Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7562/2025 05.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhəri İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, N saylı hərbi hissə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin N9.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: N saylı hərbi hissənin Azərbaycan Respublikasının İXM-nin N9.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X2 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2- 71274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək N saylı hərbi hissə tərəfindən natamam təqdim edildiyi müəyyən edilmiş və bununla da N saylı hərbi hissə tərəfindən AR İXM-nin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək qeyd etmişdir ki, protokol vətəndaşın müraciəti əsasında tərtib olunmuşdur. Belə ki, müvafiq qurumnan sənədlər məktubla tələb olunmuş, lakin qanunla müəyyən edilən müddətdə səndlər təqdim olunmamışdır. Bunun səbəbini bilmir, lakin təsdiq edir ki, hazırda bütün sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhəri İdarəsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs N saylı hərbi hissənin nümayəndəsi X7 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhəri İdarəsindən daxil olan məktuba əsasən ilkin olaraq hərbi hissəsinin özündə olan sənədlər müvafiq olaraq dövlət qurumuna göndərilmişdir. Lakin hərbi hissə Silahlı Qüvvələrin tərkib hissəsidir və müəyyən məxfi və vacib əhəmiyyətə malik olan sənədlər hərbi hissədə saxlanılmır. Burada qeyd edilməlidir ki, hərbi hissənin mülki işçilərinin əmək haqqı və paylama cədvəlləri Müdafiə nazirinin Katibliyi-İşlər İdarəsində saxlanılır. Məhz bu səbəbə görə həmin sənədlərin verilməsi üçün vaxt tələb olunurdu. Hazırda bütün sənədlər Əmək Müfəttişliyinə təqdim olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, N saylı hərbi hissə barəsində Azərbaycan Respublikasının İXM-nin N9.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, X2 müraciəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3- 17-5/2-71274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixədək N saylı hərbi hissə tərəfindən natamam təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən N saylı hərbi hissəyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin 7 iş günü ərzində X8 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən təqdim edilmiş “Əmək və məşğulluq altsistem”i vasitəsilə ilə göndərilən məktubun çıxarışından görünür ki, N saylı hərbi hissənin şəxsi kabinetinə xx.xx.2025-ci il tarixli sənəd yerləşdirilmiş, icra tarixi xx.xx.2025-ci il tarixlidir. N saylı hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3- 25-51/2-1441/2025 saylı məktubun surətindən görünür ki, 11 avqust 2025-ci il tarixli 3-17- 5/2-71274/2025 nömrəli məktuba cavab olaraq bildirir ki, N nömrəli hərbi hissədə əmək haqqının ödənilməsi üçün zəruri sənədi hazırlanıb hər ayın 1-dən gec olmayaraq Müdafiə nazirinin katibliyi-İşlər İdarəsinə göndərilir. Belə ki, əmək haqqının ödənilməsi Müdafiə nazirinin katibliyi-İşlər İdarəsi tərəfindən icra olunub. X1 aid lazımi sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilmişdir. N saylı hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə N saylı hərbi hissə tərəfindən müvafiq sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilmişdir. N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli, 134 saylı arayışından görünür ki, 2025ci ilin yanvar ayından etibarən yuxarı komandanlığın müvafiq əmrinə əsasən, N saylı hərbi hissənin mülki işçilərinin əmək haqqı və paylama cədvəlləri Müdafiə nazirinin Katibliyi-İşlər İdarəsində olduğu üçün həmin sənədlərin X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. N.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin N-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. N9.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin N9.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, N saylı hərbi hissə tərəfindən Azərbaycan Respublikası İXMnin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, səlahiyyətli orqan tərəfindən N saylı hərbi hissəyə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin Xidmətə təqdim edilmədiyi bildirilərək göndərilən sorğu məktubunun surəti iş materiallarına əlavə olunsa da məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin məktuba cavab verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, tələb olunan sənədlərin göstərilən vaxtda Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə təqdim olunmaması hərbi hissənin mülki işçilərinin əmək haqqı və paylama cədvəlləri Müdafiə nazirinin Katibliyi-İşlər İdarəsində olduğuna görə baş vermişdir. Yuxarıda sadalanan sənədlərin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlərlə müəyyən edilir ki, hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. N saylı hərbi hissənin Azərbaycan Respublikası İXM-nin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyi və məhkəmə iclasında təqdim edilmədiyi üçün hüquqi şəxsin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, N saylı hərbi hissənin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, N saylı hərbi hissə tərəfindən Azərbaycan Respublikası İXMnin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri strukturunda olan hər hansı hərbi hissənin Azərbaycan Respublikası İXM-nin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın formal olaraq törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və cərimələnməsi məqsədəuyğun ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs N saylı hərbi hissə tərəfindən Azərbaycan Respublikası İXM-nin N9.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin N.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, N.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs N saylı hərbi hissənin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N9.3-cü maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-7562/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7562/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver