Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-750/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2, Tələbkar (zərərçəkmiş şəxs) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1989-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Zəngilan Rayon Məhkəməsinin 2(034)-496/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu icra sənədlərinin icrası ilə bağlı tələbləri yerinə yetirmir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, hazırda işləmir, arabir günlük fəhlə işi olduğu zaman qazanc əldə edir. İcra vərəqəsinin icrasından yayınmaq niyyəti yoxdur, sadəcə olaraq maddi durumu yaxşı olmadığından alimenti ödəyə bilməyib. Hazırda aliment borcundan 250 manat ödəməyə imkanı çatır. Qeyd olunanları nəzərə alaraq barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, Şəxs alimenti ödəmədiyindən və bununla bağlı icra məmurunun tələblərini yerini yetirmədiyindən barəsində protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı borclu tərəfindən ona aliment borcundan 250 (iki yüz əlli) manat ödəndiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 496/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 2023-cü ilin iyul ayından başlayaraq hər ay 222 (iki yüz iyirmi iki) manat məbləğində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan barışıq ərizəsindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X5 aliment borcundan 250 manat ödəndiyindən hazırda borcluya qarşı şikayəti yoxdur və borclu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən tələbkar X5 aliment borcundan bir hissə ödənildiyindən və tələbkar tərəfindən məhkəməyə inzibati xəta haqqında icraata xitam verilməsi barədə ərizə verildiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-750/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-750/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver