Məhkəmə qərarları › İş №3(004)-7209/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7209/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7209/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, 05 dekabr 2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 prospektində «BMW 530i minik» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə etdiyi üçün YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. YPXnin əməkdaşı tərəfindən Şəxs sənədlərinin təqdim olunması xahiş edilsə də, o, buna etiraz etmiş və avtomobili müvəqqəti duracağa təmin olunmasına maneçilik törədərək səs-küy salmışdır. Həmin əraziyə köməyə dəvət olunuş ƏÇPA-nın əməkdaşları Şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməyərək daha da aqressivləşmişdir. Polis əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də o, öz əməllərini davam etdirdiyi üçün PŞ-nə dəvət edilmiş və orada şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Ə.Ş.Məmmədov tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, mülkiyyətində olan «BMW 530i minik» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 05 dekabr 2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 prospektində hərəkətdə olan zaman YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. O, heç bir qayda pozuntusu törətmədiyi halda YPX-nin əməkdaşı tərəfindən onun avtomobilinin müvəqqəti duracağa təmin olunmasına etiraz etmişdir. Tərəfindən YPX-nin inspektoruna, həmçinin əraziyə köməyə dəvət olunuş ƏÇPA-nın əməkdaşlarına qarşı heç bir hörmətsizlik olunmamışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X2 izahatında göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 prospektində «BMW 530i minik» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsini mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Sürücüyə törətdiyi qayda pozuntusu izah olunmuş, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması barədə xəbərdarlıq edilmişdir. Lakin sürücü Şəxs buna etiraz edərək, avtomobilin müvəqqəti duracağa təmin olunmasına maneçilik göstərmişdir. Bu səbəbdən də həmin əraziyə köməyə ƏÇPA-nın əməkdaşları dəvət olunmuşlar. Bundan əlavə şahid ona verilmiş suala cavab olaraq bildirdi ki, tərəfindən sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.7ci maddələri inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 dekabr 2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X5 prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:30-da tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, proses iştirakşılarının verdikləri ifadələr və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal zaldan edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar