Məhkəmə qərarları › İş №3(004)-7565/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7565/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7565/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Mirsadiq Seyidov Mirsəttar oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-17-5/2-72974/2025 saylı, xx.xx.2025-ci il tarixli göndərilərən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim olunması tələb olunmuşdur. Məktub xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixinədək DƏMX-nin BŞİ-nə təqdim edilməmiş, nəticədə “"xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin iş materiallarına əsasən (AZEMİS Elekton Məhkəmə İnformasiya Sistemindən çıxarış) hüquqi şəxs olan "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Yəni həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını həll etməlidir. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Beləliklə inzibati xəta hərəkətsizliklə törədildiyindən və bu cür inzibati xətanın törədildiyi yer onun hüquqi ünvanı hesab olunduğundan protokol aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində AR İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar