Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7229/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X3 müraciəti əsasında AR ƏMnin 15-ci maddəsinə əsasən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-58283/2025 nömrəli məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunmuş, Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilən sənədlər həmin Məcəllənin 15-ci maddəsinin 5-ci hissəsi və İXM-nin 539-cu maddələri nəzərə alınmadan tam və düzgün təqdim edilməmiş, nəticədə Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X3 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinə əsasən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankına xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-58283/2025 nömrəli məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunduğunu, lakin Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilən sənədlərin tam və düzgün təqdim edilmədiyini, göstərilənləri nəzərə alaraq, Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının etibarnamə üzrə nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, ASC-nin işçiləri DƏMX-dən gələn sorğunu yalnış başa düşmüş, ona görə də bir sənədi göndərməmişlər. Lakin sonradan telefon vasitəsi ilə əlaqə yaradılaraq anlaşılmazlıq aradan qaldırılmış, Müfəttişlik tərəfindən tələb olunan sənəd göstərilən müddət ərzində göndərilmişdir. Belə ki, qeyd olunan sənədlər mail vasitəsilə tam şəkildə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinə əsasən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 58283/2025 nömrəli məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİnə təqdim edilməsi tələb olunmuş, Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilən sənədlər həmin Məcəllənin 15-ci maddəsinin 5-ci hissəsi və İXM-nin 539-cu maddələri nəzərə alınmadan tam və düzgün təqdim edilməmiş, nəticədə Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankına ünvanlanmış 30 iyun 2025-ci il tarixli 3-17-5/2-58283/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “vətəndaş X3 xxxxnda əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər idarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X10 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 5unan sənədlərin siyahısı: 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə) 2. Kollektiv müqavilə (olduğu təqdirdə) 3. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar ittifaqı Təşkilatına müraciət və HİT-nın razılığı və s.) 4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti. 5. iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə) 6. Vətəndaşın müraciətində qeyd oiunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir” məzmunda olmuşdur. “Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini cənab Fərid Bağırova ünvanlanmış BO-XO-14.7.2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məktubun mətni “Sizin xx.xx.2025 - d il tarixində Banka daxil olmuş məktubunuzda qeyd edilmiş sənədləri təqdim edirik. Məlumat üçün bildirmək istərdik ki, sənədlər siyahısında göstərilmiş “əmək haqqı hesablanması cədvəllərinin surəti” bank sirri təşkil edən məlumat olduğu üçün “Banklar haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız müvafiq məhkəmə qərarı və ya müştərinin yazılı razılığı əsasında təqdim oluna bilər. Qoşma: 1. Kollektiv müqavilənin təsdiq edilmiş surəti -08 (səkkiz) vərəq; 2. X3 işdən azad olunması barədə əmr və onun əsasın olan sənədlərin çıxarışları və təsdiq edilmiş surətləri - 05 (beş) vərəq; 3. X1 haqqhesabına dair arayış - 01 (bir) vərəq; 4. X3 iş vaxtının uçotu tabelindən çıxarış - 01 (bir) vərəq; 5. X3 müraciətinə cavab məktubu - 02 (iki) vərəq” məzmunda olmuşdur. EMS “Azerexpresspost” saytından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankına ünvanlanmış məktub 19 sentyabr 2025-ci il tarixdə ASC-nin ünvanına çatdırılmışdır. Maildən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankdan tələb olunan sənədlər 25 sentyabr 2025-ci il tarixdə mail vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş üzrə toplanmış materiallardan, o cümlədən X10 Xidmətinin təqdim etdiyi sənədlər və Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının nümayəndəsinin izahatından müəyyən edilir ki, Müfəttişlik tərəfindən Banka ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə daxil olmuş, tələb olunan sənədlər xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Daha sonra təqdim edilən sənədlərin birinin natamam olduğu barədə Müfəttişlik tərəfindən göndərilmiş əlavə sorğu ASC-də 19 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş, həmin sorğuya əsasən xx.xx.2025-ci il tarixdə Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankı tərəfindən tələb olunan sənədlər elektron poçt vasitəsilə tam şəkildə təqdim edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, sənədlərin ilkin mərhələdə natamam təqdim edilməsi bank sirri ilə bağlı yaranmış texniki anlaşılmazlıqdan irəli gəlmiş, Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının əməkdaşları sorğunun məzmununu düzgün başa düşmədiklərindən bir sənədi təqdim etməmişlər. Lakin sonradan məsələ Müfəttişliklə telefon əlaqəsi vasitəsilə aydınlaşdırılmış və çatışmayan sənəd dərhal göndərilmişdir. Göstərilən hallardan görünür ki, Bank tərəfindən sənədlərin təqdim edilməsində inzibati xəta törətmək qəsdi və ya səhlənkarlıq elementi olmamış, yaranmış vəziyyət sırf anlaşılmazlıq və texniki səbəblərdən meydana çıxmışdır. Müvafiq sənədlər isə sonradan tam və vaxtında təqdim edilməklə vəziyyət aradan qaldırılmışdır. Beləliklə, təqdim edilmiş sübutlar və izahatlar əsasında məhkəmə hesab edir ki, Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanuna və işin faktiki hallarına tam uyğun hesab olunur. Odur ki, Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7229/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7229/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver