Məhkəmə qərarları › İş №3(004)-713/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-713/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-713/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3, məhəllə 1033-də yerləşən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Səbail rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin mülkiyyətində olan **-PK-*** nömrəli, “Hyundai İX35 minik” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə saat 09:46-da inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla Şəxs QSC tərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Səbail Rayon Polis İdarəsinin DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Mirzəfərova Könül Murtuz qızı bildirdi ki, Səbail RPİ-nin sorğusu hüquqi şəxsə xx.xx.2020-ci ildə çatmışdır. Həmin sorğuya 5 gün ərzində cavab verilmişdir. Belə ki, həmin sorğuya 5 gün keçməmiş, xx.xx.2020-ci il tarixli məktubla verilən cavab Yasamal RPİ-yə göndərilmişdir. Düzdür sorğunu Səbail RPİ versə də, həmin sorğuya cavabın hüquqi şəxs tərəfindən Yasamal RPİ-yə ünvanlanalarq, Yasamal RPİ-yə göndərilməsi sorğuya cavab verilməsini göstərir. Çünki Səbail və Yasamal RPİ-nin hər ikisi polis orqanıdır. Bundan əlavə sorğu xx.xx.2020-ci ildə verilmişdir, sorğuda göstərilən inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmişdir. Belə olan halda həmin tarixdən hesablanmaqla uzun müddət keçmişdir. Həmin müddətin keçməsindən sonra inzibati protokol tərtib edilə bilməzdi. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan sənədlərdən və nümayəndənin çıxışından da görünür ki, nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə Səbail RPİ tərəfindən verilmiş sorğu xx.xx.2020-ci il tarixdə Şəxs QSC-yə rəsmi daxil olmuşdur. Lakin nümayəndənin məhkəməyə təqdim etdiyi, həmin sorğuya cavab məktubu hesab etdiyi sənəddən görünür ki, həmin cavab məktubu xx.xx.2020-ci il tarixli olmaqla, Yasamal RPİ-yə ünvanlanıb. Və nümayəndənin özü də bildirir ki, Səbail RPİ-nin sorğusuna cavabı Yasamal RPİ-yə ünvananaraq, Yasamal RPi-yə göndərilmişdir. Nümayəndə yol verilmiş bu səhvliyin əslində sorğuya cavab kimi qəbul edilməli olmasını bildirsə də, məhkəmə hesab edir ki, açıq-aydın və sübut olunması ehtiyac olmayan faktır ki, Yasamal RPİ-yə göndəriliş və Yasamal RPİ-yə ünvanlanmış məktub Səbail RPİ-nin sorğusuna cavab kimi qəbul edilə bilməz. İXM-nin 347-ci maddəsində göstərilən səlahiyyətli orqan kimi Səbail RPİ olmuşdur. Səlahiyyətli orqanın verdiyi sorğuya cavab isə məhz həmin səlahiyyətli orqana da göndərilməlidir. Həmçinin Yasamal RPİ-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun əslində Səbail RPİ-yə göndərilməli olmasını müəyyən etmək üçün həmin məktubda əlamət qeyd edilməmişdir, məktubda ümumiyyətlə “Səbail RPİ-nin sorğusuna cavab verilməsi”nə dair hər hansı bir qeydiyyat aparılmamışdır. Nümayəndənin digər bir əsası kimi, yəni müddətin keçməsi ilə bağlı əsası isə hazırkı işdə tətbiq edilə bilmir. Çünki İXM-nin 347-ci maddəsi “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar”a aiddir. İXM-nin 38.1-ci maddəsinə əsasən “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar”a dair inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı iş üzrə sorğu xx.xx.2020-ci ildə çatdırılmışdır. Həmin tarixdən 5 gün sonra inzibati xəta törədilmiş hesab edilir. Ona görə də xx.xx.2020-ci il tarixdən nəinki 5 gün sonrakı gün, hətta həmin tarixin özündən götürüldükdə də belə 1 ildən artıq müddət keçməmişdir. Ona görə də törədilmiş həmin inzibati xətaya görə hazırda inzibati tənbeh verilə bilər. Qeyd edilənlərə əsasən nümayəndənin izahatında göstərdiyi faktlar inzibati məsuliyyəti istisna edən hal deyildir. İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Bununla da hüquqi şəxsin İXM-nin 347-ci maddəsindəki inzibati xətanı törətməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar