Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-718/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X5, X2nun iştirakları ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi (PB) tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X10 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Yasamal RPİ-nin 28-ci PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvafiq icazəsinin olmasına baxmayaraq onun barəsində xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarlar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində ümumilikdə 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən Yasamal RPİ-nin 28-ci PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarların əsassız və qanunsuz olması səbəbindən ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X11 bildirmişdir ki, ölkə ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar karantin postunda xidmət edən polis əməkdaşının bildirdiyi məlumat əsasında X10 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, X1 postunda görməmiş, onun müvafiq icazəsinin olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X11 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X10 həmin tarixdə saat 06:12-də epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X11 tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X10 edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X11 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X10 həmin tarixdə saat 12:18-də epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X11 tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X10 edilmiş xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan my.gov.az portalından xx.xx.2020-ci il tarixli İcazələrin Alınması və Monitorinqi Sistemindən arayışdan görünür ki, X3 Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X14 müdiri vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xidmətlə bağlı Bakı şəhəri ərazisi üzrə hərəkətinə icazə verilmişdir. Təsdiq statusu bölməsindən müəyyən edilir ki, icazə təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərarı ilə Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılsın.
2. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin: 2.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 2.2.1. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri; 2.2.2. “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarının 2 nömrəli əlavəsinə əsasən Əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin siyahısının 5-ci bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında əsasnamənin 5.5.6. Nazirliyin Aparatının və onun strukturuna daxil olan regional bölmələrin, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının işçilərini, habelə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Nazirlik yanında Dövlət Vergi Xidmətinin, X13 Xidmətinin, Antiinhisar və X8 Dövlət Xidmətinin rəhbərləri və onların müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X10 barəsində xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə protokol tərtib edilərkən onun barəsində müvafiq hərəkət icazəsi “Xüsusi Karantin Rejiminin X9 Alınması və Monitorinqi Sistemində” qüvvədə olmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul edilən zaman X6 Bakı şəhəri üzrə hərəkət icazəsi mövcud olduğundan, şikayət təmin edilməli, Yasamal RPİ-nin 28-ci PB tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-128-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
X6 şikayəti təmin olunsun. X10 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov