Məhkəmə qərarları › İş №3(004)-728/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-728/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-728/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 01 mart 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 01 mart 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı mülkiyyətində (istifadəsində) olan “X8 6” (minik) markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İlkin olaraq işə baxılıb Yasamal Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 3(004)-728/2021 nömrəli qərarı ilə Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı tərəfindən sözügedən qərardan verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və həmin Məhkəmənin 28 aprel 2021-ci il tarixli, 3(103)- 914/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilib birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsası olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi; sorğunun verilməsinə əsas olmuş 09.01.2021-ci il tarixdə saat 17:30-da Bakı-Qazax yolunun 29.5-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətini aşmaqla xəta törətmiş sürücü barəsində 11 mart 2021-ci il tarixdə İXM-nin 328.1-ci maddəsi ilə EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi; bununla da sürücü barədə məlumatlı olmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə sorğu verilməsi faktının araşdırılmaması olmuşdur. Hazırki məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialına da məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Lakin məhkəmənin bildirişi əsasında səlahiyyətli qurum tərəfindən müvafiq sorğunun verilməsinə əsas olmuş inzibati xətanı törədən filialın sürücüsü məhkəmə iclasına gəlmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXMnin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının sürücüsü X4 izahatında bildirmişdir ki, filialın mülkiyyətində olan “X8 6” (minik) markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun rəhbərliyi tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edir. 09.01.2021-ci il tarixdə saat 17:30-da Bakı-Qazax yolunun 29.5-ci kilometrliyində İXM-nin 328.1-ci maddəsi ilə qeydə alınmış inzibati xəta onun tərəfindən törədilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin onun istifadəsində olmasına dair filial rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə məlumat verilmiş və onun anket məlumatları Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində yerləşdirilmişdir. Belə ki, informasiya sistemində onun barəsində məlumat olduğundan barəsində 11 mart 2021-ci il tarixdə İXM-nin 328.1-ci maddəsi ilə EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Dolayısı ilə, səlahiyyətli qurum əvvəlcədən sorğu verdiyi nəqliyyat vasitəsinin sürücüsü barəsində kifayət qədər məlumatlı olmuşdur. Bundan başqa səlahiyyətli orqan olan Yasamal RPİ-nin DYPŞ-i tərəfindən filiala hər hansı rəsmi sorğu daxil olmamış, filialın nümayəndəsinin iştirakı nə DYPŞ-də başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı, nə də ki, ilkin məhkəmə araşdırması zamanı təmin edilməmişdir. Verilmiş suallar əsasında X4 əlavə olaraq bildirmişdir ki, filialda xəbərnamənin üzərində qeyd edilmiş “Vəliyeva” soyadlı əməkdaş işləmir. Məhkəmə şahidin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialına ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 09.01.2021-ci il tarixdə saat 17:30-da Bakı-Qazax yolunun 29.5-ci kilometrliyində Filialın mülkiyyətində (istifadəsində) olan «X8 6” (minik) markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS685185131AZ” ştrix kodlu xəbərnamədəki qeyddən görünür ki, sorğu 08 fevral 2021-ci il tarixdə ünvan sahibinə çatdırılmış və “Vəliyeva S” soyadlı Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının əməkdaşı tərəfindən imza olunmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 02 iyun 2021-ci il tarixli 103-2-11-1-1704 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən 122 saylı poçt şöbəsi vasitəsilə Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialına göndərilən “SS685185131AZ” saylı ştrix kodlu sifarişli xəbərnaməli məktub 08 fevral 2021-ci il tarixdə 73 saylı PŞ tərəfindən şirkətin nümayəndəsi “Vəliyeva” çatdırılmışdır. Beləliklə, həm xəbərnamədən, həm də “xxxx” MMC-nin məhkəməyə daxil olmuş məktubundan görünür ki, sorğunu imzalayaraq qəbul etmiş “Vəliyeva” və ya “Vəliyeva S” soyadlı şəxsin hazırki hüquqi şəxslə nə kimi bağlılığının olması araşdırılmamışdır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə verilmiş sorğu əsasında təqdim edilmiş 09 iyun 2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Filialda “Vəliyeva S” adlı şəxs işləmir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, səlahiyyətli orqan tərəfindən verilmiş sorğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxslə hər hansı bir hüquqi bağlılığı olmayan naməlum şəxs tərəfindən qəbul edildiyindən, həmin sorğu rəsmi qaydada təqdim edilmiş hesab edilmir. Belə olan halda isə məhkəmə iş materiallarına əlavə edilmiş və sübutetmə yükü daşıyan protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilən “SS685185131AZ” saylı ştrix kodlu sifarişli xəbərnaməni mötəbər sübut olaraq qəbul etmir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə, bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş Böyük Britaniyanın Şəxs 21 aprel 2021-ci il və 09 iyun 2021-ci il tarixli məktublardan müəyyən edilir ki, X4 xidmət müqaviləsinə əsasən Böyük Britaniyanın Şəxsndə sürücü vəzifəsində işləyir. İş materiallarında olan api.az saytından çıxarışdan görünür ki, sürücü X1 orqan tərəfindən sorğunun verilməsinə əsas olmuş 09.01.2021-ci il tarixdə saat 17:30-da Bakı- Qazax yolunun 29.5-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətini aşmaqla xətanı törətdiyinə görə barəsində 11 mart 2021-ci il tarixdə İXM-nin 328.1-ci maddəsi ilə EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan qəbzdən isə müəyyən edilir ki, həmin qərar əsasında tətbiq edilmiş 10 manat cərimə məbləği ödənilmişdir. Qeyd olunan faktın araşdırma zərurəti ilə əlaqədar məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə sorğu verilmiş və məhkəməyə daxil olmuş 03 iyun 2021-ci il tarixli 016-65028-1221 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «X8 6” (minik) markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi BC 300664 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi olan 01.05.1993-cü il təvəllüdlü X3 istifadəsindədir. Beləliklə, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan «X8 6” (minik) markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olan X3 anket məlumatları, o cümlədən ona məxsus sürücülük vəsiqəsinin rekvizitləri barədə məlumatlar mərkəzi informasiya sistemində əvvəlcədən mövcud olmuşdur. Həmin məlumatların həqiqiliyinə, yəni qeyd olunan məlumatları vaxtında sistemə yerləşdirmək və ya çıxarmaq vəzifəsi daşıyan protokol tərtib etmiş səlahiyyətli orqan isə bu barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq hüquqi şəxs barəsində əsassız olaraq İXM-nin 347-ci maddəsi ilə protokol tərtib etmişdir. İş materiallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiəsini qurmaq hüququndan məhrum edilmişdir. Belə olan halda hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair hüquqi şəxsə tarixi bəlli olmayan sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hüquqi şəxs Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialına münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Böyük Britaniyanın Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə Yasamal Rayon Polis X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 mart 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar