Məhkəmə qərarları › İş №3(004)-714/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-714/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-714/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 88A ünvanında xx.xx.2021-ci il tarixdə saat 16:00-da “xxxx” MMC tərəfindən istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtinin xx.xx.2020-ci il tarixli zəmanət talonuna daxil edilməsi faktı aşkar edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsilə inziati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş sübütlar natamam olmuşdur, protokolda istehlakçının hüquqlarını məhdudlaşdıran hansı müqavilə şərtinin əks etdirildiyi göstərilməmiş, sübut kimi təqdim olunan zəmanət talonu isə oxunmur. Qeyd olunan natamamlıqların işə baxılarkən tamamlanması mümkün olmadığından “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsi ilə tərtib olunmuş protokol Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətinə geri qaytarılmalıdır. Belə ki, İXM-in 447.0.9-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, inzibati xəta haqqında protokol “xxxx” barəsində tərtib edilmiş və həmin hüquqi şəxsin barəsində İXM-in 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər natamamdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “xxxx” barəsində inzibati xəta haqqında protokola əlavə edilmiş sübutlar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadıqı üçün “xxxx” MMC barəsində İXM-in 447.0.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” barəsində İXM-in 447.0.9.-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar