Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7216/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Yasamal rayon X16 Şöbəsi YNH baş inspektoru polis kapitanı X3, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yasamal rayon X16 Şöbəsi YNH baş inspektoru X8 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:51-də DİN-nin 102 xidmətindən Yasamal RPİ-nin NH-nə həmin tarixdə Yasamal rayonu, Mətbuat prospekti BDU-nun işıqforunda “Mersedes” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Volksvagen” markalı avtomobilin toqquşması və nəticədə, “Mersedes” markalı avtomobilin sürücüsü X1 xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş və foto şəkillər çəkilərək materiala əlavə edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sürücülük hüququ yoxdur. 2022-ci ilin əvvəllərində atası X9 ailələrinin ümumi istifadəsi üçün **-KC- *** dövlət qeydiyyat nişanlı “Volksvagen Passat” markalı avtomobil almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:50 radələrində o, atası X5 məxsus **-KC-*** dövlət qeydiyyat nişanlı, “Volksvagen Passat” markalı avtomobilin açarını istəyərək qardaşı Nicata demişdir ki, evdə qoysun, bu gün ona maşın lazımdır. xx.xx.2022-ci il tarixdə 21:00 da yaşadıqları ailələrinə məxsus olan avtomobillin açarını götürüb dostları ilə görüşmək məqsədilə Hüseyn Cavid parkının yaxınlığında yerləşən “Portofino lunch” kafesinə getmiş, dostları ilə yemək yemişlər. Saat təxminən 23:50 radələrində oradan çıxmışdır ki, evə getsin. Həmin vaxt Mətbuat prospektində yerləşən BDU-nun yataqxanasının qarşısında olan işıqfora yaxınlaşarkən işıqforun sarı işığı yanıb sönürdü. O, qırmızı işığa düşməməkdən ötrü sürəti artırmışdır ki, tez keçsin. Bu anda BDU istiqaməti ilə olan kəsişmədən boz rəngdə “Mercedes” markalı avtomobili sol yan tərəfdən vurmuş və hər ikisinin avtomobili fırlanaraq yolun əks istiqamətində dayanmışdır. O, avtomobildən dərhal düşərək həmin maşının sürücüsünə yaxınlaşmışdır ki, görsün sürücü necədir. O həmin sürücünün yaxşı olduğunu görmüşdür. Həmin anda hadisənin şokunda olmuşdur. Hadisə yerindən müəyyən qədər kənara çəkilərək telefonunda konturu olmadığından ətrafda olan tanımadığı şəxslərin mobil telefonundan qardaşı X6 zəng etmişdir. Qardaşı hadisə yerinə gəldikdən sonra o, Kliniki tibbi mərkəzə gedərək xəstənin vəziyyəti ilə maraqlanmış və vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Əməlindən peşmandır. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirdi ki, 18 oktyabr 2022-ci il tarixdə BDU-nun qarşısından üzü Mətbuat prospekti istiqamətində hərəkət edərkən Mətbuat prospekti ilə kəsişmədə işıqforun qırmızı işığında dayanmışdır. İşıqforun yaşıl işığı yanarkən hərəkətə başlayaraq sağa dönmüşdür. Dönən kimi baş etibarnamə əsasında idarə etdiyi anası X4 məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan tərəfindən “Volsvaken Passat” markalı ağ rəngli, 10-КС-192 dövlət qeydiyyat nişanlı avtomobil vurmuş, avtomobillərin hər ikisi fırlanaraq yolun əks istiqamətində dayanmışlar. Hadisə nəticəsində o, sol ayaq, çiyin və baş nahiyələrindən xəsarət almışdır. Avtomobildə tək olmuşdur. Son olaraq ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməsə də, onunla barışdığını nəzərə alaraq Şəxs yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan DİN-nin BDYP-nin X2 baxış keçirilməsinə dair arayışdan görünür ki, Şəxs məxsus sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əməldə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmasa da, şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri vardır və xətanı törətmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin qərardan görünür ki, araşdırma zamanı vətəndaş X1 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərinin dərəcəsinin təyin edilməsi məqsədi ilə MTE-si təyin edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1080 nömrəli rəyindən görünür ki, X1 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər-başın ənsə və sol bazu oynağı nahiyələrinin şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Volksvagen Passat” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Şəxs tərəfindən ödənməsə də, onunla barışmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, habelə onun zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həmin maddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, onun zərərçəkmiş şəxlə barışmasını, etdiyi əməldən peşman olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 34.3, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7216/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7216/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver