Məhkəmə qərarları › İş №3(004)-751/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-751/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-751/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 483-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə №11000-0151/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 34/012/011999-saylı raporta əsasən Bakı şəhəri Yasamal rayonu Süleyman Dadaşov küçəsi, ev 6, mənzil 33-də yerləşən Şəxs MMC (VÖEN- **********) tərəfindən bağlanılmış 13.11,2017-ci il tarixli 13112017 saylı müqaviləyə əsasən Niderlandda yerləşən “xxxx şirkətinə 21,04.2020-ci il tarixli **********1951-sorğu nömrəli X4 üzrə H203MH799/EH177877 nömrəli nəqliyyat vasitəsində ümumi çəkisi: 7047.60 kq, 59671.50 (əlli doqquz min altı yüz yetmiş bir manat 50 sent) ABŞ dolları dəyərində “Qurudulmuş Xurma” məhsulu ixrac edilmişdir. Malların dəyərinin bir hissəsi 53902.72 (əlli üç min doqquz yüz iki dollar 72 sent) ABŞ dolları ixracatçının hesabına köçürmüş, qalan 5768.75 (beş min yeddi yüzaltmış səkkiz dollar 75 sent) ABŞ dolları valyuta vəsaiti ixracatçının hesabına köşürülməmişdir. Səlahiyyətli orqanın protokolunda həmçinin göstərilmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, **********1951-sorğu nömrəli X6 üzrə ixrac edilən “Qurudulmuş Xurma” məhsulunun dəyərindən 5768.75 (beş min yeddi yüzaltmış səkkiz dollar 75 sent) ABŞ dolları və yaxud 9806.87 (doqquz min səkkiz yüz altı manat, 87 qəpik) AZN məbləğində valyuta vəsaitinin xaricdən qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Prezdentinin xx xxxx 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndlərinin tələblərinə görə 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulsada buna əməl edilməmişdir. Fakt üzrə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə 11000-0151/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********2939 nömrəli Gömrük Bəyannaməsi üzrə ixrac edilmiş yüklərin dəyərinin qalan hissəsi 5768.75 (beş min yeddi yüzaltmış səkkiz dollar 75 sent) ABŞ dolları və yaxud 9806.87 (doqquz min səkkiz yüz altı manat, 87 qəpik) AZN məbləğində valyuta vəsaiti xaricdən qaytarılmamaqla gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol vermişdir. Nəticədə, Azərbaycan Respublikasının hüquqi şəxsi Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483.cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X5 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası hüquqi şəxsi olan ‘‘Şəxs” MMC barəsində valyuta vəsaitinin xaricdən qaytarılmaması ilə əlaqədar gömrük qaydalarının pozulması hərəkətlərinə yol verdiyi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində iş üzrə araşdırma aparılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası hüquqi şəxsi olan “Şəxs“ MMC barəsində xx xxxxxx 2021-ci il tarixli 11000-01 51 \21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz rayon məhkəməsinə göndərmişdir. Məhkəmənin qərardadı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483- cii maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibato xəta haqqında material baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi inzibati xəta qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Həmin Məcəllənin 13-cii maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.0. 1 və 53.0.2-ci maddəslərinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgiin həlli üçün əhəmiyyətli olan digər halları müəyyən çtmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür taktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatlar) ilə. digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə. ekspertin rəyi ilə. inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 105.1-cü maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati məhsuliyyətə səbəb olur. Beləliklə yuxarıda göstərilən qanunun tələblərinə əsasən hazırki iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 483-cü maddəsindəh müəyyən olunur ki, bu maddənin tərkib hissəsi yaranması üçün iki şərt vardır. Xarici valyuta əldə edilməli və müvəkkil banka köçürülməsi təmin olunmamalıdır. Hazırki, işin materiallarından görünür ki, bu fəaliyyət nəticəsində xarici valyuta əldə edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati orqanın qənaətinə görə "Şəxs" MMC tərəfindən "xxxx” Şirkətinə **********1951 nömrəli xx xxxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə ixrac etdiyi qurudulmuş xurma dilimləri məsulu üzrə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdır. Lakin, “Şəxs" MMC ilə “xxxx” Şirkəti arasında xx xxxxxx 2017-ci il tarixdə 131 13017 saylı alqısatqı müqavilə bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən göndərilən mallar bu müqavilədə göstərilən keyfiyyətə uyğu gəlməlidir. Həmin Müqavilənin əsasən göndərilən malların keyfiyyətində uyğunsuzluq olduqda alıcı tərəfindən bu barədə pretenziya verilir və əgər satıcı bu pretenziyaya cavab vermədikdə, pretenziya qəbul edilmiş hesab edilir. xx xxxxxx 2017-ci il tarixdə 13112017 saylı tərəflər arasında bağlanılmış müqaviləyə əsasən **********1951 nömrəli xx xxxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə qurudulmuş xurma dilimləri: 5 kq politetel qutularda (1200 ədəd, çəkisi 6000 kq); qurudulmuş xurma dilimləri: 150qr flopack qutularda (4800 ədəd, çəkisi 720 kq. 300 yer); qurudulmuş xurma dilimləri: 100 qr doypack qutularda (3276 ədəd, çəkisi 3276 kq.) ixrac olunmuşdur. İxrac olunmuş məhsulun dəyəri isə 59671.50 ABŞ dolları təşkil etmişdir. Qurudulmuş xurma dilimləri məhsulun 5768.75 ABŞ dolları həcmində aşağı keyfiyyətdə olması barədə alıcı tərəfindən xx xxx 2020-ci il tarixdə pretenziya daxil olmuşdur. Həmin pretenziya ilə və tərəflər arasında bağlanılmış yuxarıda göstərilən alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən satıcıya ödənilməli olan məbləğin hesabına ixrac olunmuş malların invoice dəyəri 5768.75 ABŞ dolları məbləğində azaldılmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasın tələb edə bilər. Göründüyü kimi hazırki Müqavilə tərəflərinin Niderland hüquqi şəxləri olmaqla bu müqavilələr üzrə alqı-satqı nəticəsində ixrac olunmuş məhsulun keyfiyyətində qüsurlar olduğundan məhsulun alış qiymətinin azaldılması istər Niderland qanunvericiliyinə, istərsə də Azərbaycan Respublikası Mülki qanunvericiliyinin müddəalarına uyğun olmuşdur. Göründüyü kimi **********1951 nömrəli xx xxxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə ixrac olunmuş məsulun ümumi dəyərindən ümumilikdə 5768.75 ABŞ dolları vəsait əldə olunmamışdır. Bundan başqa. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkibi yalnız qəsdən törədilə bilər, yəni İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hansı əsasla Gömrük İdarəsi hesab edir ki, bu ixrac əməliyyatları ilə “Şəxs" MMC öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş və yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Bundan başqa hesab edirik ki. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərkibinin yaranmsı üçün ixrac olunan məhsullar yalnız konsiqnasiya ilə edilməlidir. Belə ki. həmin Fərmanın 12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) kpnsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixracəməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hazırki halda isə konsiqnasiya yolu ilə mallar ixrac olunmadığından ona həmin Fərmanla nəzərdə tutulmuş 180 gün müddəti, yəni Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər müddəası tətbiq edilə bilməz. Bundan başqa bir sıra məhkəmələrdə oxşar məsələlər araşdırılmış və ŞəxsMMC- nin hərəkətlərində İXM-nin 483-cü maddəsinin tərkibi və əlamətləri omadığında iş üzrə icraata xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən Şəxs MMC tərəfindən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində **********1951 nömrəli xx xxxxx 2020-ci il tarixli Gömrük bəyannaməsi ilə ixrac olunmuş məsulun ümumi dəyərindən 5768.75 ABŞ dolları vəsait əldə olunmadığından və bu hərəkət/hərəkətsizliklə inzibati xəta hadisəsi və onzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlisini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 13112017 saylı müqavilədən görünür ki, Şəxs MMC ilə Niderlandda yerləşən “xxxx” arasında müqavilə yə əsasən xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi üzrə ümumi çəkisi 7047.60 kq, 59671.50 ABŞ dolları dəyərində qurudulmuş xurma məhsulu “xxxx” şirkətinə ixrac edilmişdir. İş materiallarında olan Niderlandda yerləşən “xxxx” şirkəti tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli qaytarma vərəqəsindən (Credit - NOTE) və ona əlvə olunmuş sənədlərdən görünür ki, müştərilər tərəfindən Şəxs dilimlərinin keyfiyyəti haqqında şikayətlər olmuşdur. Belə ki məhsulda çox miqdarda tanin və çəyirdək aşkar olunmuşdur. Bu səbəbdən “Geobas” şirkətindən maddi kompensasiya tələb edilmiş və eyni zamanda məhsulun satışını dərhal dayandırmışdır. Bununla Şəxs MMC-yə vergi xidmətləri ilə məsələni bağlamaq üçün “Geobas” B.V tərəfindən 5.768,75 ABŞ dolları məbləğində qaytarma vərəqəsi göndərilmişdir. Həmin qaytarma vərəqindəki məhsulun keyfiyyətinə dair pretenziya Şəxs MMC tərəfindən də təsdiq edilmişdir. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa”, bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “xxxx” MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi kimi, malın keyfiyyətinin aşağı olması və dəyərinin aşağı düşməsi olmuşdur. Həmin sənədi xarici şirkət tərəfindən Azərbaycan şirkətinə göndərilmiş yuxarıdakı qeyd edilən Credit- NOTA ilə tam təsdiq edilir. Həmin sənədin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlə müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar