Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7286/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 08 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 08 oktyabr 2025-ci il tarixli protokolda vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə qohumu X1 hədələmiş və döymüşdür. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə qohumu X1 hədələdiyi və döydüyü, nəticədə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, onun konkret olaraq inzibati xətanın törədildiyi yeri, inzibati xətanın mahiyyəti, fərdi identifikasiya nömrəsi protokolda göstərilməmişdir, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət edir. Bundan başqa, tibbi ekspertizanın rəyi də iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, nə inzibati xəta haqqında protokolda, nə də protokola əlavə edilmiş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları öz əksini tapmamışdır. Halbuki, İXM-in 100.5.3-cü maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. İXM-in 100.5.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt, və bu xətanın mahiyyəti göstərilir. İXM-in 100.5.7-ci maddəsinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. İXM-nin 100.5.9-cu maddəsinə əsasən protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə yeri, mahiyyəti və fərdi identifikasiya nömrəsi göstərilmədiyindən, həmçinin, tibbi ekspertizanın rəyi də iş materiallarına əlavə edilmədiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları iş materiallarında öz əksini tapmadığından, yəni protokol və digər sənədlər düzgün tərtib olunmadığı və təqdim edilmiş materiallar natamam olduğu üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7286/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7286/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver