Məhkəmə qərarları › İş №3(004)-753/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-753/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-753/2023 06.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən daxil olmuş Veerapandian Ramprasatha barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Veerapandian Ramprasatha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004)-937/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İş üzrə təqdim olunmuş materiallardan məlum olur ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs xarici vətəndaş olmaqla azərbaycan dilində sərbəst oxuyub yaza bilmir, icra icraatı zamanı və inzibati icraat zamanı tərtib edilmiş sənədlərin bildiyi dilə tərcümə edilərək ona təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İXM-nin 72-ci maddəsinə əsasən inzibati işlər üzrə tərcüməçi qismində tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Lakin iş materiallarında bəzi sənədlərin üzərində tərcüməçi kimi imza atmış şəxsin tərcümə olunan dili bilməsi ilə bağlı sənədlər əlavə edilməmişdir, Veerapandian Ramprasathaya tərcümə etməsi üçün dəvət edilməyinə baxmayaraq iş materiallarında zəruri sənədlərin o, cümlədən icraata başlamaq haqqında qərararın, tələbil könüllü icrası ilə bağlı bildirişin, tərəfə hüquq və vəzifələrinin izahı ilə bağlı olan halların tərcümə edilməməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan çatışmamazlıqlar müəyyən edilmişdir. Belə ki, kimin inzibati xəta törətməsi yəni protokolun müvafiq qrafasında - şəxsin adı, atasının adı və soyadı qeyd edilməmişdir, tərtib edilmiş protokolun surətinin şəxsə verilməsi təmin edilməmişdir. Protokol tərtib edilərkən tərcüməçi iştirak etmədiyindən Veerapandian Ramprasathaya onun barəsində inzibati protokol tərtib edildiyi, onun hüquq və vəzifələri izah edilməmişdir, protokolda izahat verməkdən imtina etdi qeyd edilsə də bu formal olmuşdur (şəxs dili bilmədiyi halda onun izahat verməsindən imtina etməsi ağlabatan deyildir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sadalanan hallar şəxsi müdafiə hüququ ilə bərabər şəxsin izhat vermək, toplanmış materiallarla tanış olmaq, etiraz və vəsatət vermək, tərcüməçinin koməyindən istifadə etmək hüquqlarından məhrum olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq qərara aldım: Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Veerapandian Ramprasatha barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar