Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-72/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 dekabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X10 şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra- Mərkəz) daxil olmuş 07.09.2021-ci il tarixli sorğulara Mərkəzin 09.09.2021-ci il tarixli, **********49, **********50 və **********51 nömrəli məktubları ilə münasibət bildirilmişdir. Lakin, sözügedən X10 şöbəsi tərəfindən tərtib edilmiş AP№0211237 nömrəli inzibati xəta haqqında protokol (bundan sonra-protokol) və protokola əlavə edilmiş sorğu (bundan sonra-sorğu) Mərkəzə daxil olmamışdır. Nəzərinizə çatdırırıq ki, X10 şöbəsi tərəfindən tərtib edilmiş AP№0211237 nömrəli protokol və sorğu arasında ziddiyyət vardır. Belə ki, Mərkəzə təqdim olunması nəzərdə tutulan protokol və sorğuda tarixlər düzgün qeyd olunmamışdır. Belə ki, Mərkəzə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydasının pozulması faktı protokola əsasən 04.08.2021-ci il tarixdə saat 11:32-də, sorğuda isə 16.10.2021-ci il tarixdə saat 10:41-də qeyd olunmuşdur. Eyni zamanda bildiririk ki, araşdırma məqsədilə Mərkəzin nümayəndələri X7 və X3 07.01.2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin X10 şöbəsində olmuş, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydasının pozulması faktına dair sorğunun və protokolun Mərkəzə daxil olmadığını bildirmiş və sənədin göndərilməsinə dair əsas tələb etmişdir. Lakin qeyd olunan protokol və sorğunu X10 şöbəsi tərəfindən Mərkəzə təqdim olunması ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmiş və şifahi olaraq X6 tərəfindən bildirilmişdir ki, texniki səhv olaraq həmin sənəd sizə göndərilməmişdir. Göstərilənləri nəzərə alaraq, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Mərkəzə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Mərkəz barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 dekabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində olan “Nissan” markalı nəqliyyat vasitəsini 04 avqust 2021-ci il tarixdə saat 11:32 dəqiqədə idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan “Nissan X-Trail” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 oktyabr 2021-ci il tarixdə, saat 10:41-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu 07.09.2021-ci il tarixdə Novruzova tərəfindən qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 18 yanvar 2022-ci il tarixli 103-5-22-1-94 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal rayon X10 İdarəsi tərəfindən 122 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə göndərilən “SS740294196AZ” saylı sifarişli xəbərnaməli məktub, 07.09.2021-ci il tarixində 141 saylı poçt şöbəsi tərəfindən müəssisənin Ümumi şöbəsinin əməkdaşı Könül Novruzovaya təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda “Nissan” markalı nəqliyyat vasitəsini 04 avqust 2021-ci il tarixdə saat 11:32 dəqiqədə idarə etmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməməsi səbəbindən protokolun tərtib edildiyi göstərilmişdir. Şəxs MMC-yə ünvanlanmış sorğuda isə “Nissan X- Trail” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 oktyabr 2021-ci il tarixdə, saat 10:41-də idarə edən sürücü barədə məlumatlar istənilmişdir. Həmin sorğunun qeyd edilən hüquqi şəxsə çatdırılmasına dair iş materiallarına poçt xəbərnamədəki imzanın kimə məxsus olması (soyadı, adı), xəbərnaməyə imza etmiş fiziki şəxsin həmin hüquqi şəxsə aidiyyəti (işçisi, səlahiyyətli nümayəndəsi olub-olmaması) müəyyən edilə bilinmir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Sorğunun hüquqi şəxsə çatdırılması tam təsdiq edilmir, bununla da təqsirliliklə bağlı zidiyyətli və şübhəli məqamlar vardır. Həmçinin nəzərə alınmalıdır ki, xəbərnamədə yalnız soyad göstərilməklə imza edilmişdir, imza edən şəxsin adı və cəmiyyətlə bağlılığı qeyd edilməmişdir. Belə bir vəziyyətdə həmin xəbərnamənin kimin imzaladığını müəyyən etmək qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən tərtib olunmuş 13 dekabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-72/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-72/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver