Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-752/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X6 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, YPX əməkdaşı X10 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* qərardan şikayət edir. Həmin qərarın əksinə demək istəyir ki, 09:43-də maşınına saxla qərarı veriblər, maşınını saxladıqda demişdirlər ki, faraya dumanlı işıq qoymağa icazə yoxdur, o, bir neçə polisdən soruşmuş, onlardan biri YPX əməkdaşı İST petrol tərəfdə demişdir ki, qarşısında adi qalaq kimisi varsa icazə var, qonşuları da Ekoloqiya postunda işləyir o, deyib ki icazə var, onun gecələr gözü yaxşı görmədiyinə görə faraya dumanlı işıq qoymuşdur arxasında ventilatorludu və bu lampanı elektriklə məsləhətləşib almışdır elektrik də özü quraşdırmışdır. Bu lampa artıq 5 ildi qoyulmuş bir necə polis əməkdaşı saxlayıb sonra sürə bilərsən deyiblər. Yəni icazə var deyiblər. xx.xx.2024-cü il İXP ******* qərarsız idi və sonra qüvvəyə mindi. xx.xx.2024-cü ildə YPX əməkdaşı ona demişdir ki, maşın cərimə meydançasına getməlidir. O, da demişdir ki, lampanı yerində dəyişmir. O, artıq lampaları söküb he lampasını qoyurdu. 2-ci YPX əməkdaşı gəlmiş, X10, o biri YPX əməkdaşına demişdir ki: “Bu neynəyir?”. O, cavab vermişdir ki: “Buferi sökür”, amma YPX əməkdaşı X10 demişdir ki: “Bunu aparaq ştrafnoya”. O, da demişdir ki, “Sizin mikrofonunuz hanı?”, X10 cavab vermişdir ki, mikrofon onun əlindədir, lakin, qanunla əlində yox, formasının üstündə olmalıdır. YPX əməkdaşı cavab vermişdir ki, “Sən, deyəsən, bölmə görməmisən”. O, artıq lampaları dəyişirmiş və digər YPX əməkdaşından soruşmuşdur ki: “Çəkiliş olar?”. ”Olar” cavabı aldıqdan sonra, o çəkiliş aparmışdır. Birdən, yenidən YPX əməkdaşı X10 gəlmiş və video görüntünü pozmaq məqsədi ilə telefonu əlindən almışdır. O, cavab vermişdir ki, X8 onun telefonunu götürməyə icazəsi yoxdur, lakin, buna baxmayaraq, o, görüntünü pozmuşdur. O, cavab vermişdir ki, radioda veriliş aparan Ərşad bəy demişdir ki, çəkilişə icazə var və o, hüquqşünasdır. YPX əməkdaşı cavab vermişdir ki, “Onun danışığına fikir vermə”. O, xahiş edir ki, ona pulsuz vəkil verilsin, həmin qərar ləğv olunsun və barəsində başlanmış inzibati icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən şikayətçi bildirdi ki, YPX əməkdaşı onu saxlayarkən faralarında Led işıqlarının olduğu irad tutulub, lakin sonra özü maraqlanmış, ona deyilib ki icazə var həmin işığa. Həmçinin yol olisi onu saxlayərkən çox kobud davranmışdır. Daha sonra həmin işıqları özü əvəzləmiş və zavod üsulu ilə istehsal olunmuş işıqları nəqliyyat vasitəsinə birləşdirmişdir. Gözü zəif görür, ona görə də Led işıqlarından istifadə etmişdir. Həmçinin qanunvericilikdə qeyd edilmişdir ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. X4 avtomobilində faralarda dəyişiklik edilmişdir və onu müəyyən etmək üçün xüsusi yoxlamaya ehtiyac yoxdur, baxan kimi görsənir. Bu barədə videogörüntü də mövcuddur, həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. Bu nəqliyyat vasitəsinin xarici işıq cihazları ağ rəngdə olmalıdır, əlavə Led lampanın quraşdırılması yolverilməzdir. İşıq cihazlarının növü, tipi və rəngi uyğun gəlməlidir. Həmçinin xətanın aradan qalxması demək deyil ki, inzibati xəta baş verməyib və şəxs cərimələnməməlidir. Nəqliyyat vasitəsi istismar olunarkən, yəni hərəkətdə olarkən inzibati xəta aşkar olunub. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 09:43 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də “Hyundai Elantra minik” markalı, “**- LB-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəmə iclasında təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntüdən müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-752/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-752/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver