Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-716/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X2 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində cərimə edilmişdir. X1 həmin qərardan şikayəti xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-716/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-716/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver