Məhkəmə qərarları › İş №3(004)-7327/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7327/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7327/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilən protokoldan gec xəbər tutmuşdur. Ona görə də ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs X2 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini araşdıraraq, vəsatət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, verilmiş vəsatət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş (inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş) bildirişlərin çatdırılma formundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı üzrə bildiriş xx.xx.2024-cü il tarixdə X1 istifadəsində olan telefon nömrəsinə “ASAN SMS” vasitəsilə çatdırılmış və onun “Asanpay” sistemi üzərində olan “elektron kabinetinə” yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva İş 3(004)-7327/2025 BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 28 oktyabr 2025-ci il Bakı şəhəri X4 Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının Əhmədli Qəndab Ruslan qızının katibliyi Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan qRespublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24039711 saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxılır. İclas saat 15:35-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq vəsatəti elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, vəsatət vermiş şəxs X2 məhkəmə iclasına gəlmişdir. Sədirlik edən proses iştirakçısının şəxsiyyətini müəyyən edir və səlahiyyətini yoxlayır. X2- xx.xx.1987-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Sədrlik edən məhkəmə tərkibini və iclas katibini elan edir. X4 Məhəmməd qızı. Məhkəmə iclas katibi Əhmədli Qəndab Ruslan qızı Sədrlik edən proses iştirakçısından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən daxil olmuş vəsatət ilə əlaqədar vəsatət vermiş şəxsə söz verir. Z.Soltanovun izahatı: - Hörmətli məhkəmə! Vəsatəti müdafiə edirəm və bildirirəm ki, buraxılmış müddəti üzürlü səbəbdən ötürmüşəm və bərpa edilməsini xahiş edirəm. Vəsatəti onunla əsaslandırıram ki, barəmdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla məlumatı 2020-ci ildə alaraq X5 müraciət etmişəm. Lakin mənə bildirdilər ki, qərarların icracı dayandırırlır və araşdırmalardan sonra müsbət həll olunacaq. Amma bir nəticə olmadığı üçün Daxili İçlər Nazirliyinə müraciət etdim. Bunun da nəticəsi olmadığını görüb məhkəməyə müraciət etdim. Müraciətlərə görə şikayət vermə müddətini ötürmüşəm və bunu nəzərə almağınızı xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən iş materiallarını araşdırıb müşavirə otağına gedir, qayıtdıqdan sonra qərardadı elan edir və izah edir. Protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 16:10-da bağlı elan olunur. Məhkəmə iclas 01 aprel 2025-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar