Məhkəmə qərarları › İş №3(004)-725/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-725/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-725/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə Şikayətçi "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi X8 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 dekabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün X22 Xidmətinin Bakı şəhər İdarsinin rəis müavini X20 göndərilmişdir. İnzibati xəta haqqında Protokola əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 13:33-də səhhətinin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı MMC-nin direktoru (işə götürən) X10 tərəfindən vəzifəli şəxs vətəndaş X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuşdur. Nəticədə "xxxx" MMC İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X22 Xidmətinin Bakı şəhər İdarsinin rəis müavini X23 09 yanvar 2025-ci il tarixli MN ******* saylı qərarı ilə MMC-nin direktoru (işə götürən) X9 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bildi və barəsində 3.000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbi tətbiq edildi. X22 Xidmətinin Bakı şəhər İdarsinin rəis müavini X16 09 yanvar 2025-ci il tarixli MN ******* saylı qərarı aşağıdakılara görə qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. MMC-barəsində tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən MMC X11 ilə bağladığı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onu işlərin görülməsinə cəlb etməklə inzibati xəta törətmişdir. İnzibati xətanın törədildiyi iddia olunduğu vaxtda, yəni xx.xx.2024-cü il tarixdə saat 13:33-də X11 ilə bağlanmış əmək müqaviləsi qüvvəyə minməməsi iş materialları ilə təsdiqini tapır, belə ki, həmin əmək müqaviləsinin bildirşi "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə saat 18:52-də sistemə daxil edilmişdir. X2 işə cəb edilməsi müəyyən edilsə də, iş materiallarında iş üçün əhəmiyyətli olan bu hal sübuta yetirilmir. Beləki işdə X7 işə cəlb edilməsini göstərən heç bir sübut yoxdur. Onun işə cəlb edilməsi nə bir başa yerində aşkar edilərək tərtib edilmiş aktla təsdiq edilir, nə özünün, nə başqa şəxslərin şahid qismində verdikləri izahatla, nə də foto və ya video materiallarla təsdiş edilir. Hətta iş materiallarında olan X7 özünün izahatında belə işə cəlb edilmədiyi göstərilir. Bu hal yetərlidir ki, İXM-nin 135.1.3-cü maddəsinə əsasən qərar qəbul edilən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halın sübuta yetirilməməsi əsası ilə 9 yanvar 2025-ci il tarixli qərar ləğv edilsin. İş materiallarında X7 işə cəlb edilməsini göstərən yeganə sənəd inzibati xəta haqqında protokoldur. Beləki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokola heç bir digər sənəd və sübut əlavə edilməyib. İnzibati xəta haqqında protokolların hüquqi təbiətləri problemlidir. İnzibati xətalar üzrə icraat zamanı tərtib edilən inzibati xəta haqqında protokolun hüquqi təbiəti mübahisəlidir və buna aydınlıq gətirilməlidir. Bu protokollar həm şəxslərə qarşı ittiham irəli sürən sənəd (İXM maddə 100), həm də bu ittihamı təsdiq edən sübutdurlar (yeni İXM maddə 76.1) Yəni özü öz sübutu olan sənəd. Bu da inzibati xətalara dair işlərə baxılması zamanı çəkişmə və tərəflərin bərabərliyi prinsipini və təqsirsizlik prin pozur. Bu normaların Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsinin İ və İİİ hissələri və 127-ci maddəsinin İV və Vİİ hissələri prizmasından şərh edilməsinə ehtiyyac var. İnzibati xəta haqqında protokolda zərər çəkmiş şəxsin cəlb edilməmişdir. İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı ümumi obyekti əmək münasibətləri, xüsusi obyekti isə işçinin əmək hüquqlarıdır. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsi əmək münasibətlərinin yalnız yazılı əmək müqaviləsi bağlandıqdan və əmək müqaviləsi qüvvəyə mindikdən sonra yarandığını təsbit etməklə faktiki olaraq əmək müqaviləsi olmadan işçinin işə cəlb edilməsini qadağan edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında (bu qərar İXM-192.1-ci maddəsi ilə bağlı başqa işlə bağlı qəbul edilmişdir) Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə işçinin əmək hüquqlarını pozmaqla ona zərər vurulur. İXM-nin 62.1-ci maddəsinə əsasən isə inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Bütün bunları ümumiləşdirdikdə belə nəticə çıxarmaq olar ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədərkən, qüvvəyə minmiş əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçinin “əmək, sosial və iqtisadi hüquqlarına, qanuni mənafelərinə” zərər vurulur. Əgər bu inzibati xəta törədilibsə, o zaman həmin xətadan zərər çəkmiş şəxsin olması zəruridir. Əgər zərərçəkmiş şəxs yoxdursa, o zaman inzibati xəta da yoxdur. İXMnin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; Lakin bu iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs yoxdur. Zərər çəkmiş şəxsin olmadığını göstərən inzibati xəta haqqında protokol faktiki olaraq iş üçün əhəmiyyətli olan halın, yəni əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilmiş şəxsin olduğunun sübut edilmədiyini, həmçinin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın olmadığını təsdiq edir. X11 bu işə yalnız şahid qismində cəlb edilib və o da izahatında işə cəlb edilmədiyini göstərib. Bu baxımdan inzibati xəta haqqında protokol inzibati xəta hadisəsinin baş verdiyini göstərən sübut kimi deyil, əksinə bir tərəfdən inzibati xəta törədildiyini iddia edən, digər tərəfdən inzibati xəta hadisəsini rədd edən ziddiyyətli sübut kimi qəbul edilməlidir. Tərtib edilmiş protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol şəxsə onun hüquq və vəzifələri izah edilməmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokoldan belə müəyyən edilir ki, MMC-nin direktoru (işə götürən) X10 ümumiyyətlə araşdırmaya cəlb edilməyib. Protokolda onun “iştirak etmədiyi” qeyd olunur. Qərar qəbul edən vəzifəli şəxs işin bu halların nəzərə almayıb inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri geri qaytarmayıb. Əvəzində işi mahiyyəti üzrə baxılmağa təyin edərək yuxarıda qeyd etdiyimiz qərarı qəbul edib. MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, bu faktiki olaraq MMC-nin cinayət ittihamına məruz qalması mənasına gəlir və MMC-nin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara malik olmalı olduğunu göstərir. Hazırki prosesdə inzibati xəta törətməklə bağlı ittihama məruz qalan şəxs, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs təqsirsizlik prezumpsiyasından avtomatik məhrum olur. Belə ki, inzibati xəta haqqında protokolda göstərilən xətanın onun tərəfindən törədilməsini sübut edilməsini gözləmək hüququ olmur. Çünki, inzibati xəta haqqında protokol avtomatik olaraq öz özünün sübutu sayılır. Bununla o özünün təqsirsizliyini sübuta yetirməyə məcbur buraxılır. Əks halda yalnız inzibati xəta haqqında protokola sübut kimi istinad edilməklə onun təqsirli sayılması riski ilə üzləşir. Digər tərəfdən məhkəmə inzibati xəta haqqında protokolu sübut olaraq əsas götürərərək işdə olan digər əhəmiyyətli sübut X7 izahatını sübut olaraq qəbul etmir. Bununla məhkəmə bir yandan ittihamın özünü (yəni inzibati xəta haqqında protokolu) digər sübutlarla təsdiq edilməyə ehtiyacı olmayan, özü özünü sübut sənəd kimi qəbul edir, digər tərəfdən isə müdafiə tərəfinin xeyrinə sübut olan X7 izahatını qəbul etmir. Üstəlik məhkəmə bu sübutu niyə qəbul etmədiyini, rədd etdiyini əsaslandırmağa ehtiyac görmür. İttiham və müdafiə tərəfinin sübutlarına bu cür yanaşmanın olduğu proses tərəflərin bərabərliyi prinsipinə cavab verən, yəni ədalətli mühakimə sayıla bilməz. Birinci instansiya Məhkəməsində baxılan işdə MMC-nin əsas arqumenti X7 işə cəlb edilmədiyi, bunun əksini təsdiq edən sübutların olmadığı və X7 özünün də bu halı təsdiq etməməsi idi. Lakin Məhkəmənin qərarından aydın olmadı ki, məhkəmə bu arqumentləri niyə qəbul etmədi, X7 izahatını sübut kimi niyə mötəbər saymadı, onun işə cəlb edildiyini hansı sübuta istinad edərək müəyyən etdi. Düzdür, məhkəmələr bütün məsələlərə münasibət bildirməməlidirlər, lakin bu məsələlər bu iş üçün həlledici məsələlər idi, işə baxan məhkəmə bu məsələlərə qərarında münasibət bildirməli idi. Bu məsələlərə münasibət bildirməyən məhkəmə qərarı əsaslandırılmış məhkəmə qərarı sayıla bilməzdi. Bundan əlavə məhkəmə yalnız natamam və ziddiyyətli olan sənədə, inzibati xəta haqqında protokola istinad edərək bizə bu sübutu effektiv mübahisələndirmək imkanı vermədən MMC-ni cərimə etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi X14 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 13:33-də səhhətinin pozulması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı "xxxx" MMC-nin direktoru (işə götürən) X10 tərəfindən vətəndaş X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozulmuşdur. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 13:33-də səhhətinin pozulması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı "xxxx" MMC-nin direktoru (işə götürən) X10 tərəfindən vətəndaş X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozulmuşdur. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X10 barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 8JDVQXJ000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X7 əmək müqaviləsi bildirşi "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə saat 18:52də sistemə daxil edilmişdir. **********.46304 nömrəli müraciət vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 13:33 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. X24 fəhlə vəzifəsi üzrə çalışan əməkdaşı X11 (d/t: xx.xx.1997) əmək funksiyalarının icrası zamanı ələk qazı çıxarıb iş gördükdən sonra narahatlıq hiss edib, huşunu itirib. Bədbəxt hadisənin nəticəsində təcili yardım çağırılıb, yerində yardım göstərilib, 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Kəskin inhalyasyon neft məhsulları ilə zəhərləmə diaqnozu qoyulub. Vətəndaş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat vermək üçün müraciət edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 3(004)- 135/2025 nömrəli qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 3(103)-364/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X11 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X10in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər idarəsinin 09 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar