Məhkəmə qərarları › İş №3(004)-7245/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7245/2025

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7245/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-7245/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X7 Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanə törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3364/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-7245/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cı maddəsinin dispozitiv şərti yəni hər hansı bir şəxs o zaman bu maddə ilə inzibati qaydada təqsirli hesab edilə və tənbeh oluna bilər ki, o, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini icra etməsin. Qeyd olunanlara əsasən onun əməlimdə sadalanan halların baş verməsinin sübut olunması halında inzibati xəta baş vermiş hesab edilə və barəsundə qəbul olunmuş inzibati qərar qanuni hesab oluna bilər. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsiində qəbul olumus qərarın əsasını X8 Xidmətinin Bakı səhər idarəsi tərəfindən onun vaxtı ilə direktoru olduğu 20 nömrəli məktəb liseyə ünvanlandığı 22 iyul 2025-ci il tarixli 3-17-5/2-64822/2025 saylı məktubunun məktəb rəhbərliyi tərəfindən (onun tərəfindən) vaxtında cavablandırılmaması olmuşdur. Qərar qəbul edən orqan belə qənaətə gəlmişdir ki, həmin sorğuya cavabın verilməməsinin təqsirkarı odur və ona görə də barəsində xx.xx.2025-ci il tarixdə inzibati qərar qəbul etmişdir. Hazırkı şikayət ərizəsinə əlavə etdiyi AR Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/39-985-M/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin 1-ci bəndindən görünür ki, ona xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək cəmi 56 gün müddətinə əmək məzuniyyəti verilmişdir, həmin müddət ərzində isə direktor vəzifəsi rəsmi olaraq həmin əmrlə direktor müavini X1 həvalə edilmişdir. Hazırkı şikayət ərizəsinə əlavə etdiyi AR Elm vəTəhsil nazirliyi Bakı səhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-1-1699-K/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrin 2-cı bəndindən görünür ki, o, xx.xx.2025-ci il tarixdən 20 nömrəli məktəb-liseyinin direktor vəzifəsindən azad olunmuşdur. X5 22 iyul 2025-ci il tarixli 3-17-5/2-64822/2025 saylı məktubu icra üçün məktəbə daxil olarkən o, məzuniyyətdə olduğu, səlahiyyətli şəxs olmadığı, direktor vəzifəsini digər bir şəxsin verinə yetirməsi halı nəzərə alınmamış və nəticədə barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. İnzibati Qərar qəbul edən orqan kifayət qədər araşdırma aparmadan, məlumatları dəqiqləşdirmədən, onun məlumatı olmadan barəsində qanunsuz və əsassız qərar qəbul etmişdir və onun belə bır qərar qəbul edilməsindən xəbəri olmamışdır. Belə ki, həmin dövrdə yəni istər sorğu məktub göndərilən vaxt, istər protokol yazılan vaxt və istərsə də qərar qəbul edilən vaxt o, məktəbin direktoru olaraq fəaliyyət göstərməmişdir. Hazırda şikayət etdiyi qərarı bir neçə gün əvvəl qeyri rəsmi qaydada əvvəlki iş yoldaşlarından əldə etmiş, qərar qəbul edən orqanın həmin qərarı ona təqdim etməsi ilə bağlı heç bir sübut yoxdur. Ona görə də məhkəmədən xahiş edir bu halları nəzərə alıb qərardan şikayət müüddətini ötürülməmiş hesab edərək hazırkı şikayətinə baxılması təmin olunsun. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, şikayət təmin edilməməli, qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək məktəbin direktoru X11 əmək məzuniyyətində olduğu üçün həmin vaxt aralığında direktor vəzifəsini o, icra etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış X11 məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən yəni səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan şikayətə baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı şikayətə ilkin olaraq baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-7245/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X7 Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair barəsində olan materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3364/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-7245/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsi sözügedən qərarında qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraat zamanı inzibati xəta hadisəsinin və ya X7 ona istinad edilmiş inzibati xətaya dair təqsirinin olub-olmaması barədə düzgün daxili inamını formalaşdırıb nəticəyə gəlməsi üçün işin bütün hallarını, o cümlədən səlahiyyətli orqanın 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64822/2025 nömrəli məktubunun 20 nömrəli tam orta məktəbə hansı tarixdə daxil olmasını, həmin tarixdə X7 əmək məzuniyyətində olubolmamasını, əgər məzuniyyətdə olmuşdursa, səlahiyyətli orqanın həmin sorğu məktubuna göstərilən məktəbin hansı vəzifəli şəxsinin tələb edilmiş müddət ərzində cavab verməli olduğunu bilavasitə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv qaydada araşdırmalı, nəticəsindən asılı olaraq, müvafiq qərar qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi üzərinə düşən göstərilən vəzifələri yerinə yetirməməklə, iş üzrə natamam qərar qəbul etmişdir. İş materiallarında olan X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Bakı şəhər Təhsil İdarəsinə və 20 nömrəli məktəbə 3-17-5/2-64822/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə sorğu edilən sənədlər 7 iş günündə DƏMX BŞİ-yə təqdim edilmədiyi üçün məktəbin direktoru X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində şərti olaraq cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi 20 nömrəli məktəb-liseyin xx.xx.2026-cı il tarixli 11 nömrəli məktubundan görünür ki, X11 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək məzuniyyətdə olmuşdur. Həmin müddətdə onu X4 (təsərrüfat müdiri) əvəz etmişdir. 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64822/2025 nömrəli məktub 20 №-li məktəbə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3364/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmiş və işə yenidən baxmalı olan birinci instansiya məhkəməsi tərəfindən araşdırmalı olan zəruri hallarla bağlı məhkəmə bildirir ki, həmin əhəmiyyətli halların müəyyən edilməsi məqsədi ilə müvafiq sorğu verilərək aşağıdakılar müəyyən edilmişdir: səlahiyyətli orqanın 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64822/2025 nömrəli məktubu 20 nömrəli tam orta məktəbə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur; barəsində inzibati cərimə qərarı qəbul edilmiş şəxs E.Ağayeva xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətində olmuşdur; səlahiyyətli orqanın 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64822/2025 nömrəli məktubu 20 nömrəli tam orta məktəbə daxil olan zaman həmin məktəbdə səlahiyyətli vəzifəli şəxs yəni məktəb direktorunu əvəz edən şəxs direktor müavini X4 olmuşdur. səlahiyyətli orqanın 22 iyul 2025-ci il tarixli, 3-17-5/2-64822/2025 nömrəli məktubunu cavablandırmalı olan şəxs direktorunu əvəz edən şəxs direktor müavini X4 olmuşdur. Yuxarıda qeyd olunan rəsmi sənədlərdən göründüyü kimi, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək liseyin direktoru olaraq rəsmi əmək məzuniyyətdə olmuş, direktor kimi (səlahiyyətli şəxs kimi) fəaliyyət göstərməmiş, məktuba cavab verməli olan səlahiyyətli şəxs olmamışdır və bu səbəbdən əmək müfəttişliyinin məlum sorğu məktubun məktəbə daxuil olmasından xəbərdar olması mümkün deyildir, eyni zamanda həmin məktuba cavab verməyə həmi imkanı, həmdə ki, rəsmi qaydada səlahiyyətləri xaricində olmuşdur. İş materiallarında olan mötəbər sübutlarla müəyyən olunur ki, həmin dövr aralığında direktor vəzifəsini X4 (təsərrüfat müdiri) əvəz etmiş və məktəbin direktoru vəzifəsini o, icra etmişdir. Bununla da, təsdiq edilmişdir ki, X11 DƏMX BŞİ sözügedən sorğu məktubundan xəbərdar olmamış, eləcə də həmin sorğu məktubunun icrasına dair göstəriş vermək imkanından məhrum olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, X7 təqsiri müəyyən edilmədiyindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarın əsasını onun tərəfindən müfəttişliyin məktubunun vaxtında cavablandırılmaması olmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, onun təqsiri olmadan barəsində inzibati qərar qəbul edilərək cərimə olumuşdur. İş materiallarında olan rəsmi sənədlər onu təsdiq edir ki, onun baş vermiş inzibati xəta hadisəsində təqsiri yoxdur, təqsirini sübut edən heç bir mötəbər sübut yoxdur əksinə rəsmi sənədlər əsasında müəyyən olunur ki, dövlət orqanının sözügedən müraciəti məktəbə daxil olarkən o, rəsmi əmrə əsasən direktor kimi fəaliyyət göstərməmiş, məzuniyyətdə olmuş, həmin müraciətdən xəbəri olmamışdır. Belə olan halda X7 əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə və qərarda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilsin və həmin qərar ləğv edilsin. X7 Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar