Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7352/2025 24.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qayı maşını onu qanunsuz olaraq gizlənərək radara salmış, o, hətta qayının özünə də iradını bildirmiş, gizləndiyi yeri də telefonuna çəkmişdir. Lakin post patrul vasitəsi ilə onu 23 nömrəli polis bölməsinə apararaq çəkdiyi video görüntüləri məcbur şəkildə sildirmişlər. Danışacaq çox şeyi vardır. Bu məsələdə ona köməklik göstərilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 izahatında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 13:01:00-da Bakı, Babək pr., 33 ünvanında “BYD Seal 05 Plug-İn Hibrid minik” markalı, 99FQ245 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 44 km/saat aşdığına görə təqsirli bilinərək AR İXM-nin 328.3-cü maddəsinə əsasən 200 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Təqdim edilmiş foto görüntüyə baxış zamanı xx.xx.2025-ci il tarixdə saat 13:01:00 dəqiqələrində “BYD Seal 05 Plug-İn Hibrid minik” markalı, 99FQ245 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürət həddi 60 km/saat müəyyən edilmiş yolun hərəkət istiqamətində 104 km/saat sürət həddi ilə idarə edildiyi görünür. Təqdim edilmiş diskdə olan görüntülərdə xx.xx.2025-ci il tarixdə “BYD Seal 05 Plug- İn Hibrid minik” markalı, 99FQ245 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürət həddini aşaraq idarə edilməsi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 328.3-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar X2 məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir, onun məsuliyyətini istisna etmir. Həmçinin təqdim edilmiş foto və video görüntüdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə saat 13:01:00 dəqiqələrində “BYD Seal 05 Plug-İn Hibrid minik” markalı, 99FQ245 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürət həddi 60 km/saat müəyyən edilmiş yolun hərəkət istiqamətində 104 km/saat sürət həddi ilə idarə edilmiş, bununla da yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə bu əlamətləri nəzərə alaraq X2 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. X2 şikayətində göstərdiyi “qayı maşınının onu qanunsuz olaraq gizlənərək radara saldığı” barədə arqumenti işin həqiqi halları ilə ziddiyyət təşkil edir və məsuliyyətdən yayınma xarakteri daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 AR İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, EQ 30086693 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7352/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7352/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver