Məhkəmə qərarları › İş №3(004)-720/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-720/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-720/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə 09.02.2022-ci il tarixədək hüquqi ünvanı ünvan 1n, 09.02.2022-ci il tarixdən sonra isə hüquqi ünvanı Sabunçu rayonu Bakıxanov ŞTQ Aşıq Pəri (Ərəblinka) ev 16B olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 10030,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından 20.12.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 10030,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 28.01.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin təyin edilmiş məhkəmə iclası barədə məlumatı olmuş, 18.02.2022-ci il tarixə təyin edilmiş həmin iclas barədə məhkəməyə Elektron Kabinet vasitəsilə müraciət eddərək, hazırda hüquqi şəxsin hüquqi ünvanının Sabunçu rayonu ünvan 3 baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla da hüquqi şəxsin Elektron kabineti olduğu üçün, həmin kabinetdən təyin edilmiş məhkəmə iclası barədə müraciət etdiyi üçün, elektron kabinetdə məhkəmə iclaslarının vaxtı barədə məlumat verildiyi üçün, Şəxs MMC-inn məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Məhkəmə həmçinin Şəxs MMC-nin məhkəməyə ünvanlandığı müraciətindəki işin hazırkı hüquqi ünvan olan Sabunçu rayonu ünvan 4u Rayon Məhkəməsinə göndərilməsi barədə xahişinə münasibət bildirir qeyd edir ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışlardan görünür ki, 31.05.2021-ci il tarixədək reyestrə daxil edilmiş məlumatlara əsasən hüquqi ünvanı ünvan 5 il tarixdən sonra isə reyestrə daxil edilmiş məlumatlara əsasən hüquqi ünvanı Sabunçu rayonu ünvan 6 inzibati xəta, protokolda da göstərildiyi kimi 21.12.2021-ci il tarixdə, Şəxs MMC-nin ünvan 7 ünvanı üzrə törədilmişdir. Ona görə də işə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin protokol 28.01.2022-ci il tarixdə tərtib edilmişdir. həmin vaxtı hüquqi ünvan Yasamal rayonu ərazisinə aid olmuşdur. İnzibati xəta həmin hüquqi ünvan üzrə törədildiyi üçün, sonradan hüquqi ünvanın dəyişdirilməsi, inzibati xətanın törədildiyi yerin dəyişdirilməsinə və bununla bağlı inzibati xəta haqqında işə baxılmalı olan yerin dəyişdirilməsinə səbəb olmur. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hüquqi şəxsin yaşayış yeri olmadığı üçün, İXM-nin 110.1-ci maddəsindəki vəsatət üzrə inzibati xəta haqqında işə yaşayış yeri üzrə baxıla bilməsinin hüquqi şəxslərə aidiyyəti olmur. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin 24.12.2021-ci il tarixli, M/12-9822 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 10030,00 ABŞ dolların 20% məbləğində, yəni 2006 ABŞ dolları (iki min altı dollar) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar