Məhkəmə qərarları › İş №3(004)-7258/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7258/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7258/2025 27.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasən, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********7070, **********4036 sorğu nömrəli gömrük bəyannamələri üzrə qurudulmuş xurma dilimləri yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 221690,48 ABŞ dollar (376873,81 manat ) məbləğində olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 10073,52 ABŞ dolları Şəxs MMCnin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Şəxs MMC-nin məhkəməyə göndərdiyi vəsatətdən görünür ki, Azərbaycan Respublikası hüquqi şəxs' olan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Yasamal rayon məhkəməsinə göndərmişdir. Hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Beləliklə yuxarıda göstərilən qanunun tələblərinə əsasən hazırki iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 483-cü maddəsindən müəyyən olunur ki, bu maddənin tərkib hissəsi yaranması üçün iki şərt vardır. Xarici valyuta əldə edilməli və müvəkkil banka köçürülməsi təmin olunmamalıdır. Hazırki, işin materiallarından görünür ki bu fəaliyyət nəticəsində ümumilikdə 10073,52 ABŞ dolları xarici valyuta əldə edilməmişdir. Belə ki, İşin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati orqanın qənaətinə görə Şəxs MMC tərəfindən AO ARVİAY (RAŞEN VENÇUR İNVESTMENT) Şirkətinə **********7070 nömrəli Gömrük bəyannaməsi ilə ixrac etdiyi 126464.0 ABŞ dollar və **********4036 nömrəli Gömrük bəyannaməsi ilə ixrac etdiyi 105300.0 ABŞ dollar dəyərində qurudulmuş xurma məsulu üzrə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməmiş 10073, 52 ABŞ dolları Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdır. Bildirir ki, Şəxs MMC ilə AO ARVİAY (RAŞEN VENÇUR İNVESTMENT) Şirkəti arasında 17 iyul 2023-cü il tarixdə RVİ-N20-BAL-170723 nömrəli alqı-satqı müqavilə bağlanmışdır. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Rusiya Federesiyası Mülki Məcəlləsinin 309 və 310-cu maddələrinə əsasən satılmış məhsulların keyfiyyəti müqavilə şərtlərinə uyğun gəlmədiyi halda bu məbləğdə ziyan ya Şəxs MMC tərəfindən ödənilməli və ya Alıcı AO ARVİAY (RAŞEN VENÇUR İNVESTMENT) Şirkəti tərəfindən Satıcı Şəxs MMC-yə ödənilməli olan məbləğdən çıxılmalıdır. Buna müvafiq olaraq Alıcı AO ARVİAY (RAŞEN VENÇUR İNVESTMENT) Şirkəti tərəfindən 27 yanvar 2025-ci il tarixdə 328,37 ABŞ dolan, 18 dekabr 2024cü il tarixdə 892,60 ABŞ dollar və 17 yanvar 2025-ci il tarixdə 8852,48 ABŞ dollar məbləğində pretenziyalar verilmiş və bu Pretenziyalar Şəxs MMC tərəfindən təsdiq edilmişdir. Həmin Prtenziyalara əsasən Alıcı AO ARVİAY (RAŞEN VENÇUR İNVESTMENT) Şirkəti tərəfindən Satıcıya ödənilməli olan məbləğ hesabından azaldılmışdır. Hansı əsasla Gömrük İdarəsi hesab edir ki, bu ixrac əməliyyatları ilə Şəxs MMC öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş və yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Bundan başqa hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərkibinin yaranmsı üçün ixrac olunan məhsullar yalnız konsiqnasiya ilə edilməlidir. Belə ki, həmin Fərmanın 12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hazırki halda isə konsiqnasiya yolu ilə mallar ixrac olunmadığından ona həmin Fərmanla nəzərdə tutulmuş 180 gün müddəti, yəni Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər müddəası tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 17 may 2021 ci il tarixli Qərarında aşağıdakılar öz əksini tapmışdır: Göründüyü kimi hazırki protokol üzrə Şəxs MlMC-nin heç bir təqsiri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol üzrə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş edir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, Şəxs MMC barəsində tərtib olunan xx.xx.2025- ci il tarixli, 00500-01339/25 nömrəli inzibati xəta haqqında protokolu müdafiə edir, iştirakları olmadan məhkəmə prosesinin keçirilməsini xahiş edir və bildirmişdir ki, Şəxs MMC-nin nümayəndəsi qismində çıxış edən, MMC-də baş direktorun müavini vəzifəsində çalışan X1 izahatına əlavə etdiyi sənədlər 1961- ci il oktyabrın 5-də bağlanmış Azərbaycan Respublikasının da qoşulduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" Konvensiyanın tələblərinə uyğun deyildir. Belə ki, əsasən xarici dövlət və ya xarici dövlətin fiziki şəxsi tərəfindən verilmiş sənədin, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan sənədlərin rəsmi sənəd kimi tanınması üçün Konvensiyanın 3-cü maddəsinin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilməli, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı müqaviləyə uyğun dildə göstərilməlidir. Şəxs MMC-nin təqdim etdiyi sənədlər notarial təsdiq edilmədiyindən və həmin sənədlərə Apostille əlavə edilmədiyindən təqdim olunmuş sənədlər mötəbər sübut hesab oluna bilməz. Əlavə olaraq Şəxs MMC tərəfindən qeyd olunan protokol üzrə hazırki dövrə qədər ödənişin olunmaması barədə çıxarışı da məhkəməyə göndərir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-1400/012/001721 nömrəli, raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşıv küçəs, ev 6, mənzil 33 olan Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixli **********7051, **********7070, **********4036 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qurudulmuş xurma dilimləri yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 291716,40 ABŞ dollar (495917,88 manat ) məbləğində olan yükün müqabilində qaytarılmalı olan vəsaitdən 70025,92 ABŞ dolları Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, gömrük xidmətinin X3 sistemində əldə olunmuş məlumatlar əsasında "xxxx" MMC-nin Balakən Gömrük idarəsində rəsmiləşdirilən (**********7051, **********7070, **********4036) bəyannamə üzrə “qurudulmuş xurma dilimləri” yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 291716.40 ABŞ dollar (495917.88 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitin 70025.92 ABŞ dolları (119044.06 min manat kurs: 1 ABŞ dollar = 1,70 AZN) "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin hüquqi ünvanına həmin bəyannamələr üzrə xx.xx.2025-ci il tarixli 3-33-1400/2-000671/2025 bildiriş göndərilmişdir."xxxx" MMC-nin ixrac olunan mallar müqabilində qaytarmalı olan vəsait barədə Balakən Gömrük İdarəsinə indiyə qədər heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC -nin Balakən Gömrük İdarəsində rəsmiləşdirilən (**********7070, **********4036) sorğu nömrəli gömrük bəyannamələri üzrə “qurudulmuş xurma dilimləri” yükünün Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 221690,48 ABŞ dollar (376873.81 manat, kurs: 1 ABS dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan vəsaitin 10073,52 ABS dolları (17124,98 manat kurs: 1 ABŞ dollar = 1,70 AZN) "xxxx" MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 10073,52 AB$ dolları ( 17124,98 manat) məbləğində xarici valyutanın geri qavtarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və təhqiqat şöbəsinə dəvət olunan şirkətin baş direktorunun müavini X2 izahatı alınnmıs və izahatında bildirmişdir ki, o, Şəxs MMC-də bas direktorunun müavini menecer vəzifəsində işləyir. MMC-nin direktoru X4r, Balxurma MMC 2017-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti qurudulmuş xurma dilimləri məhsullarının istehsalı və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə edirik. xx.xx.2025- ci il və xx.xx.2025-ci il tarixlərində 3 (**********7051, **********7070, **********4036) sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 291716,40 ABŞ dolları dəyərində “qurudulmuş xurma dilimləri” yükü şirkət tərəfindən Rusiya Federasiyasına ixrac olunmuşdur. Həmin bəyannamələr üzrə gömrük ödənişləri olan 106.20 manat gömrük bəyannaməsinə görə elektron xidmət haqqı və 1800 manat invovs dəyərinə görə alınan gömrük yığımını e-customs mobil tətbiqi vasitəsi ilə X8 ödəmişdir. Bəyannamələr üzrə xurma yükünü faktiki ixrac edən isə MMC-nin direktoru Mirzoyev Tarieldir. Rusiya Federasiyası, Moskva səhəri, S.Sirednva Kalitnikovskava küçəsi, ev 28, bina 4, 1-ci mərtəbə, blok 7, otaq 8 ünvanında qeydiyyatda olan “AQ “ARVİAY(RA$EN VENÇUR İNVESTMENTS)” şirkəti ilə xx.xx.2023-cü il tarixli RVİ-N20-BAL-170723 nömrəli müqavilə, Rusiya Federasiyası,Udmurt Respublikası, İqrin rayonu, D.Komsomoleç, Skolnava küçəsi, ev 30 ünvanında qeydiyyatda olan "xxxx" MMC-ilə xx.xx.2025-ci il tarixli BH 0001/25 nömrəli müqavilə bağlanılmışdır, xx.xx.2025-ci il tarixli BH 0001/25 nömrəli müqavilə əsasında xx.xx.2025-ci il tarixli **********7051 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi invovs dəyəri 59952,40 ABŞ dolları olan, xx.xx.2023-cü il tarixli RVİ-N20-BAL- 170723 nömrəli müqavilə əsasında xx.xx.2025-ci il tarixli **********7070 sorğu nömrəli , xx.xx.2025- ci il tarixli **********4036 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumi invovs dəyəri 215167,81 ABS dolları olan “qurudulmuş xurma dilimləri” yüklərini Rusiya Federasiyasına ixrac etmişik. xx.xx.2025-ci il tarixli **********7051 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumi invovs dəyəri 59952,40 ABS dolları olan vəsait tam səkildə müvəkkil bankda olan hesablarına köçürülmüşdür. Belə ki, Rusiya Federasiyasının ərazisi böyük olduğu üçün, yəni onlar malları Rusiya Federasiyasının uzaq vilayətlərinə göndərdiyi üçün yolda 1 həftədən çox vaxt keçir, eləcə də sərhəd buraxılış məntəqələrində yaranan növbələr səbəbindən də üstəlik bir müddət həmin mallar maşınlarda qalmış və buna görə də artıq təyinat verinə çatan zaman malların müəyyən bir hissəsi istifadəyə yararsız halda olmuşdur. Buna görə də idxalatçı şirkət tərəfindən malın xarab olmuş hissəsinə münasibətdə onlara kredit notalar verilir və həmin kredit notalarda cərimələr təyin olunur. Həmin cərimələr də ümumilikdə invovs dəyərindən çıxılır və buna görə də gömrük bəyannamələrində qeyd olunan invoys məbləği tam səkildə MMC-nin müvəkkil bank hesabına köçürülmür. Həmin məbləğlər isə müqavilədə qeyd olunmuş kredit notlar olmuşdur. Kredit notları izahatına əlavə etmişdir. Belə ki, 1961-ci il oktyabrın 5-də bağlanmış Azərbaycan Respublikasının da qoşuldudu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" Konvensiyanın tələblərinə əsasən xarici dövlət və ya xarici dövlətin fiziki şəxsi tərəfindən verilmiş sənədin, sənədin qeydiyyatını və ya müəyyən tarixdə bas vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan sənədlərin rəsmi sənəd kimi tanınması üçünü Konvensiyanın 3-cü maddəsinin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilməlidir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyqun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı müqaviləyə uyqun dildə göstərilməlidir. Göründüyü kimi Şəxs MMC-nin təqdim etdiyi sənədlər notarial təsdiq edilmədiyindən və həmin sənədlərə Apostille əlavə edilmədiyindən təqdim olunmuş sənədlər mötəbər sübut hesab oluna bilməz. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’nm 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Qaydaların 15,1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsulliyyət daşıyırlar. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 4.1ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 10073,52 ABŞ (on min yetmiş üç dollar əlli iki sent) ABŞ dolları məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 3022 (üç min iyirmi iki) ABŞ dollar məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə hesablanmaqla inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar