Məhkəmə qərarları › İş №3(004)-734/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-734/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-734/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, şikayətçi - X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-i tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 yanvar 2024-cü il tarixdə X4 dostu X2 məxsus “X9 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən 21 gün sonra, yəni 23 yanvar 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarla razı deyil belə ki, həmin vaxt idarə etdiyi avtonəqliyyat vasitəsi 2016-cı il buraxılışlı olmuşdur və zavod tərəfindən istehsal olunan, zavod şərtlərinin tələblərinə tam şəkildə cavab verən, hər hansısa kəsilmə, əlavə qaynaq və sair işlər görülmədən 2018-ci ilin detallarına uyğun olaraq yığılmışdır. Avtonəqliyyat vasitəsinin zavod detallarına uyğun olması və digər faktlar rəsmi servisdən verilən arayışlarla təsdiq edilir. Belə ki, "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, avtomobilin 7 adda avadanlığı dəyişdirilmiş və həmin avadınlıqlar heç bir kəsmə və doğrama işi aparılmadan, yekunda isə yoxlanış aparılaraq dəyişdirilmiş və təhvil verilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən verilən arayışdan da görünür ki, işiq cihazları yoxlanılıb və zavod standartlarına uyğundur. Odur ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsi ilə barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı protokola əsasən təqsirli bilinərək qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən izahatında əlavə olaraq bildirdi ki, protokol tərtib edilməsi üçün əsas olmuş “X9 Rover” (minik) markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobil onun dostu X2 məxsusdur. Avtomobili idarə edərkən dostu-“X9 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 da avtomobildə olmuşdur. O, qeyd olunan əmələ görə özünün deyil, avtomobilin sahibinin, yəni X1 məsuliyyət daşıdığını bildirdi. Əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, qeyd edilən “X9 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil saxlanılan və protokol tərtib edilən zaman özü də avtomobildə olmuşdur. Həmin avtomobili 2023-cü ilin təxminən noyabr ayında almışdır. Avtomobili aldıqdan sonra xx.xx.2023-cü il tarixdə servisə vermiş və qeyd olunan dəyişikliklər konstruksiyaya uyğun şəkildə həyata keçirilərək xx.xx.2023-cü il tarixdə servisdən götürmüşdür. Avtomobilin 7 adda avadanlığı dəyişdirilmiş və heç bir kəsmə və doğrama işi aparılmamışdır. Həmçinin avtomobil rəsmi fəaliyyət göstərən "xxxx" MMC tərəfindən yoxlanılmış, standartlara uyğun olması barədə arayış verilmişdir. X3 avtomobildəki dəyişikliklərin standarlara uyğun olduğunu, BAN nömrəsi, ölçü, hündürlük və rənginə hər hansı bir dəyişiklik edilmədiyini nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Yasamal rayonu RPİ-nin DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü E.A.Hüseynzadə 03 yanvar 2024-cü il tarixdə, saat 15:06-da idarə etdiyi “X9 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, E.A.Hüseynzadə 03 yanvar 2024-cü il tarixdə 15:06 radələrində “X9 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal RPİ DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X8 tərəfindən saxlanılmış və barəsində 03 yanvar 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, X2 məxsus “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin servisinə daxil olmuş, avtomobildə hər hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələri ilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön duman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən ön fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktından müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə sevisə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Qabaq və arxa hissəsinin sökülüb-yığılması xidməti göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. Məhkəmə işin halların müəyyən edilir ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında isə mülkiyyətçi deyil həmin vaxt sürücü olan X6 İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 150 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin məzmununa görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Görünüdüyü kimi, qeyd olunan xətanın tərkib əlamətinin yaranması üçün normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddət ərzində ön kapot, ön radiator barmaqlığı, ön fənərlər, ön bamper, ön duman əleyhinə işıqlar, arxa banper, arxa işıqlarda dəyişikliklər edilmişdir. Həmin arayışa əsasən qeyd olunan dəyişikliklər tam standartlara uyğundur. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə sübutların təqdim edilməsi təklif edilməsinə baxmayaraq buna dair məhkəməyə həra hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsində aparılmış dəyişikliklərin nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərinə uyğunluğunun yoxlanılması xüsusi bilik tələb etdiyindən, yəni mütəxəssis rəyi və ya ekspert rəyi zəruri olduğundan hazırkı iş üzrə zəruri sübut təqdim edilmədən qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, sübut olaraq hər hansı rəyə istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. X4 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X8 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilsin. Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar