qərara qədər qəbul edilmiş əvvəlki qərarlarda (iki qərar) hadisə səbəkarının tək X7 oduğu bildirilsə də Yasamal rayon Prokurorluğunun “səyi ə X2 qəbul etdiyi sonuncu qərarda hadisədə guya onun da günahının olduğu göstərilib. Bunun da hansı məqsədlə edildiyini yuxarıda qeyd edib göstərmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun surətindən görünür ki, S.V.Rəhmanova “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, K.Kazımzadə küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, S.V.Rəhmanova “Hyundai Getz” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, K.Kazımzadə küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Ona görə də, S.V.Rəhmanova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə YPX-nin inspektoru tərəfindən S.V.Rəhmanovanın barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. S.V.Rəhmanova həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə S.V.Rəhmanova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.V.Rəhmanovanın barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2021-ci il tаriхli 8/3157 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Fortuner markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Hyundai Getz markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2022-ci il tаriхli 8/2718 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Toyota Fortuner markal, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hyundai Getz markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işdə isə müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2022-ci il tаriхli 8/2718 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2021-ci il tаriхli 8/3157 saylı ekspert rəylərində əhəmiyyətli ziddiyyətlər mövcüddur. Odur ki, bu səbəbdən protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərkən və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal RPİnin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar