Məhkəmə qərarları › İş №3(004)-753/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-753/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-753/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Yasamal rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqında protokolu tərtib edən Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində və xx.xx.2021-ci il təvəllüdlü X11 3 yaşına çatanədək 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 08 may 2024-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hal-hazırda Şəxs icra sənədi üzrə qalıq borcu 5000 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X2 icra sənədi üzrə bu günədək ümumilikdə 300 manat ödəniş etmişdir. Borcunu ödəyə bilməməsinə səbəb olaraq bildirmişdir ki, işsizdir, işsizlik maddi baxımdan çətinliklərə səbəb olmuşdur. Həmçinin səhhətində problem olması ödəyə bilməməsinin digər bir səbəbidir. X7 olan qalıq borcunu hər ay 300 manat olmaqla ödəyəcəyinə dair söz vermiş və onlar bununla razılaşmışlar. Göstərilən halların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 izahatında bildirmişdir ki, Şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Şəxs tərəfindən qətnamə üzrə borcunun hər ay 300 manat olmaqla ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 13 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 2(004)-858/2024 saylı, xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində və xx.xx.2021-ci il təvəllüdlü X11 3 yaşına çatanədək 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. xx.xx.2025-ci il tarixli Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, X2 icra sənədi üzrə olan qalıq borcunu hər ay 300 manat olmaqla ödəyəcəyinə dair söz vermişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs ilə tələbkar qarşılıqlı razılığa gəlmişlər və bununla bağlı borclu məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 13 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov İş № 3(004)-753/2025 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU 13 fevral 2025-ci il Bakı şəhəri Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxılır. İclas saat 17:25-də başlandı Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, tələbkar X10 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişlər. Sədrlik edən iştirakçıların şəxsiyyətini və saləhiyyətini müəyyənləşdirilir: Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yaşayan Şəxs Protokolu tərtib edən şəxs: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 Tələbkar: xx.xx.1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 6 ünvanında qeydiyyatda olan. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edən – Daşdəmirov Rauf Məhərrəməli oğlu Məhkəmə iclas katibi- Eyvazzadə Maya Adil qızı Sədrlik edən tərəflərə hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnun olduğunu izah edir. Etiraz daxil olmur. Sədrlik edən tərəflərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələri tərəflərə aydın oldu. Sədrlik edənin sualına barəsində inzibati protokol tərtib edilmiş şəxsin cavabı: - Hüquq və vəzifələrim mənə aydındır. - İş materialları ilə tanış olmuşam. Mənə qarşı məhkəməyədək icraat dövründə heç bir təsir, hədə-qorxu göstərilməyib, ləyaqətimi alçaldan hərəkətlər və qeyri insani rəftar edilməyib, işgəncə verilməyib. Sədrlik edən barəsində protokol tərtib edilmiş şəxsə vəkilin hüquqi yardımından istifadə etmək hüququ olduğunu, öz vəkili vardırsa, həmin vəkilin məhkəmə iclasına dəvət etməyi tələb etmək hüququ olduğunu, vəkil tutmağa maddi imkanı olmadığı təqdirdə dövlət vəsaiti hesabına vəkillə təmin edilmək, vəkili seçmək və hüquqi yardım almaq hüququ olduğunu izah edir. Sədrlik edənin s/c inzibati xəta törətmiş şəxs -bəli protokol tərtib edən şəxs izahatım alınandan əvvəl mənə vəkil tutmaq hüququm, maddi imkanım olmadığı təqdirdə dövlət hesabına vəkillə təmin edilmək hüququm izah edildi, lakin mən hər hansı bir vəkil istəmədiyimi, vəkil tələb etmədiyimi, dövlət hesabına da vəkil təyin edilməsindən imtina etdiyimi bildirmişdim. - Mənim öz vəkilim yoxdur. Məhkəmədə hüquqlarımı özüm müdafiə edəcəm, hər hansı bir vəkilə ehtiyacım yoxdur. Hər hansı bir vəkili məhkəmə iclasına dəvət etmək də istəmirəm. Bu mənim maddi vəziyyətimlə əlaqədar deyildir. Dövlət hesabına da vəkil təyin olunmasını istəmirəm. Barəsində protokol tərtib edilmiş şəxs bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Sədrlik edən ərizəni iş materiallarına əlavə edir. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İşin baxılmasında iştirak edən şəxslərin izahatı dinlənilir. İcra məmuru: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs maddi ziyana görə 9.000 (doqquz min) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 05 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sədrlik edənin s/c: - Hal-hazırda Şəxs icra sənədi üzrə qalıq borcu 5000 manat təşkil edir. Əlavə suallar daxil olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: - X2 icra sənədi üzrə bu gün 1000 manat ödəniş etmişəm. X7 olan qalıq borcumu 2 ay ərzində tam şəkildə ödəyəcəyimə dair söz vermişəm və biz bununla razılaşmışıq.. Suallar daxil olmadı. Sədrlik edən bu barədə tələbkarın fikrini soruşur. Hakim tələbkara özünün və yaxın qohumlarının əleyhinə izahat verməkdən imtina etmək hüququnu izah edir, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borclu olduğunu, bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddələrində inzibati məsuliyyət nəzərdə tutulmasını, hakimin çağırışına gəlməkdən qəsdən boyun qaçırmağa, izahat verməkdən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 532-ci maddələrində inzibati məsuliyyət nəzərdə tutulması barədə xəbərdar etdi və ondan bu barədə iltizam alınaraq iş materiallarına əlavə olunur. Bundan sonra izahat vermək üçün tələbkara söz verilir. Tələbkarın izahatı: - Şəxs ilə qarşılıqlı razılığa gəlmişik. Şəxs tərəfindən qətnamə üzrə borcunun 2 ay ərzində tam şəkildə ödənilməsinə etiraz etmirəm. Suallar daxil olmadı. Sədrlik edən işdəki sənədləri elan etməklə tədqiq edir, əlavə vəsatətlərin və sübutların olub olmamasını aydınlaşdırır. Zərərçəkmiş şəxs:-iş üzrə ərizəmi məhkəməyə təqdim edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs:- iş üzrə iltizamı məhkəməyə təqdim edirəm. Sədrlik edən ərizə və iltizamı iş materiallarına əlavə edir. Sədrlik edən işin tədqiqinin bitmiş hesab olunduğunu bildirir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə çıxış üçün söz verir. Protokolu tərtib etmiş şəxs, icra məmuru: - Qanuni tədbir görülməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Tələbkar: -İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə tərəflərdən replika hüququndan istifadə etmək istəməsini soruşur. Tərəflər replika hüququndan istifadə etmədilər. Sədrlik edən məhkəmə çıxışlarının qurtardığını bildirir və müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 17:50-də bağlı elan edilir. Protokol 13 fevral 2025-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Məhkəmə iclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-3525/2024 02 iyul 2024-cü il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X9 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 68, mənzil 28 İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Yasamal rayon İcra şöbəsinin icra məmuru Tələbkar: X8 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 68, mənzil 28 Müdafiəçi: X13 Ünvan: Bakı şəhəri 12 saylı Vəkil Bürosu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 3(004)- 3525/2024 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərar. Hakim: Rauf Daşdəmirov İş № 3(004)-753/2025 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD «11» dekabr 2024-cü il Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən inzibati xətanın törədilməsi barədə material Yasamal Rayon Məhkəməsinə göndərilib. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-nin 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə daxil olduğu gün, Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Rauf Daşdəmirov İş № 3(004)-753/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL «31» yanvar 2025-ci il Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar