Məhkəmə qərarları › İş №3(004)-7260/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7260/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7260/2025 06.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 1989-cu ildə Masallı rayonu, Boradigah qəsəbəsində rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu, Türkoba ə/d, Qəzvinoba kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən xx.xx.2025-ci il tarixdə vətəndaş Əliyev X6 rayonu, Ə.Əhmədov küçəsi 106 ünvanında saxlanılmış, Narkoloji Mərkəzdə MET AMP THC aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini və göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həqiqətən də narkotik vasitədən istifadə etmişdir, üzərində narkotik vasitə olan marixuana olmuşdur, ailəlidir, azyaşlı övladları vardır, əməlindən peşmandır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq isə 05 oktyabr 2025-ci il tarixdən tutulduğunu və hazırki vaxtadək azad olunmadığını, narkotik vasitəni Ruslan adlı şəxsin yaşadığı mənzilin qarşısından aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Əliyev X6 rayonu, Ə.Əhmədov küçəsi 106 ünvanında saxlanılmış, Narkoloji Mərkəzdə MET AMP THC aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” 05 oktyabr 2025-ci il tarixli, AZA 017483 nömrəli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2025-ci il tarixdə, saat 21:00-da tutulmuş, 06 oktyabr 2025-ci il tarixdə, saat 16:50-də azad edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, məhkəmə ekspertiza mərkəzinin 7/1270 saylı və 6/3256 saylı maddi sübutlar, Şəxs üzərindən aşkar edilmiş 0.382 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və 0.029 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin məhv edilməsi üçün Yasamal rayonu üzrə fəaliyyət göstərən yerli komissiyaya göndərilməsi və müvəqqəti olaraq saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3256 nömrəli, 05 oktyabr 2025-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Şəxs “imza”; ə/m Yılmaz Həsənov “imza”; Tərtib etdi: R. Həsənov “imza” ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,029 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qərarda qoyulmuş “4. Aşkar olunan maddələr eyni tərkiblidirmi?” sualı ilə bağlı tədqiqata təqdim edilən maddələrdən biri metamfetamin (psixotrop maddə) və digəri isə qurudulmuş marixuana (narkotik vasitə) olduğundan (“05” oktyabr 2025-ci tarixli 7/1270 №-li rəyə əsasən) eynilik ilə bağlı tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/1270 nömrəli, 05 oktyabr 2025-ci il tarixli rəydən görünür ki, tədqiqat təqdim edilmiş üzərində “ Şübhəli şəxs Şəxs imza......“ yazı və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,382 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana bir ədəd bükümdə olduğundan onun eynilik tədqiqatı aparılmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 06 oktyabr 2025-ci il tarixli, 6161 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Şəxs polis şöbəsində verdiyi izahatından görünür ki, o, həmin izahatında xx.xx.2025-ci il tarixdə təxminən 21:15 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının yaxınlaşıb özlərini təqdim etdiklərini və üzərində narkotik vasitə saxlamaqda, daşımaqda şübhəli olduğunu bildirərək video çəkiliş vasitəsilə üzərinə baxış keçircəklərini bildirdiklərini, bundan sonra ona hüquq və vəzifələri izah edilməklə üzərində baxış keçirildiyini və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan büküm təqdim etdiyini, həmin büküm açılan zaman marixuanaya bənzər maddə və metamfetaminə bənzər maddə aşkar olunduğunu, həmin maddəni 30 manata Ruslan adlı şəxsdən saxlandığı yerin yaxınlığından aldığını, bundan başqa əynindəki şalvarın yan cibindən Samsung markalı telefon təqdim etdiyini bildirmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X3 adında övladları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 06 oktyabr 2025-ci il tarixli, 6161 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, azyaşlı övladlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu səbəbdən, törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruri hesab edilir. Bu tədbir həm ictimai təhlükəsizliyin qorunması, həm də şəxsin gələcəkdə bu cür xətalara yol verməməsi üçün zəruri tərbiyəvi təsir vasitəsidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, “inzibati qaydada tutma haqqında” 05 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2025-ci il tarixdə, saat 21:00-da tutulmuşdur. Həmçinin “inzibati qaydada tutma haqqında” 05 oktyabr 2025-ci il tarixli protokolda Şəxs 06 oktyabr 2025-ci il tarixdə, saat 16:50-də azad edildiyi göstərilsə də, Şəxs izahatına əsasən Şəxs 05 oktyabr 2025-ci il tarixdən hazırki tarixədək faktiki olaraq polisin müşaiyəti altında olmuşdur. Bu da şəxsin azadlıq hüququnun 05 oktyabr 2025-ci il tarixdən, saat 21:00-dan hazırki vaxtadək məhdudlaşdırılmasına dəlalət edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, azyaşlı övladlarının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 05 oktyabr 2025-ci il tarixdən, saat 21:00-dan hesablanmalı, həmçinin Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,019 qram psixotrop maddə metamfetamin və 0,332 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 oktyabr 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Şəxs üzərindən aşkar edilmiş, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,019 qram psixotrop maddə metamfetamin və 0,332 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar