Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7341/2025 22.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, 2025-ci ilin 2 sentyabr təqribən 15:30 radələrində, o, yaşadığı evin 50 metrə yaxınlığında həyat yoldaşı ilə söhbət edərkən, 28-ci polis bölməsinin əməkdaşı tərəfindən əsassız şəkildə saxlanılmış və “siqareti yerə atmaq” bəhanəsi ilə 300 (300) manat məbləğində cərimə tətbiq edilmişdir. Polis əməkdaşı onu inzibati protokolu cəriməni ödəməyə görə 28 polis bölməsinə gətirmiş 1 saatdan artıq saxlayaraq ödəməyə məcbur etmiş, hadisə barədə video-görüntü, foto və ya şahid ifadəsi olmadan İXM-in 210.1-ci maddəsi üzrə protokol tərtib etmişdir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 3 və 4-cü maddələri ilə müəyyən edilir. Siqaret yalnız bu yerlərdə çəkilə bilməz . Qadağan olunmuş yerlər: Qapalı ictimai yerlər (mağaza, ticarət mərkəzi, dayanacaq pavilyonu, ofis, bank, bərbərxana, salon və s.); Təhsil, səhiyyə, idman, mədəniyyət, dövlət idarələri binalarının içərisi və həyətyanı sahəsi; Uşaq meydançaları və məktəb, bağça, idman kompleksi ətrafı; Nəqliyyat vasitələri (avtobus, taksi, metro, qatar və s.); Restoran və kafelərin qapalı zalları (siqaret üçün ayrıca otaq ayrılmayıbsa). Yəni, açıq havada, xüsusiəzyaşayış binalarının qarşısında, Səkidə, həyət və küçə kimi yerlərdə siqaret çəkmək qanunla qadağan olunmur, əgər həmin yer yuxarıdakı kateqoriyalardan birinə aid deyilsə. Cərimənin tətbiq edilməsi üçün sübut vacibdir. Əgər vətəndaş siqaret çəkib kötüyünü yerə atırsa, bu artıq 210.1-in ikinci hissəsinə -“tütün məmulatı qalıqlarının ictimai yerdə atılması”na aiddir. Burada da ictimai yer anlayışı İXM-in 9-cu maddəsinə əsasən təfsir olunur: “İctimai yer” — ümumi istifadə üçün açıq olan park, meydan, küçə, dayanacaq, ictimai nəqliyyat və s. Yəni, evinin qarşısı, həyət, boş küçə və ya şəxsi sahə bu anlayışa daxil deyil. Belə olduqda, təqsirsizlik prezumpsiyası (Konstitusiya, maddə 63) kobud şəkildə pozulmuşdur. Məhkəmədən xahiş edirəm məhkəmə gedişatın video audio çəkliş aparılmasın təmin etsin, prosses qeydiyata alınsın. Qarşı tərəfin baş vermiş pratakol tərtibinə əsas verən hadisənin video çəklişin cavabdeh tərəfdən təqdim etməyini tələb etsin. 28-ci Polis bölməsinə X3 gətirilmə anlarının videosunu 28 Polis bölməsində həyətində olan kameralırın əsaslı sübut olaraq tələb edilməsini, tarix 2 Oktyabr 2025 ci il, saat təqribi 14:00 dan 18:00 kimi olan çəkliş hissəsini, X3 28 Polis bölməsinin növbətçi hissəsində olan kitbalara adının salınması sorğusu verilsin hansı əsasla gətirilmişdir. Ödəməni məcbur etmək əsasında 28 Polis bölməsinə gətirilmişdir. Odur ki, inzibati xəta haqqında tərtib edilmiş protokolun (İİXM 210.1) əsassız sayılmaqla polisə araşdırmağa göndərilmədən ləğv edilməsini 300 (üç yüz) manat məbləğində inzibati cərimə qərarı polisə araşdırmağa göndərilmədən ləğv edilməsini və onun barəsində tətbiq edilmiş inzibati məsuliyyətin tam aradan qaldırılmasını xahiş etdi. Əlavə olaraq şikayət verən şəxs bildirdi ki, yoldaşı ilə gedirdi küçə ilə. Yerə siqaret atmamışdır. Elektron qəlyan çəkirdi. Polis əməkdaşı ona yaxınlaşıb, mobil telefonda maddə göstərdi. Polisin ona niyə yaxınlaşmasını bilmir. Güc strukturu olduğu üçün dediklərini qəbul etdi. Amma bölməyə getməyə etiraz etdi. Ona dedi ki, ödəniş etməsə, onu şübhəli şəxs kimi saxlayacaq. O, da içəri düşməmək üçün ona-buna yalvaryaxar borc-xərc elədi. Sübut təqdim etməlidirlər, qərarın ləğvini istəyir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 6-12 radələrində ünvan 1 ünvanında tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə İXM-nin 212.4-cü maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Qərar EXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən, həmçinin hazırkı şikayətdə də görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi, yəni tütün məmulatları tullantılarının ətraf mühitə atılması təsdiq edilir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-7341/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7341/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver