Məhkəmə qərarları › İş №3(004)-751/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-751/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-751/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, X1 və Bakı şəhəri BPİ X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, xx.xx.2024-cü il tarixdə ona yazılan qərar əsassız olduğundan ləğv edilmişdir. DYPŞ yenidən hadisə yerinə baxış keçirmədən və onun iştirakı təmin olunmadan eyni qərarı qəbul etmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayətçi məhkəmədə də eyni məzmunlu izahat verdi və bildirdi ki, o, həmin ərazidə yerləşən xəstəxanaya daxil olarkən darvazanın qarşısında piyadaların keçməsini gözlədiyinə görə dayanmışdır, ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X8 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətlə razılaşmayaraq Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bunu təsdiq edən görüntünü məhkəməyə təqdim etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X4 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 52.6-cı maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən iş materiallarında olan videogörüntüylə də müəyyən edilir. Görüntüdən görünür ki, onun nəqdliyyat vasitəsinin arxası darvazaya tərəf yolun hərəkət hissəsində dayanmışdır. DYPŞ əməkdaşı ona irad bildirəndə mübahisə etməklə protokolun tərtib olunmaması ilə bağlı mübahisə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs izahatında dediyi kimi, piyadaların keçməsini gözləməklə nəqliyyat vasitəsinin idarə olunan vəziyyətdə protokol tərtib edilməsini bildirsə də məhkəmədə həm də təqdim edilmiş diskə baxarkən müəyyən edilmişdir ki, Q.Allahverdiyev dayanma qaydalarını Bakı şəhəri Moskva prospekti, 69 a ünvanında pozmuş, ona görə də barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar