Məhkəmə qərarları › İş №3(004)-7193/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7193/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7193/2025 15.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18 fevral 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında 18 fevral 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4, idarə etdiyi **-RP-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən barəsində xx.xx.2020-ci il tarixli ******* saylı qərarla inzibati xəta haqqında cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, əgər inzibati cərimənin tətbiqi haqqında qərarın icrası beş il ərzində həyata keçirilməyibsə və bu müddət ərzində icra edilməsinə yönəlmiş hər hansı tədbir görülməyibsə, həmin qərar icraya yönəldilə bilməz və qüvvədən düşmüş hesab olunur. Ona tətbiq edilmiş cərimə barədə qərar bu günədək icra edilməmişdir. Həmçinin bu müddət ərzində heç bir icra tədbiri həyata keçirilməmişdir. Hazırda, həmin inzibati cərimənin tətbiq edilməsindən beş ildən artıq müddət keçmişdir və bu cərimə üzrə heç bir icra tədbiri həyata keçirilməmişdir. Buna baxmayaraq, bu cərimə hələ də hüquqi bazalarda görünməkdə və onun hüquqlarını məhdudlaşdırmaqdadır. Göstərilənlərə əlavə olaraq, Azərbaycan Respublikası Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-1883/2025 nömrəli qərarı ilə oxşar iş üzrə mənə tətbiq olunan inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Nərimanov Rayon Məhkəməsi ona tətbiq olunan inzibati tənbeh vermə haqqında 47 qərarı ləğv etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18 fevral 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18 fevral 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxılmasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilsə də, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İXM-in 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. İXM-nin 146.1-ci maddəsinə əsasən həmin Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-in 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar 18 fevral 2020-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul olunmuş, həmin tarixdən beş ildən artıq müddət keçmiş, şikayətçi isə qərarın icra müddətinin bitməsi ilə əlaqədar həmin qərarın icrasına xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozaraq qərarı qəbul etmiş inzibati orqana deyil məhkəməyə müraciət etmişdir. Belə olduğu təqdirdə məhkəmə şikayətin icraata qəbul edilməsindən imtina edərək şikayət və ona əlavə edilmiş sənədləri şikayətçiyə geri qaytarmalıdır. Həmçinin şikayətçiyə İXM-nin 142.1-ci maddəsinin tələbləri nəzərə alınaraq ona qərarı qəbul etmiş inzibati orqana müraciət edə bilməsi hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin inzibati xəta haqqında 18 fevral 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərarından verilmiş şikayət ərizəsi icraata qəbul edilməsindən imtina edilməlidir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar