Məhkəmə qərarları › İş №3(004)-738/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-738/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-738/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Şəxs qanuni təmsilçisi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 07 fevral 2025-ci il tarixdə saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki iş və fəaliyyət ilə məşğul olma faktı (X6) aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən S.N.N Medical» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 izahatında göstərmişdir ki, yoxlama zamanı həqiqətən də klinikada göstərilən pozuntular olmuş, lakin hazırda həmin hallar aradan qaldırılmışdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınmaqla MMC barəsində minimum həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 şöbəsinin mütəxəssisi X8 tərəfindən tərtib olunmuş 07 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 07 fevral 2025-ci il tarixdə saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki iş və fəaliyyət ilə məşğul olma faktı (X6) aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin protokolun izahat hissəsində X4 göstərilən nöqsanlarla razı olduğunu bildirmişdir. 07 fevral 2025-ci il tarixli, T-043 nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada yoxlama aparılan zaman klinikada lisenziyanın şərtlərinə riayət olunmaması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi faktları aşkar edilmişdir. Həmin aktda göstərilmişdir ki, müəssisədə pasientlərin qeydiyyatı 2025-ci il üzrə başlamış, “Ambulator pasientlərin qeydiyyatı” əsasında aparılır. Həkim tərəfindən tərtib edilmiş ambulator kartlar və ambulator pasientlərin qeydiyyat kitabında qeydlər arasında uyğunsuzluq faktı aşkar edilmişdir. “Ambulator kart” qaydalara uyğun aparılmır. Tibbi statistik hesabatlar yoxlamaya təqdim edilməmişdir. (F-030 və əlavəsi, 1-Səhiyyə F). Çalışan işçilərin dövri tibbi müayinədən keçmə işləri “Təlimata” uyğun təşkil edilmədi. (Tibbi müayinə kart) Bəzi işçilər üçün, İlkin tibbi müayinə sənədi F-086 mövcud olur. Mərkəzləşdirilmiş sterilizasiya sahəsində “dezinfeksiyaedici” işçi məhlulun hazırlanmasına, “Avtoklov” cihazının iş prinsipinə uyğun işlənməsinə, Sterilizasiya işlərin aparılmasına dair "xxxx" Müəssisədə tibb fəaliyətində istifadə edilən avadanlıqların normativ- texniki uyğunluğ barədə təsdiqedici sənədlər natamam təqdim edildi.(5 Stom qurğu matrometr; ultra səs, seutrifuqa; diş texniki cihazları) Lisenziya əlavəsində göstərilən “rentgenoloji işə təsdiq edici sənəd (Xüsusi icazə müəsissisənin “Radiyoloji-gigyenik passport”)-lar yoxlanmaya təqdim edilməlidi. Baxış keçirilən zamanı ”Rentgenoloji” işə aid sahələr mövcud deyil, “vizioqraf” cihazı təqdim edilmədi. ”Terapertik” işi üzrə otagda baxış keçirilməyib (pasiyent var idi).Yoxlanmanın 2 (İkinci) sual üzrə qeyd edirik ki, müəssisədə sertfikasiyadan keçmədən praktiki özəl tibbi fəaliyyəti ilə məşğul olması faktlar aşkarlandı: “diş texniki” X6, və “tibb bacısı” X7. Yoxlamanın 3 (üçüncü) sual üzrə qeyd edirik ki, nöqsan aşkar edilmədi. Fotoşəkillər çəkildi. İş materiallarına əlavə edildi. Yoxlama ilə bağlı İXM-215.4 protokol MN ******* tərtib edildi. Yoxlanmanın sonunda 2014-cü ilə aid müəssisənin “rentgenoloji” işi ilə bağlı “Radiyoloji-gigyenik passport” və 2017-ci ilə qədər etibarlı olmuş "xxxx" sənədləri təqdim edildi. Müəssisədə yoxlamış qanuni nümayəndə vəzifə üzrə “direktor” (ixtisasçı-həkim-stomatoloq) X1 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir. Aktın “sahibkarın izahatı, iradı və ya etirazı” hissəsində İsayev Pərviz keçirilmiş yoxlama ilə bağlı iradı və etirazının olmadığını, göstərilən nöqsanların aradan qaldırılacağını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2-48/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X5, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X8 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252272219 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də 3-28-1/3-2-48/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli Qərar əsasında planlı (növbəti) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 17 iyun 2016-cı il tarixli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmişdir. 01 iyul 2008-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, X2 Şəxs MMC-də əmək müqaviləsi üzrə diş texniki kimi işə qəbul edilməsi göstərilmişdir. 01 fevral 2003-cü il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, X3 Şəxs MMC-də əmək müqaviləsi üzrə tibb bacısı kimi işə qəbul edilməsi göstərilmişdir. Protokola əlavə edilmiş fotoşəkildən görünür ki, klinikada olan otaqlardan birində bakterosid lampa və alətlərin sterilizasiyası aparatı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən üquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiyareanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 07 fevral 2025-ci il tarixli, T-043 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 07 fevral 2025-ci il tarixdə saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki iş və fəaliyyət ilə məşğul olma faktı, yəni X2 məşğul olması aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar