Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-733/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon DYPŞ yol patrul xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6224931 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6224931 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində DYP əməkdaşı tərəfindən avtomobili saxlanılmış və işıq cihazlarında nasazlıq olmasına dair yoxlanış keçirmək istədiklərini bildirmişlər. Bu zaman heçbir nasazlıq olmadığını əməkdaşa bildirdikdə o başqa bir iddia ilə - içkili olduğuna dair iddia irəli sürərək alkotesterdən keçməli olduğunu tələb etmişdir. Tərəfindən əməkdaşa bildirilmişdir ki, alkotesterin lisenziyası olmalıdır və mənşəyi məlum olmayan cihazla test edilməsi qanunsuzdur. Bu zaman polis əməkdaşı irad bildirərək ona tabesizlik göstərməyini əsas gətirmiş və post patrul çağırmışdır. Əraziyə post-patrul əməkdaşları yaxınlaşmış və o zaman məsələnin çox böyüməməsi üçün onun təqdim etdiyi testdən istifadə etmişdir. Bundan sonra onun adına protokol tərtib edilmişdir. Həmin zaman o qurama bir oyun olduğunu hiss edib dərhal həkim-tibbi müayinəsindən keçmək üçün müraciət etmişdir. Müayinədən keçdikdə həkim müəyyən etmişdir ki, testlərin nəticəsində alkoqol qəbulu faktı öz təsdiqini tapmır. Bundan sonra o xx.xx.2024-cü il tarixində Bakı şəhər Yasamal Rayon Dövlət X8 (8-ci otaq) gedərək onlardan inzibati xəta haqqında protokolun və ona əsasən qəbul edilmiş qərarın surətini tələb edərək almışdır. Yerindəcə etirazını və cərimənin qanunsuz olaraq tərtib edildiyini bildirsə də şikayətləri nəzərə alınmayaraq ona məhkəməyə müraciət edə biləcəyi tövsiyyə edilmişdir. Testin nəticəsinə dair (hansı ki, protokolda qeyd edilmişdir ki, inzibati xətanı aşkar edən texniki vasitə) protokolda heçbir rəy və sair qeyd əlavə edilməmişdir. X9 əməkdaşına cərimənin qanunsuz olduğunu, bunu məhkəmədə mübahisələndirəcəyini bildirsə də onun sözlərinə əhəmiyyət verməyiblər. Tərəfindən qeyd edilən qayda pozuntusu baş verməmişdir. Bunu təsdiq edən hər hansısa sübut materialı da ona təqdim edilməmiş və sübutsuz şəkildə barəsində tənbeh növü seçilmişdir. Belə olan halda da hesab edir ki, protokol ləğv edilməli və protokola əsasən qəbul edilmiş qərar da ləğv edilməlidir. Eyni zamanda qeyd etmişdir ki, sərxoşluğu yoxlayan cihazların əslində çemodanı və qəbz çap edən avadanlığı olmalıdır. Sürücü isə uzaqdan üfürmədən, birdəfəlik müştüklərlə təchiz edilmiş cihaza rahat nəfəs verməlidir. Azərbaycanda qanuni şəkildə ölkəyə gətirilən, reyestrdən keçən, yol polislərinə verilməli olan alkotesterlər Kanada istehsalı “DriveSafe” markalı alkotesterlərdir. Onlar ildə iki dəfə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müqayisəli dövlət yoxlamasından keçirilməlidir. Yoxlamadan keçirildikdən sonra sınaq protokolu tərtib edilir və bu barədə sənəd verilir. Yalnız bu halda həmin cihazlarla inzibatı xəta törətməsi barədə qərar çıxarmaq olar. Nazirlər Kabinetinin 2014-cü il tarixli, 209 saylı qərarına görə, yol polisi sürücünün sərxoşluğunu alkotesterlə müayinə etdikdən sonra nəticə kağızda çap olunmalıdır. Bundan əlavə, alkotesterə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulan müştük taxılmalıdır və sürücü həmin müştüklə üfürdükdən sonra müayinə baş tuta bilər. Hazırki işdə isə DYP əməkdaşı qara rəngli, müştük taxılmayan aparatla-alkotesterlə guya faktı aşkar etmişdir. Nə protokolda istifadə edilən xüsusi texniki vasitə qeyd edilməmişdir və protokolun qəbul edilməsindən 22 gün sonra yəni xx.xx.2024-cü il tarixində inzibati inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon DYPŞ yol patrul xidməti inspektoru polis serjantı X5 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından görünür ki, X4 25 dekabr 2023-cü il tarixdə saat 09:57-də Yasamal rayonu ərazisində “VAZ 21124 minik” markalı, Az **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işiq cihazlarından istifadə qaydalarını pozduğuna və sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:46-da Yasamal rayonu ərazisində “VAZ 21124 minik” markalı, Az **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 “Jupiter X” markalı 93004272 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müayinə edilmiş və onun 0,3448 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli 2/54499 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 25 dekabr 2023-ci il tarixdə müayinə edilmiş X1 vəziyyətdə olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, 25 dekabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu bir sıra hallara görə R.Sadığovun sərxoşluq vəziyyətini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin protokola əsasən müayinənin keçilmə tarixi olaraq 25 dekabr 2023-cü il tarixi göstərilməklə müayinə vaxtının saat 13:00 göstərilmişdir yəni ilkin müayinə aparılmasında 3 saatdan çox bir vaxt keçdikdən sonra aparıldığı müəyyən olunur. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4in Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-733/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-733/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver