Məhkəmə qərarları › İş №3(004)-730/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-730/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-730/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərarlardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020ci il tarixli, EQ ******* saylı, və xx.xx.2021-ci il tarixli EQ ******* saylı elektron qərarların, həmçinin bu qərarların qüvvədə qalması barədə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisinin 046№ 37602-4221 saylı, xx.xx.2021ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, Şəfaət Mehtiyev küçəsinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə üzbəüz olan hissəsində, yolun Tbilisi prospektinə doğru sağ çiynində yerləşən avtobus dayanacağının yaxınlığında quraşdırılan, habelə yol təmir olunduqdan sonra standartlardan kənar çəkilən üfüqi nişanlanmalara rəğmən 90RA707 DQN Mersedes markalı avtomobilini burada park etdiyi üçün iki dəfə DİN tərəfindən qanunsuz olaraq 40 AZN miqdarında cərimələnmişdir. Belə ki, YHQ-da açıq şəkildə 346.2-ci maddədə təsbit olunmuşdur ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 və 5.13 şaquli yol nişanlarından 15 metrdən az yaxınlıqda avtomobilin parklanmasına görə 40 AZN miqdarında cərimə nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyir ki, ümumi istifadədə olan NV üçün dayanacaqlar və taksi duracaqları 1.17 üfüqi nişanlanma xətləri ilə xüsusi olaraq nişanlanır. Əlavə olunan şəkillərdən göründüyü kimi Ş.Mehdiyev küçəsinin bu hissəsində nişanlanma düzgün aparılmamışdır. Həmçinin dayanacağın sol küncü isə 5.12 şaquli nişanından 20 metr məsafədə yerləşdirilmişdir. Azərbaycan Respublikasının Yol X5 69.4-cü maddəsinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Həmçinin “X9” Azərbaycan Respublikasının Qanununa xx xxxx 2019-cu il tarixli VQD-1654 saylı əlavəyə əsasən: 5.2 –ci maddə aşağıdakı məzmunda Vİ-İ hissə əlavə edilsin: “ Vİ-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı bir ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir”. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 xx xxxxxx 2020-ci il tarixdə “Mercedes E350 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ş.Mehdiyev 271 küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin EQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 xx xxxxxx 2021-ci il tarixdə “Mercedes E350 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ş.Mehdiyev 269 küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X6 “Mercedes E350 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ş.Mehdiyev 269 küçəsində avtobus dayanacağının yanında saxlamışdır. Fotoşəkillərdən görünür ki, avtobus dayanacağı ilə avtomobilin dayandığı yer arasındakı məsafə açıq-aydın 15 metrdən az məsafədədir. Metr və ölçü anlayış baxımından bunun üçün hər hansı bir ölçünün aparılmasına ehtiyac yoxdur, bu açıq-aydın müəyyən edilir. Bundan əlavə İXM-nin 346.2-ci maddəsinə əsasən, həm də “X9” Qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Bununla da həm meydançadan 15 metr aralıda, meydança olmadıqda isə dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarından 15 metr aralıda avtomobil saxlanılmalıdır. əks halda inzibati xəta tərkibi yaranır. Fotoşəkildən də görünür ki, nəqliyyat vasitəsi avtobus dayanacağına 15 metrdən az məsafədə saxlanılmışdır, ona görə də inzibati xəta tərkibi yaranmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, 1.17 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. Hazırkı iş üzrə fotoşəkillərdə həmin nişanın olmaması, avtombus dayanacağının quraşdırıldığı yerin düz yanında nəqliyyat vasitəsinin dayanmasına qadağanı istisna etmir. Həm də həmin yol nişanı dayanacaq meydançasını göstərmir. Həmin nişan maddədə yazıldığı kimi, dayanacağı göstərir. Həm də fotoşəkildən də görünür ki, hazırkı iş üzrə inzibati xətanın törədildiyi yerdə nəinki dayanadağı işarə edən lövhə və ya nişan, artıq avtobus dayanacağın özü mövcuddur. Belə bir vəziyyətdə dayanacaq qurğusunun özünün mövcud olduğu yerin, dayanacaq olmamasını iddia etmək mümkünsüzdür. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisne edən hallar deyildir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 barəsində olan Azərbaycan Respublikası DİN tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, və xx.xx.2021-ci il tarixli EQ ******* saylı elektron qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar