Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-75/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 Korporasiyası "xxxx" ASC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC barəsində İXM-in 499.1.5-ci maddəsi ilə xx.xx.2022ci il tarixdə, MN № 00100-2259/22 (EP 0066619) saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 2 ünvanında qeydiyyatda olan “X2 "xxxx" ASC (VÖEN:**********) tərəfindən xx.xx.2013-cü il tarixli **********2964 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş İstehsal ili:2012. Mühərrik: 11002514, Zavod: 07192092 olan VQGELE1900-2 markalı Tırtıllı Asfalt döşəyənn maşınıfistifadı olunmuş sökülmüş halda) yük xx.xx.2013-cü il tarixədək 8(səkkiz) ay müddətinə müvəggəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəgqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdir. Sonradan “X4! "xxxx" ASC tərəfindən ərizə ilə müraciətlər edilərək müvəqqəti ixrac müddətləri uzadılmışdır. Son olarag xx.xx.2017-ci il tarixdə, xx/xx/029726 saylı məktubla müraciət olunaraq sözügedən gömrük bəyannamələrində qeyd edilən malın müvəqqəti ixrac müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli **********2964 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. “X2 "xxxx" ASC (VÖEN:**********) tərəfindən xx.xx.2013-cü il tarixli **********2964 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş İstehsal ili:2012, Mühərrik: 11002514, Zavod: 07192092 olan VQGELE1900-2 markalı Tırtıllı Asfalt döşəyənn maşını (istifadə olunmuş sökülmüş halda) yük müvəqqəti ixrac müddəti xx.xx.2018-ci il tarixidə bitdikdən 3 (üç) il, 9 (doqquz) ay, 14 (on dörd) gün sonra qeyd edilən yük xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə təkrar idxal edilərək **********8324 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük proseduru altında bəyan edilmişdir. Həmin yük xx.xx.2022-ci il tarixdə **********2585 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda bəyan edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən həmin Tırtıllı Asfalt döşəyənn maşının xx.xx.2022-ci il tarixə orta qiyməti təxminən 241667 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 244 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Protokol xx.xx.2022-ci il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X6 bildirdi ki, malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Səlahiyyətli orqan MMC-nin İXM-nin 499.1.5-ci maddəsindəki nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilsə də, həmin xəta qeyd edilən müddətin səhəri günü baş vermiş olur, yəni xx.xx.2019-cu il tarixdə xəta baş vermiş olur. Belə olduğu halda da gömrük əlehinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlbetmə müddəti 1 il təşkil etdiyindən, artıq xx.xx.2020-ci il tarixdə inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hadisənin törədilməsi yuxarıda qeyd edilən protokola əsasən təsdiq edilsə də, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün, iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni həmin İXM-nin 499.1.5-ci maddəsinə əsasən 01 ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması inzibati xəta kimi müəyyən edilmişdir. Bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixdə baş verməsi göstərilməlidir. Müəyyən müddət ərzində edilməli olan lakin edilməyən inzibati xətalar üzrə, həmin inzibati xətanın törədilmə vaxtı, inzibati məsuliyyətə cəlbetmə müddətinin əvvəlinin hesablanmasına dair məsələlər üzrə Konstitusiya Məhkəməsinin Qərarı da mövcuddur. Çünki “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilməsinin axımının, yəni uzanmanın bitdiyi vaxtın növbəti günündən hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Belə olduğu təqdirdə iş üzrə müəyyən edilir ki, Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli **********2964 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Bununla da həmin tarixdən 01 ildən artıq müddətdə, yəni həmin tarixdən hesablanmaqla 01 ilin tamam olduğu günün səhəri günü, yəni xx.xx.2019-cu ilin səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə artıq həmin mallar təkrar idxal edilmədikdə və ya digər gömrük proseduru altında yerləşdirilmədikdə, Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmadıqda, MMC-nin əməlində İXM-nin 499.1.5-ci maddəsinin tərkibi yaranır. Belə olduğu təqdirdə inzibati xəta xx.xx.2020-ci il tarixdən törədilmiş olduğundan, həmin tarixdən hesablanmaqla İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bildiyindən, hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdə inzibati məsuliyyətə cəlbetmə müddəti olan 01 illik müddət bitmişdir. Həmin tarixdən sonra hazırkı iş üzrə inzibati tənbeh tətbiq edilə bilməz. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-75/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-75/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver