Məhkəmə qərarları › İş №3(004)-7363/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7363/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7363/2025 27.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, «Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndəsi X2 iştirakı ilə «Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmədə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında" 29 oktyabr 2021 -ci il tarixli 2979 nömrəli Sərəncamına əsasən, ASC-nin törəmə müəssisəsi olan “ASK Ayaqqabı Fabriki" MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - ƏMDX) 16 may 2022-ci il tarixli 90 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 471 ünvanında yerləşən "xxxx" MMC "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, "ASK” ASC-nin balansında törəmə müəssisə kimi uçota alınmış aktivlərin balansdan çıxarılması barədə 30 iyun 2022-ci il tarixli 01-2022-038 nömrəli əmr imzalanmış, "xxxx" MMC-nin balansına iştirak payı kimi ötürülmüş aktivlər, o cümlədən “VAZ-21041” minik markalı, **-PU-*** d.q.n. nəqliyyat vasitəsi "xxxx" ASC-nin balansından çıxarılmışdır. Bununla əlaqədar, özəlləşdirilmə prosesi çərçivəsində nəqliyyat vasitələrinin ƏMDX-nin tabeliyində olan “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə (bundan sonra - Mərkəz) təhvil verildiyini nəzərə alaraq, həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqları barədə müvafiq qeydin aparılmasına dair inzibati orqana müraciət ünvanlanması və zəruri tədbirlərin həyata keçirilməsi barədə "xxxx" ASC tərəfindən 14 noyabr 2024-cü il tarixli, 13-5/2- 390/2024 nömrəli məktub ünvanlanmışdır. ƏMDX-nin 6 dekabr 2024-cü il tarixli, 3-21-3/2- 20306/2024 nömrəli cavab məktubunda özəlləşdirilmə prosesi çərçivəsində təhvil verilən nəqliyyat vasitələrinin Mərkəzin adına rəsmiləşdirilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir. Bundan başqa, etiraz ərizəsinə əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-5/2-76/2025 nömrəli məktubundan görünür ki, Şöbənin istinad etdiyi sorğu xx.xx.2025-ci il tarixində "xxxx" ASC-yə daxil olmuş, xx.xx.2025-ci il tarixində müvafiq təsdiqedici sənədlər əlavə olunmaqla inzibati xəta törədən şəxs barədə məlumatların əldə olunması məqsədilə aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət olunması qeyd edilmiş, 982711 kod nömrəli xəbərnaməyə əsasən həmin cavab məktubu xx.xx.2025-ci il tarixində saat 11.10-da Yasamal rayon DYP şöbəsində “İbrahimli” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hesab edirik ki, hazırkı halda inzibati xətanın subyekti "xxxx" ASC deyil, ona görə də inzibati xəta haqqında protokol əsassız tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Yasamal Rayon Dövlət X4 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC -nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin "xxxx" ASC-nin ünvanladığı sorğudan görünür ki, həmin şirkətdən mülkiyyətində olan “VAZ 21041” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə, saat 14:13-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin həmin məktub hüquqi şəxsin deyil başqa ünvana göndərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin məhkəmə iclasında isə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin məsul şəxsi məktubu rəsmi şəkildə aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsinin onların balansında olmamasına dair məlumatlar Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar