Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-72/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin polis sahə inspektoru Rafael Məmmədov tərəfindən Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 20 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsində yerləşən Baku Molun qarşısında pirotexniki məhsulların satışı ilə məşğul olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 23 dekabr 2024-cü il tarixdə Baku Molun qarşısında avtomobildə nasazlıq hiss etdiyindən saxlayıb , yük yerini açmış və baxarkən YPX əməkdaşları ona yaxınlaşaraq ondan həmin paketdə nə olduğunu soruşmuşlar. O isə həmin paketdə pirotexniki vasitə olduğunu bildirmişdir. Həmin vasitəni satmaq üçün almamışdır, qohumlarına məxsusdur. Əməlindən peşmandır, lakin etdiyi hərəkətlər pirotexniki vasitələrin istehsalı və ya satışı kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Yasamal RPİ-nin CAŞ-ın əməkdaşları Nurlan Abbasov və Cexun Həsənov tərəfindən həmin bölmənin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22-15 radələrində inzibati ərazidə xidmət apararkən Yasamal rayonu Qələbə dairəs ndə olan Baku Mall-ın qarşısında 1 nəfər şəxsin Toyota Prius markalı **-CG-*** d.q.n avtomobildə pirotexniki vasitələrin satdığını aşkar etdik.CPA-nın 2466 saylı cağırışlı avtopatrulu xidməti ilə birlikdə həmin şəxsə yaxınlaşıb özümüzü təqdim edib onu polis idarəsinə dəvət etdik.Polis idarəsində məlum olduki həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aşağıda imza edənlər, Yasamal RPİ 29-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Rafael Məmmədov, CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Nurlan Abbasov, NH-nin polis nəfəri sürücüsü, polis serjantı Cexun Həsənov, DİN-in ƏÇPA-nın 6-cı patrul bölüyünün polis nəfərləri, polis serjantları Allahverdi Heydərzadə, Azər Cəfərov, Sərxan Abdullzadə və vətəndaş İlham Qaybalıyev bu aktı ona görə tərtib etdilər ki, xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında yerləşən “Baku Malf'ın qarşısında istehsalı və ya satılması qadağan olunmuş 5 ədəd “GOLD SERİES" və 2 ədəd’ ASTEROİD" markalı protexniki mallar xx.xx.1992-ci il təvəllüdlü Şəxs tərəfindən satılarkən aşkar olunaraq götürülmüşdür. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 dekabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 20 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsində yerləşən Baku Molun qarşısında pirotexniki vasitələr satışını həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsə də məhkəmə onun dediklərini özünümüdafiə kimi qiymətləndirri və inandırıcı hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 442-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-72/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-72/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver