Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7535/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsi hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 23 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin istifadəsində olan «Mıtsubıshı» markalı, 90PZ058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2025-ci ildə hüquqi şəxsin qeydiyyatda olduğu ünvana sorğu göndərilmiş, lakin məktub qəbul edildikdən 5 gün keçsə də, məktuba cavab verilməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsi tərəfindən «Mıtsubıshı L200 minik» markalı, 90PZ058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi "xxxx" MMC-dən xahiş olunmuşdur; İnzibati xəta haqqında 23 iyul 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin istifadəsində olan «Mıtsubıshı» markalı, 90PZ058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2025-ci ildə hüquqi şəxsin qeydiyyatda olduğu ünvana sorğu göndərilmiş, lakin məktub qəbul edildikdən 5 gün keçsə də, məktuba cavab verilməmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, «Mıtsubıshı L200 minik» markalı, 90PZ058 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır; SX046107697AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X4i Şöbəsinin sorğu məktubu xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də Aysel.M tərəfindən tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Yasamal rayon X4 şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 030 nömrəli məktubdan görünür ki, Mitsubishi L200 markalı, ** PZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 13 iyun 2025-ci il tarixində saat 08:12-də avtomobili sürücü X1 (Sürücülük vəsiqəsi: BB413353) idarə etmişdir; "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Yasamal rayon X4 şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 030 nömrəli məktub YAPS məktub və bağlamaların daşınması xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin DYPŞdə “İbrahimli” soyadlı şəxs tərəfindən imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə ünvanlanan sorğu məktubu xx.xx.2025-ci il tarixdə ünvana (alıcıya) çatdırılmış, xx.xx.2025-ci il tarixdə həmin məktub YAPS məktub və bağlamaların daşınması xidməti vasitəsilə Yasamal RPİnin DYPŞ-də “İbrahimli” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, AR İXM-nin 347-ci maddəsinin dispoziyasına uyğun olaraq, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Ancaq iş materialları ilə də sübut olunur ki, DYPŞ-nin sorğusu hüquqi şəxs tərəfindən qəbul edildikdən sonra sorğuya qanunverilicilikdə nəzərdə tutulmuş 05 gün müddətində cavab verilmişdir. Beləliklə məhkəmə Bakı şəhəri Yasamal Rayon Dövlət X2 daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğu xx.xx.2025-ci il tarixdə rəsmi qaydada "xxxx" MMC-də qəbul edildiyindən və xx.xx.2025-ci il tarixdə sorğuya cavab Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nə çatdırıldığından, "xxxx" MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-7535/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7535/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver