Məhkəmə qərarları › İş №3(004)-728/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-728/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-728/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Sərməst Faiq oğlu Hacıyevin katibliyi ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 07 fevral 2025-ci il tarixli, 10000-00017/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Rusiya Federasiyasının Perm şəhərində qeydiyyatda olan hüquqi şəxs- “Permskaqropromximiya” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs -Şəxs MMC-nin (VÖEN: **********) ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2025-ci il tarixli **********8809 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 37950 ABŞ dolları, netto çəkisi 69000 kiloqram təşkil edən “kalium xlorid” yükü xx.xx.2025-ci il tarixdə saat 02:51-də 65654584 nömrəli vaqonda Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonda idxal olunmuş mallarla bağlı hüquqi şəxs -Şəxs MMC tərəfindən elektron formada qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən əvvəl elektron formada verilməmişdir. İş üzrə tərəflərə-barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 yanvar 2025-ci il tarixli, 3-33-4100/001/000080 nömrəli raportdan görünür ki, Şəxs ünvanına OAO “Permskaqropromximiya” Perm Diyari-dən 65654584 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İnzibati xəta haqqında 07 fevral 2025-ci il tarixli, 10000-00017/25 saylı protokoldan görünür ki, Rusiya Federasiyasının Perm şəhərində qeydiyyatda olan hüquqi şəxs- “Permskaqropromximiya” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMC-nin (VÖEN: **********) ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2025-ci il tarixli **********8809 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 37950 ABŞ dolları, netto çəkisi 69000 kiloqram təşkil edən “kalium xlorid” yükü xx.xx.2025-ci il tarixdə saat 02:51-də 65654584 nömrəli vaqonda Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonda idxal olunmuş mallarla bağlı hüquqi şəxs -Şəxs MMC tərəfindən elektron formada qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən əvvəl elektron formada verilməmişdir. İnzibati xəta haqqında protokolda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda Şəxs nümayəndəsi Nümayəndə 2019-cu ildən hüquqi şəxs -Şəxs şirkətində baş mühasib kimi işə başladığını, nümayəndəsi olduğu -Şəxs şirkətinin 2018-ci ildə Azərbaycan Respublikasının vergi orqanlarında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alındığını, Şəxs şirkətinin əsas fəaliyyət istiqamətinin neft quyularının qazılmasından ibarət olduğunu, həmin şirkət tərəfindən neft quyularının qazılması üçün müxtəlif avadanlıqlar, həmçinin quyuların qazılmasında istifadə üçün maddələr idxal etdiyini, bu cür malları daha çox İran, Rusiya və Qazaxıstandan idxal etdiklərini, neft quyularının qazılması məqsədilə müxtəlif texniki avadanlıqların idxalı üçün ticarət əlaqələrində olduqları şirkətlərdən birinin də Rusiya Federasiyasında yerləşən “Permskaqropromximiya” şirkəti olduğunu, neft quyularının qazılmasında istifadə edilməsi üçün Rusiya Federasiyasının Perm şəhərində qeydiyyatda olan hüquqi şəxs - “Permskaqropromximiya” şirkətindən Fİ-1-12 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi əsasında 69000 kiloqram çəkidə və 37950 ABŞ dolları dəyərində “kalium xlorid” yükünü sifariş verdiklərini, həmin yükün xx.xx.2025-ci il tarixdə Xaçmaz Gömrük idarəsinin “Yalama” gömrük postuna çatdırıldığını, daha sonra isə təyinat gömrük orqanına yəni Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna gətirilərək xx.xx.2025-ci il tarixli **********8809 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirildiyini, lakin idxal olunmuş “kalium xlorid” yükünə görə Şəxs MMC-nin adından qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyini, bunun səbəbinin ixracatçı şirkətin yüklə bağlı sənədləri “GLOBAL DRİLLİNG SOLUTİİONS” şirkətinin elektron poçt ünvanına vaxtında göndərməməsi ilə bağlı olduğunu, qısa idxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədini keçdikdən sonra verdiklərini, baş vermiş pozuntuya görə Şəxs MMC olaraq özlərini təqsirli hesab etdiklərini və məsuliyyətə cəlb olunmağa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Rusiya Federasiyasının Perm şəhərində qeydiyyatda olan hüquqi şəxs- “Permskaqropromximiya” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs -Şəxs MMC-nin (VÖEN: **********) ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2025-ci il tarixli **********8809 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 37950 ABŞ dolları, netto çəkisi 69000 kiloqram təşkil edən “kalium xlorid” yükü xx.xx.2025-ci il tarixdə saat 02:51-də 65654584 nömrəli vaqonda Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən vaqonda idxal olunmuş mallarla bağlı hüquqi şəxs -Şəxs MMC tərəfindən elektron formada qısa idxal bəyannaməsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən əvvəl elektron formada verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar