Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-722/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, X1 vəkili “Femida” vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə X5 vəkili “Femida” vəkil bürosunun vəkili Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 vəkili “Femida” vəkil bürosunun vəkili Nümayəndə1 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 vəkili “Femida” vəkil bürosunun vəkili Nümayəndə1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, DƏMX-nin BŞİ-nin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs, “X21” QSCnin direktoru X11 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx.xx.2024-cü il tarixdə Əmək və məşğulluq alt sisteminə baxış zamanı əmək müqaviləsi bildirişlərindən işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğ müəyyən edilmiş və AR ƏM-nin 155-ci maddəsinin tələbləri pozulmuşdur. Bunun nəticəsində qeyd olunan qərar əsasında hüquqlarını müdafiə etdiyi şəxs, ““X21” QSC-nin direktoru X8 1200 (bir min iki yüz) manat cərimə tətbiq edilmişdir. Qeyd olunan qərardan tərəflərindən yuxarı səlahiyyətli orqana şikayət verilmiş və yuxarı səlahiyyətli orqanın xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 saylı qərarı əsasında şikayətləri təmin olunmamışdır. Həmin qərar tərəflərinə email poçt (narmin.n.ahmadova(a)sosial.gov.az) vasitəsi ilə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yuxarı səlahiyyətli orqan aşağıdakı halları əsas gətirərək şikayətlərini təmin etməmişdir: İş materiallarında olan əmək müqavilələrində işçiyə hər ay 175 manat məbləğində əmək haqqı ödənildiyi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işlədiyi qeyd olunmuşdur. Eyni zamanda həmin müqavilələrdə işçilərin iş yerinin əlavə iş yeri olduğu, işçilərin hər növbənin müddəti 6 saat olmaqla 2 növbəli iş rejimində çahşdıqları müəyyən edilmişdir. Qeyd olunanlar aşağıdakı hallara görə əsassızdır: Səlahiyyətli orqan tərəflərindən təqdim olunan sübutları və izahatları təhrif edərək şikayət üzrə icraatı düzgün aparmamışdır. Belə ki, şikayət üzrə icraatda tərəflərindən sübut qismində bank hesabından çıxarış, müvafiq tabellər təqdim edilmiş və bunlarla bağh izahat verilmişdir. İş materialarına əlavə edilən bank hesabından çıxarışa, tabellərə diqqət yetirsək əməkdaşlara ödənilən məbləğlər minimum əmək haqqına uyğun olub. Bunu yuxarı səlahiyyətli orqana etdiyi şikayət üzrə aparılan icraatda tərəflərindən verilən izahatda da qeyd etmişlər. Ancaq səlahiyyətli orqan bu hallara ümumiyyətlə qiymət verməmişdir. Bundan başqa şikayət üzrə icraat tərəflərindən verilən izahatda həmin işçilərin cəmlənmiş uçot rejimində işlədikləri, ancaq müqavilə bağlanan zamanı səlahiyyətli orqanın alt sistemində həmin rejimlə bağlı funksionallıq olmadığı qeyd olunsa da, səlahiyyətli orqan bu halada öz qərarında qiymət verməmişdir. Bu hallar yekun nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılın anı asının bariz sübutudur. Müvafiq səlahiyyətli orqan tərəfindən İXMnin 127-4.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, vəzifəli şəxs X11 barəsində tərtib edilmiş protokolda müvafiq alt sistemi tərəfindən ötürülmüş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında real vaxt rejimində elektron protokol tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Yəni səlahiyyətli orqan qeyd etdikləri tarixdən 1 ay sonra yəni xx.xx.2024-cü il tarixdə müvafiq inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar: İşçilərə minimum əmək haqqı məbləğində ödənişlərin edilməsi: (bank hesabından çıxarış sübut edir) İşçilərin cəmlənmiş uçot rejimində çalışması, Qəbul edilən inzibati tənbeh haqqında protokol və qərarın İXMnin 127-4-cü maddəsinin tələblərinə cavab verməməsi, Bu hallar qəbul edilən müvafiq qərarın əsassız olmasını və həmin hərəkətlərdə inzibati xəta tərkibinin olmamasını sübut edir. DƏMX-nin BŞİ-nin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs, “X21” QSC-nin direktoru X11 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı və yuxarı səlahiyyətli orqanın xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 öz izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı əmək müqaviləsi bildirişlərindən işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (345) aşağı əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmçinin işçilərin əsas iş yeri üzrə 6 saat işlədiyini, əlavə iş yerində isə 8 saat qeyd edildiyini və nəticədə X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz izahatında bildirmişdir ki, “Əmək və Məşğulluq” alt sistemində natamamlıq olmuş və buna görə də əlavə etmək mümkün olmamışdır. Bu işçilər MMC-də əlavə iş yeri kimi çalışırdılar. Həmin işçilərə minimum əmək haqqı verilmişdir. Minimum əmək haqqından aşağı maaş verilməyin səbəbi isə neçə saat işləyiblərsə ona uyğun maaş hesablanıb verilmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı əmək müqaviləsi bildirişlərindən işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (345) aşağı əmək haqqı ödənildiyi müəyyən edilmiş, AR ƏM-nin 155-ci maddəsinin tələbləri pozulmuş, nəticədə X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X5 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş 13 dekabr 2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 nömrəli qərarından görünür ki, “X21” QSC-nin direktoru X11 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin (bundan sonra-Xidmət) Bakı şəhər İdarəsi (bundan sonra - yerli orqan) tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında X2 tərəfindən verilən şikayətə baxılmış, müəyyən edilmişdir ki, “Əmək və Məşğulluq” altsisteminə (bundan sonra-ƏMAS) baxış zamanı işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı ödənildiyi faktı aşkar edilmiş və yerli orqan tərəfindən F.Nəzərov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. F.Nəzərov xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, F.Nəzərov ilə işçilər X12, X13 və X4 arasında bağlanmış əmək müqavilələrində onlara natamam iş vaxtı - natamam iş günü müəyyən edilmiş, həmin şəxslərin gözətçi vəzifəsində çalışdıqları, səlahiyyətli orqan tərəfindən bu hallara düzgün qiymət verilmədiyi bildirilmişdir. Düzgün araşdırma aparılmasını və cərimənin ləğv edilməsi xahiş edilmişdir. Xidmət F.Nəzərovun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə xx.xx.2024-cü il tarixdə onun nümayəndələri Nümayəndə1 və X9 iştirakları ilə baxmış, inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş hallan, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki. F.Nəzərov barəsində yerli orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qüvvədə saxlanılmalıdır. Xidmətdə şikayətə baxılan zaman G.lsmayılovun verdiyi izahatında işçi ilə əmək müqaviləsi bağlandığı zaman ƏMAS-da müvafiq funksionallıq mövcud olmadığı üçün işçilər üçün natamam iş vaxtı rejimi müəyyən oluna bilmədiyi, bu səbəbdən də işçilərin cəmlənmə uçot formatında çalışdıqlarını, təqdim olunmuş xx.xx.2024-cü il tarixli bank çıxarışlarına əsasən işçilərə minimum əmək haqqından aşağı olmamaqla ödəniş edildiyini bildirmişdir. İş materiallarında olan F.Nəzərov ilə M.Qarayev, O.lsmayılov və R.Hüseynzadə arasında bağlanmış emək müqavilələrində işçiyə hər ay 175 manat məbləğində əmək haqqı ödənildiyi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işlədiyi qeyd olunmuşdur. Eyni zamanda həmin müqavilələrdə işçilərin iş yerinin əlavə iş yeri olduğu, işçilərin hər növbənin müddəti 6 saat olmaqla 2 növbəli iş rejimində çalışdıqları müəyyən edilmişdir. Lakin işçinin natamam iş vaxtı-natamam iş günü, yaxud natamam iş həftəsi rejimində çalışdığı, nahar vaxtı üçün fasilənin müddəti və iş vaxtının cəmlənmiş uçotunun tətbiq edildiyi müəyyən edilməmişdir. Odur ki, göstərilənlərə əsasən şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; "xxxx" ASC tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə 100,32 manat, xx.xx.2023-cü il tarixdə 99,43 manat, xx.xx.2023-cü il tarixdə 358,52 manat, xx.xx.2023-cü il tarixdə 353,31 manat, xx.xx.2023-cü il tarixdə 371,11 manat, xx.xx.2023-cü il tarixdə 246,05 manat, xx.xx.2024-cü il tarixdə 447,22 manat, xx.xx.2024-cü il tarixdə 109,12 manat, xx.xx.2024-cü il tarixdə 243,98 manat, xx.xx.2024-cü il tarixdə 407,97 manat, xx.xx.2024-cü il tarixdə 320,24 manat, xx.xx.2024cü il tarixdə 271,91 manat, xx.xx.2024-cü il tarixdə 349,42 manat, xx.xx.2024-cü il tarixdə 166,04 manat, xx.xx.2024-cü il tarixdə 145,50 manat, xx.xx.2024-cü il tarixdə 291,71 manat, xx.xx.2024-cü il tarixdə 377,21 manat əmək haqqı almışdır; "xxxx" ASC tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə 188,46 manat, xx.xx.2024-cü il tarixdə 421,99 manat, xx.xx.2024cü il tarixdə 337,59 manat, xx.xx.2024-cü il tarixdə 279,66 manat, xx.xx.2024-cü il tarixdə 366,92 manat, xx.xx.2024-cü il tarixdə 285,64 manat, xx.xx.2024-cü il tarixdə 249,95 manat, xx.xx.2024-cü il tarixdə 317,81 manat əmək haqqı almışdır; "xxxx" ASC tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X14 xx.xx.2023-cü il tarixdə 103,54 manat, xx.xx.2023-cü il tarixdə 102,2 manat, xx.xx.2023-cü il tarixdə 358,52 manat, xx.xx.2023-cü il tarixdə 354,36 manat, xx.xx.2023-cü il tarixdə 382,66 manat, xx.xx.2023-cü il tarixdə 255,5 manat, xx.xx.2024-cü il tarixdə 449,65 manat, xx.xx.2024-cü il tarixdə 328,33 manat, xx.xx.2024-cü il tarixdə 421,99 manat, xx.xx.2024-cü il tarixdə 124,46 manat, xx.xx.2024-cü il tarixdə 149,24 manat, xx.xx.2024cü il tarixdə 257,51 manat, xx.xx.2024-cü il tarixdə 366,92 manat, xx.xx.2024-cü il tarixdə 302,61 manat, xx.xx.2024-cü il tarixdə 109,34 manat, xx.xx.2024-cü il tarixdə 178,29 manat, xx.xx.2024-cü il tarixdə 226,28 manat, xx.xx.2024-cü il tarixdə 59,06 manat əmək haqqı almışdır; Portaldan çıxarışdan görünür ki, 5 günlük iş rejimi müəyyən edilməklə, işin başlama saatı 09:00, bitmə saatı isə 18:00, istirahət günlərinin sayı isə 2 gün olmuşdur; Əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X11 və işçi X4 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 175 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş saatı müəyyən edilmiş, əsas məzuniyyət müddəti 21 təqvim günü müəyyən edilmişdir; Əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X11 və işçi X13 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 175 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş saatı müəyyən edilmiş, əsas məzuniyyət müddəti 21 təqvim günü müəyyən edilmişdir; Əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X11 və işçi X12 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 175 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş saatı müəyyən edilmiş, əsas məzuniyyət müddəti 21 təqvim günü müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2023-cü ilin avqust ayına olan növbətçilik cədvəlinə əsasən onun yeni işə qəbul günlərinin 6 gün, ay ərzində növbə sayının 11 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 66 saatının isə 15 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2023-cü ilin avqust ayına olan növbətçilik cədvəlinə əsasən onun yeni işə qəbul günlərinin 7 gün, ay ərzində növbə sayının 12 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 72 saatının isə 15 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2023-cü ilin sentyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 114 saatının isə 30 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2023-cü ilin sentyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 114 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2023-cü ilin oktyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 20 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 120 saatının isə 33 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2023-cü ilin oktyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 114 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2023-cü ilin noyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 114 saatının isə 27 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2023-cü ilin noyabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 114 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2023-cü ilin dekabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 14 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 84 saatının isə 21 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2023-cü ilin dekabr ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 14 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 84 saatının isə 21 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2024-cü ilin yanvar ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 18 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 108 saatının isə 24 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2024-cü ilin yanvar ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 20 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 120 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2024-cü ilin fevral ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 13 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 78 saatının isə 21 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2024-cü ilin fevral ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 17 gün, aylıq normanın 114 saat, faktiki olaraq 114 saatın 102 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X3 2024-cü ilin fevral ayına olan növbətçilik cədvəlinə əsasən onun yeni işə qəbul günləri 14 gün, ay ərzində növbə sayının 09 gün, aylıq normanın 114 saat, faktiki olaraq 114 saatın 54 saatının isə 12 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2024-cü ilin mart ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 17 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 102 saatının isə 24 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2024-cü ilin mart ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 114 saatının isə 30 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X3 2024-cü ilin mart ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 19 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 114 saatının isə 33 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2024-cü ilin aprel ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 16 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 96 saatının isə 27 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2024-cü ilin aprel ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 11 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 66 saatının isə 18 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X3 2024-cü ilin aprel ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 17 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 102 saatının isə 27 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X6 2024-cü ilin may ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 15 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 90 saatının isə 27 saatının gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X7 2024-cü ilin may ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 14 gün, aylıq normanın 120 saat, faktiki olaraq 120 saatın 84 saatının isə 24 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Cədvəldən görünür ki, X3 2024-cü ilin may ayına olan növbətçilik cədvəlinə əsasən onun ay ərzində növbə sayının 14 gün, aylıq normanın 126 saat, faktiki olaraq 126 saatın 84 saatının isə 21 saatının gecə növbəsini gecə növbəsini təşkil etdiyi müəyyən edilmişdir; Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 192.3-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 58-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. 96-cı maddəsinin 1-ci bəndinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. 157-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. 163--ci maddəsinin 1-ci bəndinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. 177-ci maddəsinin 1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 2-ci bəndinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3-cü bəndinə əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsininin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə bu dəlillərə münasibətdə qeyd edir ki, iş materiallarında olan əmək müqavilələrində işçiyə hər ay 175 manat məbləğində əmək haqqı ödənildiyi, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işlədiyi qeyd olunmuşdur. Lakin araşdırma zamanı işçilərin iş yerinin əlavə iş yeri olduğu, işçilərin hər növbəsinin müddəti 6 saat olmaqla 2 növbəli iş rejimində çalışdıqları müəyyən edilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan təqdim olunan sübutlara qiymət vermədən icraat aparmışdır. İş materiallarına əlavə edilən bank hesabından çıxarış, tabellər və digər sənədlər müqayisəli təhlil edildikdə müəyyən olunur ki, əməkdaşlara ödənilən məbləğlər minimum əmək haqqına uyğun olmuşdur. Bundan başqa barəsində inzibati xəta haqqında icraat aparılan tərəfin verdiyi izahatda həmin işçilərin cəmlənmiş uçot rejimində işlədikləri, ancaq müqavilə bağlanan zaman səlahiyyətli orqanın alt sistemində həmin rejimlə bağlı müvafiq funksiyanın mövcud olmadığı qeyd olunsa da, buna baxmayaraq səlahiyyətli orqan bu məsələyə dair konkret qərar qəbul etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, protokolu tərtib etmiş orqanın nümayəndəsi həmin işçilərin əsas iş yeri üzrə 6 saat işlədiyini qeyd etmişdir ki, bu da məhkəmə tərəfindən belə qənaətə gəlməyə əsas verir ki, işçilərin əvəzçilik üzrə faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqı qanunverciliyin tələblərinə uyğun hesablandığından minumum əmək haqqından az hesablanmamışdır. Əmək müqaviləsində (elektron bildirişdə) əmək haqqı ilə iş saatlarının uyğun gəlməməsi məhkəmə tərəfindən texniki səhv və elektron sistemdə həmin funksiyanın mövcud olmaması ilə izah edilərək üzrlü hal kimi qiymətləndirilir. Sadalanan xüsusatlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığı nəzərə alınmalı və şübhələr X5 xeyrinə həll edilməli, həmçinin inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmadığından ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-14040/2024 nömrəli qərar ləğv edilməli və X5 əməlində AR İXM-nin 192.3-cü maddəsi üzrə əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 vəkili “Femida” vəkil bürosunun vəkili Nümayəndə1 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1- 14040/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsaəsən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-722/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-722/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver