Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-753/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1nın iştirakı ilə, X1 tərəfindən barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Səhiyyə Nazirliyi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol əsasında AR Səhiyyə Nazirinin müavini X7 tərəfindən MN seriyalı ******* saylı, 11 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında həmin qərarda göstərilmişdir ki, guya ona məxsus olan "Lyaman" adlı gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (lazer epillyasiyası) faktı aşkar edilmişdir, ona görə də onun barəsində 5.000 (beş min) manat inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə ona "Lyaman" gözəllik salonuna saç boyatmaq üçün vergi orqanlarında işləyən bir xanım gəlmişdir. Saç boyaması xidmətləri göstərildikdən sonra həmin xanım salonda istifadəsiz vəziyyətdə olan, 6-7 ildir istifadə olunmayan köhnə formalı lazer aparatını görərək ona lazer epillyasiyası xidmətlərinin göstərilməsini xahiş etmişdir. Cavab olaraq xanıma bildirilmişdir ki, bu xidmət salon tərəfindən göstərilmir, həmçinin sözügedən aparat köhnədir və onu istifadə edə biləcək bir işçi yoxdur. Xanımın çox saylı xahişlərinə baxmayaraq salonun epilyasiya xidməti ilə məşğul olmadığı üçün, xanıma qəti şəkildə imtina olunmuşdur. Sözügedən xanım sonradan məlum olunduğu kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin əməkdaşı olmuşdur. Lakin qeyd olunduğu kimi ona lazer epillyasiyası aparatı ilə xidmət göstərilməsindən imtina olunmasına və salonun lazer epillyasiya fəaliyyəti ilə məşğul olmamasına baxmayaraq, əsassız və həqiqəti əks etdirməyən DVX-000722 nömrəli aktı tərtib edib Səhiyyə Nazirliyinə göndərmişdir. O cümlədən Səhiyyə Nazirliyi tərəfindən heç bir araşdırma aparmadan, sübut toplamadan, əsassız ifadələrlə kifayətlənib inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında akt tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə isə Səhiyyə Nazirinin müavini onu dəvət etmədən onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında əsassız qərar qəbul etmişdir. Bundan başqa protokol Nailə Məmmədliyə protokol oxumadan imzalanmış, qərar ona xx.xx.2024cü il tarixdə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənləri müdafiə edərək qərarın əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirdi ki, 22 dekabr 2023-cü il tarixdə ona işçiləri zəng edərək məlumat bildirmişlər ki, ona məxsus gözəllik salonuna yoxlama daxil olmuşdur, bundan sonra o salona getmişdir. Lazer aparatı ilə bağlı ondan lisenziya tələb edilmişdir. Qeyd edir ki, lazerlə bağlı lisenziya tələb olunması barədə məlumatı olmamışdır. Bundan başqa salonda olan aparat köhnə model olan lazer aparatıdır və o aparatı “Medex” adlı şirkətdən almışdır. Alan zaman aparat köhnə model olduğundan faktiki olaraq fəaliyyət göstərməyibdir. Çünki hazırda yeni model aparata tələbat vardır. Ətrafda isə çoxlu gözəllik salonları var və hərbirində yeni model aparatlar olduğundan onların müştərisi olmur. O yoxlama aparan qrup üvzlərinə izah etmişdir ki, aparat köhnə model olduğundan işləmir. Lazer aparatı işləmədiyi üçün hətta satışa qoyub, lakin köhnə model olduğu üçün onu alan olmayıb. Həmin şirkətdən də ona lazer aparatı alan zaman lisenziya alınmalı olduğunu bildirməyiblər. Əgər bunun qanuni tələb olduğunu bilsə idi, müvafiq lisenziya alardı. Lakin bundan xəbəri olmayıb. Belə ki, o, 17 ildir ki, gözəllik salonu işlədir və 6 işçisi var. Həmin işçilərlə əmək münasibətlərini də qanunauyğun şəkildə qurub. Suala cavab olaraq bildirir ki, həmin aparatdan başqa digər lazer aparatı olmayıb. Həmin lazer aparatı aldıqları zaman bir-iki ay işləyib, sonra fəaliyyət göstərməyib və qıraqda qalıb. Bu fəaliyyətlə əlaqədar lisenziya alınmalı olduğunu o bilməyib bu səbəbdən pozuntu olub, əgər bilsə idi lisenziya alardı. Vergi yoxlaması zamanı izahata imza çəkibdir, lakin ona deyilib ki, imza çəkməsə aparat müsadirə olacaq, o da bu səbəbdən oxumadan imza çəkib. Yoxlama zamanı izahatı öz xətti ilə yazıb və ilkin izahatında göstərildiyi kimi aparatdan 50 manat gəlir əldə etdiyini təsdiq edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, müvafiq lisenziya olmadan tibbi fəaliyyət göstərilib, hətta bu fəaliyyətdən 50 manat gəlir əldə edilib. Şəxs özü də yazmış olduğu izahatda bunu qəbul edir. Qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Suala cavab olaraq bildirir ki, qərarın şikayətçiyə nə vaxt çatması barədə sənədləri yoxdur. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X6 barəsində ünvan 1 ünvanında fəaliyyət göstərən “lyaman” adlı salonda xx.xx.2023-cü il tarixdə DVX-nin KSİBİ-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı X3 lisenziya olmadan kosmetoloji (lazer epilyasiya) iş və fəaliyyət həyat keçirdiyinə görə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 5.000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməəsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli DVX seriyalı 000722 nömrəli aktdan müəyyən edilir ki, ”Lyaman” adlı salonun rəhbəri X3 lisenziya olmadan kosmetoloji (lazer epilyasiya) iş və fəaliyyətlə məğul olduğu aşkar edilmişdir. Həmin akt X6 tərəfindən imzalanmışdır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, rəhbəri olduğu “Lyaman” salonunda X3 lisenziya olmadan kosmetoloji (lazer epilyasiya) iş və fəaliyyətlə məşğul olduğuna görə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5.000 manat cərimə tənbeh tədbiri təyin edilmişdir. Şikayətçi aşkar edilmiş lazer epilyasiya aparatının köhnə olması və yalnız aparat olaraq orada olduğu, istifadə edilmədyini bildirərək barəsində qəbul edilmiş qərarın əsassız olmasını iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görəfiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “lyaman” adlı salonda xx.xx.2023-cü il tarixdə DVX-nin KSİBİ-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı X3 lisenziya olmadan kosmetoloji (lazer epilyasiya) iş və fəaliyyət həyat keçirdiyi aşkar edilmişdir. Qeyd olunan pozuntu ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Tibbi nəzarət şöbəsinin müdir müavini X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-753/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-753/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver