Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-751/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Baş X7 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X7 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X7 şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verdiyi hazırkı şikayət ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, X2 Azərbaycan Respublikası Baş X6 Polis şöbəsinin xx.xx.2024-cü il tarixli saylı EQ 19060433 qərardan şikayət vermə ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X2 Azərbaycan Respublikası Baş X6 Polis şöbəsinin xx.xx.2024-cü il tarixli EQ 19060433 saylı qərarından şikayət verməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-751/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-751/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver