Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-733/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, şikayətçi Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş X3 İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli və 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli və 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs şikayət ərizəsinə ilkin olaraq işə baxılıb Yasamal Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 3(004)-733/2021 nömrəli qərarı ilə şikayət ərizəsi təmin edilərək BDYPİ-si tərəfindən qəbul edilmiş 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli və 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. BDYPİ-si tərəfindən məhkəmənin qərarından verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmış və həmin məhkəmənin 17 may 2021-ci il tarixli, 3(103)-1175/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilib birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati iş 08.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndənin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı bir məlumat və işə baxılmasını təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Şəxs ünvanına məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəblə məhkəmə iclasları təxirə salınmışdır. Daha sonra məhkəməyə daxil olan sənədlər əsasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xəstəliyi ilə bağlı vəfat etmişdir. Belə ki, məhkəməyə daxil olmuş AZ-İİ seriyalı 196617 nömrəli “ölüm haqqında şəhadətnamə”dən müəyyən edilmişdir ki, Şəxs 06.06.2021-ci il tarixdə “kəskin respirator çatmamazlıq” diaqnozu ilə ölməsi faktı 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 25 iyun 2021-ci il tarixdə 539 nömrə ilə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan hallardan biri isə 53.1.8-cü maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ölməsi faktıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə isə 53-cü maddədə nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslardan biridir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Şəxs ölməsi faktı ilə bağlı onun şikayəti təmin olunmalı, Azərbaycan Respublikası BDYPİ-si tərəfindən qəbul edilmiş 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli və 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli və 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Mərkəzi İnformasiya sistemində Şəxs barəsində yerləşdirilmiş cərimə məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs şikayəti təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli, 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. 28.12.2020-ci il tarixli EQ seriyalı ******* nömrəli; 01.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli; 10.01.2021-ci il tarixli ******* nömrəli, 18.01.2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Mərkəzi İnformasiya sistemində Şəxs barəsində yerləşdirilmiş cərimə məbləğləri silinsin və qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-733/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-733/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver