Məhkəmə qərarları › İş №3(004)-7430/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7430/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7430/2022 23.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Qərarından şikayət verilmiş AR DİN Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 nümayəndəsi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli İQ № ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli İQ № ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 26 aprel 2022-ci il tarixdə Hüseyn Cavid prospekti 11 ünvanından üzü Mikayıl Müşfiq küçəsinə doğru ona məxsus olan “Hyundai Elantra” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 13:55 radələrində Bakı şəhəri DYPİ Yol Patrul Xidməti İnspektoru Polis X2 ona yaxınlaşdı və özünü təqdim edərək sənədlərini tələb etdi. O, səbəb kimi yol hərəkəti nişanının tələbini pozduğunu bildirdi. O, hər hansı qayda pozuntusu etmədiyini deyərək buna etirazını bildirsə də, o buna əhəmiyyət verməyərək X14 Haqqında AR Qanununun 59-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulan İXM-nin 327.2 maddəsi ilə İXP ******* saylı Protokol tərtib edərək məsuliyyətə cəlb etmişdir. O, buna etirazını və cərimə yazılmasına iradını bildirdi. Daha sonra bu əsaslarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə inzibati qərardan şikayət etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli 3(004)-2151/2022 saylı qərarına əsasən şikayəti təmin edilmişdir və qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdi. Daha sonra Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis idarəsi X17 İdarəsi qəbul edilmiş qərardan Apellyasiya şikayəti vermişdir. Nəticə olaraq, xx.xx.2022- cil il tarixli 3(103)-1681/2022 saylı qərara əsasən apellyasiya şikayəti qismən təmin olunmuş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(004)-2151/2022 saylı qərarına əsasən onun şikayəti qismən təmin olunmuşdur və Bakı şəhər X17 İdarəsinin inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək yenidən araşdırılması üçün Bakı şəhəri X17 İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin xx.xx.2022-ci il tarixli İQ № ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarına əsasən onun barəsində 327.2-ci maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, altmış (60) manat miqdarında cərimə ödəməyi barədə qərar qəbul edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları pozulmaqla qəbul edilmiş bu əsassız qərarlar onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olunması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 nümayəndəsi X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X8 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli İQ № ******* saylı qərardan görünür ki, X6 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan narazı olan X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)-2151/2022 saylı qərarı ilə Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq inzibati xəta haqqında işə yenidən baxılması üçün yəni, orqan tərəfindən şikayətdə qeyd edilənlərin T.Məmmədovun iştirakı ilə ətraflı araşdırılmasından ötrü səlahiyyətli orqana göndərilmişdir. Hazırda məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, qərar qəbul edən inzibati orqan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)-2151/2022 saylı qərarında nəzərdə tutulmuş göstərişlərə əməl etməyərək yenidən eyni məzmunlu qərarı təkrar qəbul etmişdir. Belə ki, sözügedən qərarında məhkəmə həmin inzibati qərarı ləğv edərkən inzibati xəta ilə bağlı halların baş verib verməməsinə dair hallarının şikayətçi T.Məmmədov cəlb edilməklə yenidən araşdırıldıqdan sonra müvafiq qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırda məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmənin qərarında nzərdə tutulmuş hallar nəzərə alınmamış, inzibati orqan tərəfindən şikayətçi T.Məmmədovun nəinki araşdırmaya cəlb edilməsi, onun barəsində inzibati qərar qəbul edilərkən iştirakı belə təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, törədilməsi istinad edilən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar qəbul etmiş orqan tərəfindən şikayətdə qeyd edilənlər T.Məmmədovun iştirakı ilə ətraflı araşdırılmalı və onun nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhər X17 İdarəsinin 30 sentyabr 2022-ci il tarixli İQ4599995 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhəri X17 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar