Məhkəmə qərarları › İş №3(004)-751/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-751/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-751/2022 04.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Əsgərovun iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 SƏNAYE VƏ LABORATORİYA AVADANLİQLARİ” MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 42401.00 ABŞ dolları məbləğində vəsaiti 10 dekabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 37955.84 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 dekabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 03.02.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elman Əsgərov qeyd etmişdir ki, 02 mart 2022-ci il tarixində ABB ASC “Abşeron” filialına müraciət edərək 02.12.2019-cu il tarixli FBM-KARFO-2019/003 saylı müqaviləyə əsasən laboratoriya üçün cihaz və avadanlıqlar idxal etmək üçün “FBM İNŞAAT PETROL ELEKTRONİK GİDA TARİM SANAYİ VE DİŞ TİCARET LTD. ŞTİ.” şirkətinə 11.12.2019-cu il tarixində 42401 (qırx iki min dörd yüz bir) ABŞ dolları 00 sent avans ödəniş etməsini, 16.09.2020-ci il tarixində “FBM İNŞ AAT PETROL ELEKTRONİK GİDA TARİM SANAYİ VE DİŞ TİCARET LTD. ŞTİ.” şirkəti tərəfindən 4445 (dörd min dörd yüz qırx beş ) ABŞ dollar 16 sent dəyərində göndərilən laboratoriya avadanlıqları onların müəssisəsi tərəfindən təhvil alınmasını, müqaviləyə əsasən bəzi malların göndərilməsi mümkün olmadığından, avans ödənişindən 37848 (otuz yeddi min səkkiz yüz qırx səkkiz) ABŞ dolları 90 sent “FBM İNŞAAT PETROL ELEKTRONİK GİDA TARİM SANAYİ VE DİŞ TİCARET LTD. ŞTİ.” şirkəti tərəfindən 10.02.2022-ci il tarixində geri ödənilməsini bildirmişdirlər. 37848 (otuz yeddi min səkkiz yüz qırx səkkiz) ABŞ dolları 90 sent məbləğin onların hesablarına geri ödənişini təsdiq etməsini xahiş etmişdirlər. Göstərilənlərə əsasən "xxxx" MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onunn iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan 10.12.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC tərəfindən 10.12.2019-cu ildə “FBM X1 Gida tarım San ve dis Tic LTD” şirkətinin müvafiq hesabına qabaqcadan 42401 ABŞ Dolları məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən 03.02.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, 10.12.2019-cu il tarixli köçürmə ərizəsi ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan 16.12.2021-ci il tarixli, N 04-16155/2021 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP 0031999) saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 37955.84 (otuz yeddi min doqquz yüz əlli beş dollar 84 sent) ABŞ Dolları məbləğinin 20 faizi miqdarında, yəni 7 591.17 (yeddi min beş yüz doxsan bir dollar 17 cent ) ABŞ Dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar