Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7508/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən "xxxx" KB ASC qarşısında vət. X8 məxsus nağdləşdirmək üçün onun kartına mobil tətbiq vasitəsi ilə ödənilmiş 100 manat pulu mənimsəmiş, C.Əsədova 100 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə ünvan 2 ünvanın həyətində vət. X3 məxsus “Hyundai Elantra” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı şüşəsini oğurlayıb, F.Qasımzadəyə 100 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında usta işləyən vət. X5 məxsus paltarını və pul kisəsini oğurlayıb, R.Məmmədova 80 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığında “Bolt Food” şirkətində kuryer işləyən vət. X2 məxsus velosipedin üzərində olan çantanın içərisindən şəxsiyyət vəsiqəsi, tələbə bileti, "xxxx" KB ASC-yə məxsus Leo Bank kartı, Baku bus metro kartı və 04 manat pul olan pul kisəsini oğurlayıb, L.Balabəyova 50 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanın həyətində vət. X6 məxsus “Toyota Prius” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün qoruyucu qapağını oğurlayıb, Ə.Mənsurova 100 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrindən xx.xx.2022-ci il tarixində saat 09:30 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanın həyətində vət. X4 məxsus “Mercedes” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol şüşəsinin sındırılması yolu ilə içərisindən 200 manat pulu oğurlayıb, R.Bağırova 200 manat məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 6 ünvanın həyətində vət. X7 məxsus “Mercedes Benz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik örtüyünə naməlum əşya atılması nəticəsində A.Əliyevə 500 manat məbləğdə maddi ziyan vurmaqla əmlakı qəsdən zədələmə əməli törətmişdir. Bununla da o, İXM-in 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməlləri törətmiş, vətəndaşlara maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Vüqar Alıyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçıları A.Aslanovun xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, R.Əfəndiyevin xx.xx.2022-ci il tarixli, N.Abdullayevin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli, A.Məmmədzadənin xx.xx.2022-ci il tarixli qərarlarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməllərin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurma əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:10 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə təqsirli bilinərək, 02 ay (iki ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 20:10 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-7508/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7508/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver