Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7336/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilən protokoldan gec xəbər tutmuşdur. Ona görə də ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs X2 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətin dəlillərini araşdıraraq, vəsatət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, verilmiş vəsatət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş (inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş) bildirişlərin çatdırılma formundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı üzrə bildiriş xx.xx.2024-cü il tarixdə X1 istifadəsində olan telefon nömrəsinə “ASAN SMS” vasitəsilə çatdırılmış və onun “Asanpay” sistemi üzərində olan “elektron kabinetinə” yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23337383 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-7336/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7336/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver