Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-718/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs “X25” MMC-nin direktoru X14 müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Prokurorunun köməkçisi X4 iştirakları ilə, “X25” MMC-nin direktoru X22 barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X25” MMC-nin direktoru X22 barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 27 yanvar 2022-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X10 01 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon prokurorluğuna ərizə ilə müraciət edib əmək müqaviləsi olmadan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 5 ünvanında yerləşən "X25" MMC tərəfindən işlərin görülməsinə cəlb edilməsini, 21 sentyabr 2021-ci il tarixdə isə həmin MMC-nin inzibati binasında təmir işləri apararkən sağ ayaq nahiyəsindən xəsarət almasını bildirmişdir. Həmin məlumat üzrə Yasamal rayon prokurorunun böyük köməkçisi Elvin Bəşirli tərəfindən araşdırma aparılmışdır. Yasamal rayon prokurorunun böyük köməkçisi Elvin Bəşirli tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli qərarla 366-C-21 nömrəli material üzrə “X25” MMC-nin direktoru X22 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və toplanmış materialların “X25” MMC-nin direktoru X22 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Yasamal rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X22 “X25" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru qismində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfılm Kinostudiyası" MMC-nə məxsus olub “X25" MMC-nin ofis kimi istifadə etdiyi anbarda təmir işlərinin görülməsinə rəhbərlik etdiyi zaman əl elektrik maşınları üzrə istehsalat təlimi keçməmiş, biliyi yoxlanılmamış və təhlükəsizlik texnikası üzrə ixtisas qrupu olmayan X7 "X25" MMC-də təmir işlərinə cəlb etdiyinə, həmçinin təmir işlərində qoruyucu Örtüyü olmayan elektrik əl maşınının istismarına yol verdiyinə görə "Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri" 12.2.013-75 DÜST-ün (Dövlət standartı) tələblərinin 2.12.3, 6.1, 6.3.1, 6.3.2, 6.4.18 bəndlərinin tələblərini pozmuş, nəticədə onun tabeçiliyində çalışan X10 21 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "xxxx" MMC-nə məxsus olub “X25" MMC-nin ofis kimi istifadə etdiyi anbarda təmir işləri aparan zaman qoruyucu örtüyü olmayan elektrik əl mişarı ilə taxta kəsərkən sağ ayaq nahiyəsini kəsib sağ bud nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almış, X14 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin qaydalarını pozması zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. İş materiallarında olan qərarlardan məlum ki, “X25" MMC Sumqayıt şəhər Məhkəməsinin 3(060)-100/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20.000,00 (iyirmi min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-146/2022 nömrəli 02.03.2022-ci il tarixli qərarı ilə, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-100/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs “X25” MMC-nin direktoru X14 müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə öz izahatında bildirmişdir ki, “X25” MMC-nin və X6 iş yeri kimi göstərilən ünvan 3 ünvanının, “X25” MMC ilə heç bir hüquqi bağlılığı olmamışdır. X11 ünvan 4 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilim kinostudiyası” nın ərazisində fəaliyyət göstərmişdir. Sözügedən ünvanda isə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X22 (VÖEN:**********) fəaliyyət göstərir. Belə ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilim kinostudiyası” X13 arasında 01 avqust 2021-ci il tarixli tərəfdaşlıq müqaaviləsinə əsasən kinostudiya özünün qeyri yaşayış sahəsini məhz fiziki şəxs olan X14 istifadəsinə verilmişdir. X23 (VÖEN: **********) ilə X25” MMC-nin direktoru X24 arasında Cəfər Cabbarlı adına '’Azərbaycanfilim kinostudiyasın”da təmir işlərinin görülməsi ilə əlaqədar 12 avqust 2021-ci il tarixində podrat müqaviləsi bağlanmış və X1 Turan Telman oğlunun sinif yoldaşı (dostu) olduğu üçün həmin podrat müqaviləsi əsasında X8 X23 tərəfindən tikinti, təmir işlərinin görülməsi üçün işə cəlb olunmuşdur. Qeyd olunan hallar iş materiallarında öz əksini tapsada, lakin işə baxan vəzifəli şəxs tərəfindən bunlar nəzərə alınmadan X15 və İlkin Süleyman oğlunun “X25” MMC-nin işçisi olduğunu qeyd etmişdir. X2 rayon prokurorluğunda verdiyi izahatından da göründüyü kimi o, X23 tərəfindən işə dəvət olunduğunu, əmək haqqını onunla razılaşdığını və əmək haqqını X12 aldığını, işçi kimi işləməsi ilə bağlı X3 Rövşən Rəhim oğlu ilə heç razılığın olmadığını qeyd etmişdir. “X25” MMC barəsində AR-nın İXM- nin 198.2-ci maddəsi ilə Yasamal rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə “icraat başlamaq” haqqında qərarında inzibati xətanın subyekti doğru müəyyən edilməmişdir. "X25” MMC-nin direktoru X14 barəsində AR-nın İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Prokurorluğunun 85-xid-22 nömrəli inzibati xəta haqqında iş üzrə “icraat başlanması haqqında qərarın ləğv edilməsi inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının Bakı şəhəri Yasamal Rayon Prokurorunun köməkçisi X9 bildirmişdir ki, “X25" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X22, ofis kimi istifadə etdiyi anbarda təmir işlərinin görülməsinə rəhbərlik etdiyi zaman, əl elektrik maşınları üzrə istehsalat təlimi keçməmiş, biliyi yoxlanılmamış və təhlükəsizlik texnikası üzrə ixtisas qrupu olmayan X7 təmir işlərinə cəlb etmişdir. Həmçinin təmir işlərində qoruyucu Örtüyü olmayan elektrik əl maşınının istismarına yol vermişdir. Nəticədə onun tabeçiliyində çalışan X10 “X25" MMC-nin ofis kimi istifadə etdiyi anbarda təmir işləri aparan zaman qoruyucu örtüyü olmayan elektrik əl mişarı ilə taxta kəsərkən sağ ayaq nahiyəsini kəsib sağ bud nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. “X25” MMC-nin direktoru X22 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəməyə poçt vasitəsi ilə daxil olmuş şikayət ərizəsindən görünür ki, şikayətçi X11 məhkəməyə şikayət ərizəsi ünvanlayaraq, bildirmişdir ki, 13.09.2021 tarixdən "X25" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi bağlanmadan fəhlə kimi işləmişdir, əmək müqaviləsiz onu işlətmişdirlər, tibbi sığortada etməmişdirlər. 21.09.2021 tarixdə taxta rəf yığırdı, fanerka kəsirdi, saat 17:30 radələrində iş görən zaman əlində olan iti alət qəflətən əlindən çıxıb ayağına düşdür və ayağını param parça etmişdir. Onu iş yerindən işçilər Turan və Azər xəstəxanaya aparmışdırlar. Belə ki, Əmək müqaviləsi bağlamadığına görə ona təzminat ödəməlidir. Onun DSMF ödənişi və tibbi sığorta olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsi 3(060)-100/2022 saylı 24.01.2022 tarixli Qərar qəbul edərək, MMC tərəfindən əmək müqaviləsiz işlədildiyi üçün MMC-ni 20.000 azn cərimə etmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsidə 3(105)-146/2022 saylı 02.03.2022 tarixli Qərarı ilə qüvvədə saxlanilmişdir. Yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, “X25” MMC-nin direktoru X22 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulumuş inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, “X25” MMC-nin direktoru X22 İXM-nin 198.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, “X25” MMC-nin direktoru X22 barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, “X25” MMC-də fəhlə mişləmiş X6 21 sentyabr 2021-ci il tarixdə həmin şirkətdə xəsarət alması faktı ilə bağlı “X25” MMC-nin direktoru X22 təqsirli bilinməklə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X25” MMC-nin direktoru X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-718/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-718/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver