Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7217/2025 01.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar (zərərçəkmiş şəxs) X4 iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 7301/2017 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Həmin protokolda qeyd olunur ki, X4 xeyrinə X5 xx.xx.2013-cü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 manat aliment ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-228/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1.29 misli həcmində indeksasiya edilmişdir. Hazırda borc 2628 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru R.Atamoğlanov bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7301/2017 saylı icra vərəqəsinə əsasən X4 xeyrinə Şəxs xx.xx.2013-cü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 manat aliment ödənilməsi qət edilmişdir. Borclu tərəfindən həmin aliment məbləği hər ay ödənilmişdir. Lakin Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-228/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1.29 misli həcmində indeksasiya edilmişdir. Həmin vaxtdan sonra da borclu ilkin icra sənədi üzrə 150 manat məbləğində alimenti ödəmişdir. Lakin alimentin məbləği artdığından qalan hissə borc kimi yığılmışdır. Hazırda qalıq borc 2628 manat təşkil edir. Qeyd edilənlərə əsasən borclunun barəsində müvafiq inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar (zərərçəkmiş şəxs) X9 bildirmişdir ki, ona 9 il ərzində 150 manat məbləğində hər ay ödəniş edilmişdir. Daha sonra məhkəməyə alimentin artırılması barədə müraciət etmiş məhkəmə qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1.29 misli həcmində indeksasiya edilmişdir. O, borclu ilə də danışmışdır ki, yığılan borcdan min manat ödəsin şikayəti olmayacaqdır. Lakin ödənilməmişdir. Hazırda yenə də 150 manat ödəməyə davam edir. Borclunun barəsində həbs seçilməsini istəmir, sadəcə olaraq yaranmış borcun təmin edilməsini istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, indiyədək alimenti hər ay ödəmişdir. Hazırda da 150 manat yox 250 manat hər ay ödəməyə hazırdır. Lakin sonradan indeksasiya edilməklə ortaya çıxmış 516 manat pulu hər ay ödəməyə gücü çatmır. İndiyədək borcun ödənilməsindən yayınmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7301/2017 saylı icra vərəqəsindən görünür ki, X4 xeyrinə Şəxs xx.xx.2013-cü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 150 manat aliment ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7301/2017 saylı icra vərəqəsi üzrə borclu Şəxsnin 2628 manat ödənilməmiş qalıq borcu qalmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-228/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7301/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 1.29 misli həcmində indeksasiya edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmış və bununla bağlı borcluya bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən tələbkar X7 mütəmadi olaraq ödənişlər edildiyindən, eləcə də hər ay ödəniş edəcəyinə dair vəd verdiyindən, eyni zamanda tələbkar tərəfindən buna etiraz edilmədiyindən yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə Çıxış üçün proses iştirakçılarına söz verilir. Zərərçəkmiş şəxs. - Gələcəkdə borclu tərəfindən vədinə əməl edilməyəcəyi təqdirdə yenidən məhkəməyə müraciət edəcəm. Hazırda isə barəsində inzibati tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxıram. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Barəmdə inzibati iş üzrə icraata xitam verilməsini xahiş edirəm. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru: - X1 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Çıxışlar başa çatdı. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 05 fevral 2025-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(004)-7217/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7217/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver