Məhkəmə qərarları › İş №3(004)-718/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-718/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-718/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* saylı qərardan verdiyi hazırkı şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* qərardan şikayət vermə ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* qərarından şikayət verməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar