Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-754/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi şəxs olan “xxxx” MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan “xxxx” MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İXM-nin 518.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə, MN №0507910 saylı tərtib edilən inzibati xəta haqqında protokol İXM-in 18.5-ci maddəsinə əsasən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən hüquqi şəxs olan “xxxx” MMC tərəfindən inzibati xətanın törədildiyi yer kimi Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 152 göstərilmişdir. Belə ki, protokolda göstərilmişdir ki, həmin ərazidə “xxxx” MMC-yə məxsus gül salonunda yoxlama zamanı YTQ 01-2001 b10.1-10.4 pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X2 bildirdi ki, hüquqi şəxsin hüquqi ünvanı Yasamal Rrayon olduğu üçün işi Yasamal Rayon Məhkəməsinə göndərmişlər. inzibati işin aidiyyətı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Lakin hazırkı iş üzrə belə bir yazılı vəsatət mövcud deyildir. Bununla belə protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110, 114, 118ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs olan “xxxx” MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, MN №0507910 saylı tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-754/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-754/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver