Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7304/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs – X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Kəlbəcər rayonu, Qazıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu, Tirkeşəvənd ərazi dairəsi, Qazıxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə qohumu X8 hədələmiş və döymüşdür. Hadisə ünvan 2 ünvanında baş vermişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, həmin gün hamamdan səs-küyə çıxmış və görmüşdür ki, uşağın başı qandır. Uşaqdan nə olduğunu soruşduqda demişdir ki, anası vurub. O da həyat yoldaşına demişdir ki, nə üçün uşağa şiddət göstərir? O da demişdir ki, müəlliməsi deyir ki, uşaq dərs oxumur. Daha sonra baldızı Lalə gəlmiş, şkafın taxtası ilə onu vurmağa başlamışdır. O da onu itələmiş və çölə çıxarmışdır. Sonra bilmişdir ki, ondan əsassız yerə polisə şikayət etmişlər və guya o, onların üstünə bıçaq çəkmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirmişdir ki, hadisə günü bacısı onu yığmışdır ki, tez özünü çatdırsın, Nurlan onu öldürür. O da tez onların evinə gəlmişdir, görmüşdür ki, evdə səs-küy vardır. Nurlan ona demişdir ki, nəyə görə gəlmisən? Biraz keçdikdən sonra qonşular demişdir ki, Nurlan bıçaqla gəlir, qaçsın. O da qaçıb gizlənmişdir. Nurlan dəfələrlə bacısını döymüşdür. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq onun Nurlanı vurmadığını, Nurlanın isə onu və bacısını döydüyünü, ona xəsarət yetirdiyini, qollarının göyərdiyini, Nurlanın bacısını boğduğunu, onun da Nurlanın qolunu dişlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır, hazırda bir azyaşlı oğlu vardır. Şəxs bir neçə dəfə onu əsassız yerə döysə də, barəsində rəsmi və qeyri-rəsmi şikayət etməmişdir. 05 sentyabr 2025-ci il tarixdə yaşadığı ünvanda Şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nurlan ona ətrafında olan qadınların əxlaqsız olduğunu dedikdə o cavab qaytarmışdır. Bu zaman Nurlan onun saçından tutub yolub başına bir neçə yumruqla və sillə ilə sifətinə vurmuşdur. Sonra onun saçından tutub sürümüşdür, həmçinin onu döymüşdür. Azyaşlı oğlu Elman Səlimzadə isə bunları görmüşdür. O, Nurlanın onu döyməsi barəsində bacısı Lalə Xəlilovaya zəng edib məlumat vermişdir. Bir neçə dəqiqə sonra bacısı qapını döymüş, Nurlan qapını açmamışdır. Bacısı Lalə qapını zorla açıb onu özü ilə aparmaq istədikdə Nuran onun bacısı Laləni də nalayiq sözlərlə söyüb, qollarından tutub buraraq, bacısının başına, sifətinə bir neçə sillə vurub onu da döymüşdür. Nurlan mətbəxdən çörək bıçağı götürüb bacısını ölümlə hədələmişdir. Sonra Lalə qorxaraq evi tərk etmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. O və bacısı Lalə əri Nurlanı söyüb döyməmişlər. Lakin Nurlan onların üstünə gəldikcə onlar özlərini müdafiə etmişlər. Nurlan onu söyüb döyən zaman azyaşlı oğlu Elman görmüş və Elman üzüüstə yıxılıb alın hissəsi taxt yatağının tininə dəyərək xəsarət almışdır. Nurlanın dediyi kimi uşağı o, döyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, X6, X3 və Şəxs müraciətləri əsasında Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində toplanmış HK- 1 /3167/3169/3170 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs arvadı Şəbnəm Səlimovaya və baldızı Lalə Xəlilovaya münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin şöbənin aidiyyəti əməkdaşına təqdim olunması, X1 Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin şöbənin aidiyyəti əməkdaşına təqdim olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna, X10, X5 və Şəxs göndərilməsi, materialın saxlanılması üçün Yasamal RPİ-nin 29-cu PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır; “inzibati icraat haqqında işin başlanması və inzibati araşdırmanın aparılması haqqında” 23 sentyabr 2025-ci il tarixli qərardaddan görünür ki, X6 ərizəsi əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 canlı şəxsin ekspertizasının 06 sentyabr 2025-ci il tarixli, 766 saylı rəyindən görünür ki, X6 bədən səthində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin qançır-şişkinliyi, sağ said nahiyəsinin qançırı, sağ əlin İ barmağının cüzi şişkinlik fonunda qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 canlı şəxsin ekspertizasının 06 sentyabr 2025-ci il tarixli, 767 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər-sol said və sol dirsək oynağı nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 canlı şəxsin ekspertizasının 06 sentyabr 2025-ci il tarixli, 765 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki bazu, sol said nahiyələrinin sıyrıqları, sağ bazu, hər iki said nahiyələrinin qançırları, sol əlin İ barmağının cüzi şişkinlik fonunda qançırı, səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; İnzibati xəta haqqında 08 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə qohumu X8 hədələmiş və döymüşdür. Hadisə ünvan 2 ünvanında baş vermişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İnzibati qaydada tutma haqqında 10 oktyabr 2025-ci il tarixli, AZA 017480 nömrəli protokoldan görünür ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 11:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 canlı şəxsin ekspertizasının 06 sentyabr 2025-ci il tarixli, 766 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7304/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7304/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver